Qabriela Horn (; 25 yanvar 1988, Doyçlandsberq, Ştiriya, Avstriya) və ya səhnə adı ilə Paenda — Avstriya müğənnisi və bəstəkarı. O, "Limits" mahnısı ilə Avstriyanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.

Musiqi karyerası Qabriela Horn 25 yanvar 1989-cu ildə Avstriyanın Ştiriya əyalətində yerləşən Doyçlandsberqdə anadan olmuşdur. O, hələ altında yaşında ikən xorda oxumağa başlamış və 14 yaşından etibarən mahnı yazmağa başlamışdır. Qabriela gitara və pianoda ifa etməyi öyrənmişdir. O 20 yaşında Vyanaya köçmüş və orada musiqi təhsili almışdır. Hal-hazırda ifaçı Ottakrinq şəhərində yaşayır və orada musiqi ilə məşğul olur. O, eyni zamanda musiqi müəlliməsi kimi fəaliyyət göstərir.

Onun Evolution I adlı debüt studio albomu 2018-ci ildə işıq üzü görmüşdür. İkinci albomun isə 2019-cu ilin mart ayında təqdim olunacağı gözlənilir.

2019-cu ilin yanvar ayında Avstriyanın ÖRF telekanalı Paendanın "Limits" mahnısı ilə Avstriyanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcəyini elan etmişdir.

Diskoqrafiya Albomlar 2018: Evolution I 2019: Evolution II

Sinqllar 2017: Waves 2018: Good Girl 2018: Paper Thin 2019: Limits 2019: ''Like a Domino

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Avstriyada doğulanlar Kateqoriya:Avstriya müğənniləri Kateqoriya:2019 Avroviziya Mahnı Müsabiqəsi Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:Avstriyanın "Avroviziya" təmsilçiləri