Qədir-Xum () — şiələrin iddiasına görə Əlinin imaməti baxımından tarixi əhəmiyyət kəsb edən yerin adı.

Coğrafiyası Qədir-Xum Məkkə və Mədinə arasındakı Cuhfəyə (indiki Rəbiğ) 4 km məsafədə olub, tez-tez yağan yağışlar nəticəsində bataqlığa və qamışlığa çevrilmiş gölməçədən ibarətdir. Vaxtilə burada məskunlaşmaq fikrində olan Huzə və Kinanə qəbilələrindən ibarət azsaylı ailələr əlverişsiz şəraitə görə başqa yerə köçməli olublar. Ciddə şəhəri zamanla əhəmiyyətli bir limana çevrildikcə və Məkkə ilə Mədinə arasında yeni yollar çəkildikcə köhnə ziyarət yolunda olan Cuhfə əhəmiyyətini itirdi və buna görə də Məhəmmədin xatirəsinə tikilən məscidlə yanaşı, Qədiri-Xum da tərk edildi.

Şiələrin Qədir-Xuma baxışı Başda İmamiyyə olmaqla bütün şiə qruplarına görə Məhəmməd Vida həccindən (18 Zilhiccə 10/17 mart 632) qayıdarkən, əslində dincəlmək üçün uyğun bir yer olmayan Qədir-Xum məntəqəsində dayanmış və mühüm bir məsələ haqqında məlumat verəcəyini bəyan etmişdir. Bu anda ona ayə nazil olaraq təbliğ etməli olduğu şeyləri tam təbliğ etməli olduğunu söylənmiş, əgər bunu etmədiyi təqdirdə peyğəmbərlik vəzifəsini yerinə yetirmiş sayılmayacağını bildirilmişdir. Məhəmməd bütün zəvvarları — öndən gedən və geridə qalan karvan üzvlərini çağırmağı əmr etmişdir. Hamı gəldikdən sonra günorta namazını qılmış və sonra ona nazil olan ayəni elan edərək nitq söyləmişdir. Məhəmməd bu çıxışında dünya ilə vidalaşma vaxtının yaxınlaşdığına işarə edərək, onun peyğəmbərlik vəzifəsini yerinə yetirib-yetirmədiyi barədə səhabələrinin fikirlərini soruşmuş, səhabələrini Allaha və axirət gününə imanlarını bir daha etiraf etməyə məcbur etmiş, sonra isə "Səqaleyn hədisi" kimi məşhurlaşan sözləri söyləmişdir:

Sonra Əlini çağırmış və onu sağ tərəfinə çəkmişdir. Sonra əlindən tutub, yuxarı qaldıraraq belə demişdir:

Məhəmmədin bu sözlərindən sonra orada olanlar bir-bir gəlib Əlini təbrik etdilər. Onların arasında Əbu Bəkr, Ömər və Əlinin imamətinə şer oxuyan Həsən ibn Sabit də var idi. Sonra onlar Mədinəyə (hətta bəzi mənbələrə görə orada) yola düşdükləri zaman

ayəsi nazil olmuşdur. Şiələrin iddiasına görə bu hadisə Əlinin canişin təyin edilməsidir və onlar bu hadisəni bayram kimi qeyd edirlər.

Sünnilərin Qədir-Xuma baxışı Şiə hədisçilərindən fərqli olaraq İbn Hişam, İbn Səd və Təbəri kimi erkən dövr sünni müəlliflərinin ya heç Qədir Xumdan bəhs etməmələri, ya da Məhəmmədin nitqinə yer vermədən sadəcə orada (Qədir Xum məntəqəsində) dayandığını qeyd etmələri ilk baxışdan diqqəti cəlb edir. Bundan başqa bu müəlliflərin heç biri Məhəmmədin bu sözlərini Əli ibn Əbu Talibin imaməti və xəlifəliyi yönündə bir dəlil kimi dəyərləndirmirlər. Əslində şiələrə görə bu hadisə ilə bağlı nazil olmuş Maidə surəsinin 67-ci ayəsi (şiələrin iddiası) təfsirçilərin böyük əksəriyyətinə görə Qədir Xumdan çox öncə — Məkkənin fəthi və Xeybər döyüşündən öncə nazil olmuşdur. Bu ayənin, həmin surənin digər ayələri ilə birlikdə dəyərləndirildiyi zaman, bu ayənin müsəlmanlarla bağlı deyil, yəhudi və xristianlarla bağlı nazil olduğu və bu ayədə onların Məhəmmədə bir pislik edə bilməyəcəkləri xəbər verilir.

Digər tərəfdən Məhəmmədin nitqində keçən "məvlə (ərəb. مولى)" və onunla birləkdə keçən "vəli (ərəb. ولي)" sözlərinin "xəlifə (ərəb. خليفة)" və ya "imam (ərəb. إمام)" mənalarında deyil, "dost" və ya "yoldaş" mənalarındadır. Buna görə də sünnilər bu ifadələri "dost" olaraq qiymətləndirirlər. Sünnilərə görə bu sözlər, müxtəlif müharibələrdə öz qohumlarını öldürən Əli ibn Əbu Talibə qarşı duyulan anti-patiya hissini ortadan qaldırmaq, ən vacibi Yəmən döyüşündə (hicri 10/ miladi 631–632) müharibə qənimətlərinin bölüşdürülməsi zamanı Əli ibn Əbu Talibin qatı davranışlar nümayiş etdirməsi, bu davranışlardan ötrü onunla birlikdə olan şəxslərin ondan inciməsi, incimiş şəxslərin Əlini Məhəmmədə şikayət etmələri, şikayət edənlərin də təskin edilib, müsəlmanlar arasında qardaşlıq və dostluq əlaqələrinin pozulmasının qarşısının alınması məqsədilə deyilmişdir.

Sünnilərə görə Əli ibn Əbu Talibin nəvəsi Həsən əl-Musənnadan (Həsən ibn Həsən ibn Əli ibn Əbu Talib) Məhəmmədin, "Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır" sözlərini deyib demədiyi soruşulduğu zaman, o belə cavab vermişdir:

Bundan başqa Məhəmməd peyğəmbərin ölümünə yaxın, öz yerinə müsəlmanlara namaz qıldırması üçün, imam olaraq Əbu Bəkri təyin etməsi və

— deməsi, sünnilərin bu sözlərin ("Mən kimin mövlasıyamsa …") imamlıq mənasında olmadığı haqqında düşünmələrinə əsas verirmişdir. Sünni alimlərinin "Mən kimin mövlasiyamsa …" sözlərindən çıxardığı yekun fikir belədir: Bu sözlər imamlıq və ya xəlifəlik mənasında deyil, Əlini sevməyin və ya ona düşmənçilik etməyin, peyğəmbəri sevməyə və ya ona düşmənçilik etməyə bərabər olduğu mənasındadır.

Sələfilərin Qədir-Xuma baxışı Sələfilərin məşhur alimi İbn Teymiyyə bu məsələ haqqında bunları yazır:

Qərbli şərqşünasların fikirləri Qərbli şərqşünasların Qədir-Xum hadisəsi ilə bağlı fikirləri müxtəlifdir:

Laura Veççiya Valyeri, Qədir-Xumun tarixi etibarlılığını qəbul edir və bildirir ki, burada Məhəmməd Əlini üstün bir şəxsiyyət kimi təqdim edib, lakin bu hadisə müsəlman icması tərəfindən siyasi liderlik üçün açıq elan kimi qəbul edilməyib. Bernard Luis, Qədir-Xumu İslam dünyasında məzhəbi parçalanmanın əsas məqamlarından biri kimi təsvir edir və onun fərqli təfsirlərinin sünni-şiə ayrılığına təsir etdiyini vurğulayır. Montqomeri Vott, hadisənin tarixi bir həqiqət olduğunu qəbul etsə də, onun Əlinin xəlifə təyin olunması üçün qəti dəlil olmadığını qeyd edir.

Dilçiliq nöqteyi nəzərindən Ərəbcə mütəxəssisi Əbu Həsən yazır:

Məşhur ərəb dilçisi Məhəmməd ibn Mənzur yazır:

Sonra əlavə edir:

İrsi və mirası Bu hadisə həm keçmişdə, həm də dövrümüzdə şiələr tərəfindən bayram kimi qeyd olunur. Büveyhilərdən Müizzüddövlə Əhməd ibn Büveyh hicri 352-ci (963) ildə İraqda, Fatimilərdən Müiz-Lidinillah isə hicri 362-ci (973) ildə Misirdə bu günü rəsmi bayram elan etmişlər.

Hazırda da Zilhiccə ayının 18-i İranda xalq tərəfindən, hər biri Əbu Bəkri, Öməri və Osmanı təmsil edən və içləri balla doldurulmuş üç kökənin bıçaqlanması yolu ilə qeyd olunur. Onların inancına görə, bal üç xəlifənin qanını simvolizə edir. Bu tarix həmçinin nüseyrilər arasında da son dərəcə mühüm bir bayram kimi qəbul olunur.

İstinadlar

Kateqoriya:İslam Kateqoriya:İslam tarixi Kateqoriya:Məhəmmədin ailəsi Kateqoriya:Əli Kateqoriya:Məhəmməd