thumb|220x124px | right | WSA flaqı Kosmopolitizm ( (kosmopolites) — kosmopolit, dünyəvi insan) — bütün insanların yeganə cəmiyyətdən ibarət olduğunu və əxlaq üstündə əsaslanan ideologiyadır. Hər hansı formada kosmopolitizm ideyasına sadiq olan bir insana kosmopolitan və ya kosmopolit deyilir.
Kosmopolitanizm bütün insanların əslində vahid dünyəvi icmaya malik olmalarını və eyni mənəviyyatı paylaşmalı olduqlarını müdafiə edən ideologiyadır. Kosmopolitanizm ideologiyasının tərəfdarları kosmopolitan və ya kosmopolit adlanırlar.
Kosmopolit cəmiyyət özündə universal dəyərləri, hərtərəfli mənəviyyatı ehtiva edir. Bu cəmiyyətin üzvləri irqi, etnik, milli mənsubiyyətlərindən asılı olmayaraq bir-biriləri ilə ortaq siyasi, iqtisadi, ictimai-mədəni əlaqələ qura qarşılıqlı hörmət, anlayış şəraitində yaşaya bilərlər. Müasir kosmopolitanizm heç də mütləq onun fəlsəfi köklərinə uyğun deyil sadəcə fərqli irqlərin, dinlərin, mədəniyyətlərin nümayəndələrinin birlikdə, heç bir ayrı-seçkilik etmədən vahid icma kimi yaşamasını nəzərdə tutur.
Fəlsəfi kökü thumb|350px|Diogen Kosmopolitanizmin tarixi yunan filosofu Sinoplu Diogenə bağlıdır. Diogenə sual verəndə ki, "sən haralısan"- belə cavab vermişdi: "Mən bu dünyanın vətəndaşıyam" Stoik kosmopolitanizmdə deyilir ki: "insan özünü bir neçə ictimai çevrədə görə bilər. Yaxın ailə, qohumlar, ictimai qrup, vətəndaşlıq, yurd cəmiyyəti, insanlıq." İnsanlar bu cəmiyyətlərdə başqalarına münasibətdə özlərini tanıyır, öz mənlərini seçirlər. Kosmopolitanizm fəlsəfi baxımdan həm də insanı təbii yaşamdan, təbii əhatədən ayıran bütün yaşayış vərdişlərin, vasitələrini inkar etməkdir.
Həmçinin bax Kosmopolit növlər
İstinadlar
Kateqoriya:Kosmopolitizm Kateqoriya:Mədəni coğrafiya Kateqoriya:Fəlsəfi hərəkatlar Kateqoriya:Fəlsəfi cərəyanlar və məktəblər Kateqoriya:Siyasi fəlsəfə Kateqoriya:Siyasi nəzəriyyələr Kateqoriya:Sosial hərəkatlar Kateqoriya:Sosial fəlsəfə Kateqoriya:Dünya Kateqoriya:Mədəni qloballaşma Kateqoriya:Siyasi hərəkatlar Kateqoriya:Fəlsəfi anlayışlar Kateqoriya:Politologiya terminologiyası