Ermənistanın ikinci kanalı (, h2) — Ermənistan özəl telekanalı. Telekanal 1999-cu ildə təsis edilmişdir. Telekanal 2001-ci ildən Ermənistanın 95%-də, Dağlıq Qarabağ Respublikasında isə qismən yayımlanır. Telekanal gündə 18 saat yayım edir. Telekanalda 30 proqram mövcuddur. Şirkətin təxminən 250 işçisi var.

Telekanalın sədri Samvel Mayrapetyandır.

Telekanalın baş qərargahı və studiyası İrəvan şəhərinin Açapnyak rayonunda yerləşir.

Xarici keçidlər

Kateqoriya:1999-cu ildə yarananlar Kateqoriya:Ermənistan televiziya kanalları Kateqoriya:Erməni dilində televiziya kanalları