Portuqaliyalı İzabella (; ) — Portuqaliya kralı I Manuelin qızı, Müqəddəs Roma imperatriçası.
Həyatı 1503-cü ildə Lissabonda dünyaya gəldi. Atası Portuqaliya kralı I Manuel, anası isə Araqon kralı II Ferdinandın qızı Araqonlu Mariyadır. Adını ana-nənəsi Kastiliya kraliçası I İzabelladan almışdır. Latın, ispan və fransız dilləriylə yanaşı, mükəmməl saray təlim-tərbiyəsi aldı. 14 yaşında ikən anası vəfat etdi. O ərəfədə xalası Kastiliya kraliçası I Yuannanın oğlu V Karlla evlənməsi müzakirə edilirdi. Kastiliya kraliçası I Yuannanın psixoloji problemləri var idi və bu səbəblə, böyük oğlu V Karl onu qapalı şəkildə monastırda saxlayaraq ortaq monarx kimi mülkləri idarə edirdi. Bu səbəblə, olduqca güclü bir bəy namizədi idi. Ancaq gənc monarx evliliyə könüllü deyildi və bunun yerinə bacısı İnfanta Elyanoranı yenicə dul qalmış Portuqaliya kralı I Manuellə evləndirdi.
V Karl isə 1521-ci ildə digər xalası qızı olan İngiltərə kraliçası Araqonlu Ketrinin qızı Mariya ilə nişanlandı. Ancaq bu nişan 1525-ci ildə siyasi səbəblərlə, pozuldu. Portuqaliya kralı olan qardaşı III Juanla bağladığı sazişə əsasən, İnfanta İzabella ilə nişanlandı. Digər yandan gənc kral V Karlın bacısı Yekaterina ilə evləndirildi. V Karl və İnfanta İzabellanın toy mərasimi isə 10 mart 1526-cı ildə Sevilyadakı Alkazar sarayında baş tutdu. Tamamilə siyasi məqsədlərlə qurulan bu evlilikdə xoşbəxt olan cütlüyün bu nigahdan 7 övladı doğulsa da, bunlardan yalnız üçü yetkinlik yaşına çatdı.
II Filipp, İspaniya kralı Mariya, Müqəddəs Roma imperatriçası.
Ferdinand (22 noyabr 1529 - 13 iyul 1530) Ölü doğulan bir oğlan uşağı (29 iyun 1534) Yuanna, Portuqaliya infantası Juan (19 oktyabr 1537 - 20 mart 1538) Ölü doğulan bir oğlan uşağı (21 aprel 1539)
Əri V Karl nəhəng bir imperiyanı idarə edirdi və bu səbəblə, həyatı səyahətlərdə keçdi. Onun olmadığı dövrlərdə (1529-1533 və 1537-1539) İspaniyanı naibə ünvanıyla idarə etdi. Alınan razılığa əsasən, övladları İspaniyada böyüdüldü. Son övladının ölü doğulmasından 2 həftə sonra - 1 may 1539-cu ildə Toledoda vəfat etdi. Ölümündən sarsılan V Karl 2 ay boyunca bir monastıra çəkildi.
Mənbə
Ədəbiyyat
Isabella of Portugal (1503–1539)
İstinadlar Kateqoriya:Barselona qrafinyaları Kateqoriya:Lissabonda doğulanlar Kateqoriya:Habsburqlar Kateqoriya:Siciliya kraliçaları