Məmmədəli Novruzov — Azərbaycanın dilçi alimi, türkoloq, türk dillərinin araşdırıcısı, filologiya elmləri doktoru, professor
Bioqrafiyası 1956-cı il mart ayının 28-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri kəndində doğulmuşdur. 1973–1978-ci ıllərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır. 1981–1984-cü illərdə ADU-nun Türkologiya kafedrasının aspirantı olmuşdur. 1985-ci ildən BDU-nun Türkologiya kafedrasında baş müəllim, dosent işləmiş, 2006-cı ildən ömrünün sonuna qədər professor vəzifəsini tutmuşdur. 15 oktyabr 2021-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Təhsili 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. 1989-cu ildə "Türk dillərində hal kateqoriyasının formalaşması və inkişafı mövzusunda namizədlik, 2003-cü ildə "Kəmiyyət anlayışının dildə ifadəsi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Tədqiqat sahəsi Türkologiyanın ümumi nəzəri problemləri, qədim türk abidələri, müasir türk dillərinin fonetk, leksik və qrammatik quruluşu, türk əlifbaları sahələrində tədqiqat aparır.
Əmək fəaliyyəti Bakı Dövlət Universiteti. 1985-ci ildən türkologiya kafedrasında çalışır."Türkologiyaya giriş", "Qədim türk dili", "Qədim türk yazılı abidələri", "Türk dillərində kəmiyyət *kateqoriyası", "Türk əlifbaları" fənlərindən mühazirə və seminar dərsləri aparır. 70-ə yaxın elmi, 500-ə yaxın elmi-kütləvi məqalənin, 4 monoqrafiya və 2 kitabın müəllifidir.
Seçilmiş əsərləri 2008, Professor F. Zeynalov və onun elmi irsi. F. R. Zeynalov. Türk dillərinin müqayisəli qrammatikası I hissə (Fonetika, leksika, morfologiya), Bakı, 11s. 2005, Türk dillərinin səs quruluşu (metodik göstəriş), Bakı, 32s. 2004, Buqut abidəsinə dair qeydlər. Dədə Qorqud (elmi-ədəbi toplu), № 2, 30s. (Ə. Əsgərlə birlikdə).
Kitabları 1994, Türk dillərində hal kateqoriyası, Bakı, 152 s. (rus dilində). 1996, Türk say sistemi, Bakı, 132s. 1996, Türk savaş sənəti, Bakı, 176 s. (Ə. Əsgərlə birlikdə) 2000, Kəmiyyət anlayışının dildə ifadəsi, Bakı, 453 s. 2002, Söz aləminə səyahət, Bakı, 248 s. 2005, Türk dillərinin səs quruluşu, Bakı, 32 s.
İstinadlar