Edvard Maletski (; bilinmir 1941 – 14 yanvar 2018, Varşava, Polşa) — Polşa siyasətçisi, ictimai xadimi, Polşa Xalq Respublikası dövründə demokratik müxalifətin fəalı.
Bioqrafiya 1970-ci və 1980-ci illərdə Maletski Polşa Xalq Respublikasındakı müxalifətlə yaxından maraqlanırdı və bir neçə təşkilatın üzvü idi. Maletski Polşanın kommunist rejimdən demokratik-kapitalist bir cəmiyyətə keçdiyi dövrdə, 1990-cı ilin may ayındakı ilk yerli hökumət seçkilərində öz namizədliyini irəli sürmüş və Varşava şəhərinin Praqa-Poludniye dzelniçasının meri seçilmişdir. O, bu vəzifədə 1990–1992-ci illərdə çalışmışdır. O, siyasi və ictimai fəallığına görə Polşanın Dirçəlişi Ordeninə layiq görülmüşdür. Edvard Maletski 15 yanvar 2019-cu ildə vəfat etmişdir. O, Varşavadakı Brodno qəbiristanlığında dəfn edilmişdir.
İstinadlar
Kateqoriya:15 yanvarda vəfat edənlər Kateqoriya:2018-ci ildə vəfat edənlər Kateqoriya:Polşa siyasətçiləri