Şir, cadugər və paltar şkafı () – Klayv Steyplz Lyuis tərəfindən yazılan və Ceffri Bles tərəfindən 1950-ci ildə nəşr olunmuş epik-fantastik roman. "Narniya xronikaları"nın nəşr olunmuş ilk kitabıdır.

Məzmun Romandakı hadisələrin böyük hissəsi pis ağ cadugər tərəfindən idarə olunan danışan heyvanlar və əfsanəvi məxluqlar ölkəsi olan Narniyada baş verir. Əsər müharibədən qaçan 4 uşağın yaşlı professor qohumlarının yanına köçməkləri ilə başlayır. Ən balaca uşaq olan Luci Narniyaya 3 dəfə səyahət edir. Üçüncü dəfə bacı və qardaşları da Luci ilə birlikdədir. Məlum olur ki, narniyalılar köhnə və məşhur fala inanırlar. Fala görə, Adəm və Həvva uşaqları Narniyanı xilas edəcək. Uşaqlar istəməsə də, özləri və Narniyanın gələcəyi uğrunda döyüşməli olurlar. Bu işdə onların ən böyük dəstəkçiləri Aslandır. Hələ Aslan onları qorumaq üçün həyatını da fəda edir. Ancaq yenidən dirilərək özü və müttəfiləri ilə köməyə gəlir. Sonuncu qanlı döyüşdə Adəm-Həvva övladları qalib gəlir. Heyvanları daşa çevirən ağ cadugər Aslan tərəfindən öldürülür. Uşaqlar isə Narniyanın kral və kraliçaları olur.

Personajlar

Piter - uşaqların ən böyüyüdür. Qardaş və bacıları arasında anlaşmazlıqları məntiqlə həll edir. Davranışlarından dolayı qardaşı Elmundu tez-tez danlayır. Ağ cadugərə qarşı sonuncu qanlı döyüşdə cəsarətlə döyüşür, sonda isə yüksəl kral olaraq Möhtəşəm (Magnificent) ləqəbi ilə adlanır; Elmund - qardaş və bacıları ilə pis münasibəti var. Tez-tez ən balaca bacısı Lusiyə sataşır. Ağ cadugərin güc vədinə aldanaraq satqınlıq edir. Daha sonra bu hərəkətinə görə peşman olur və ağ cadugərə qarşı Aslan tərəfdə döyüşür. Kral olduqdan sonra Ədalətli Kral Elmund olaraq adlanır; Suzan - ən böyük 2-ci övladdır. Ora gedənə qədər Narniyanın varlığına inanmırdı. Öldürməsi üçün ağ cadugərin yanına gedən Aslana (özünü Elmund üçün fəda etmişdir) bacısı Lusi ilə birlikdə yoldaşlıq edir. Suzan kraliça olandan sonra Nəzakətli Suzan alaraq adlandırıldı; Lusi - 4 övladın ən balacasıdır. Narniyaya açılan paltar şkafını ilk olaraq o tapır. Bunu bacı və qardaşlarına deyəndə isə ona inanmırlar. Elmund isə onu ələ salır. Lusi kraliça olanda İgid Lusi olaraq adlanır; Aslan - Narniyanın qanuni kralı.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Epik fentezi romanları Kateqoriya:Böyük Britaniyanın fentezi romanları Kateqoriya:Filmlərə adaptasiya olunmuş Böyük Britaniya romanları Kateqoriya:Teatra adaptasiya olunmuş Böyük Britaniya romanları