Amyen sülhü (, ) — 1802-ci ildə Fransa ilə İngiltərə arasında bağlanmış sülh müqaviləsi. Müqaviləyə əsasən İngiltərə Fransanın Avropadakı işğallarını tanıdı. İngiltərə Seylon və Trinidad adalarında hakimiyyətini saxladı, Hollandiya, Almaniya, İtaliya və İsveçrənin işlərinə qarışmaqdan əl çəkdi. Malta adasını "Malta cəngavərləri" ordeninə qaytardı. Fransa Misirdən əl çəkdi. 2-ci antifransız koalisiyası dağıldı.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Napoleon müharibələri Kateqoriya:Birləşmiş Krallığın müqavilələri Kateqoriya:İspaniyanın müqavilələri Kateqoriya:Niderlandın müqavilələri Kateqoriya:Fransanın müqavilələri Kateqoriya:Sülh müqavilələri