Nodar Dumbadze (; ) — gürcü yazıçısı və ssenaristi.

Həyatı Nodar Dumbadze 1928-ci il 14 iyulda Tbilisidə doğuldu. Atası Vladimir Dumbadze Gürcüstan Kominist Partiyasının Maiakovski rayon komitəsinin birinci katibi, anası Anna Baxtadze isə evdar qadın idi. 1937-ci il Repressiyaları zamanı atasını güllələdilər, anası isə həbs olunub sürgün edilidi. Nodar 8 yaşında olanda xalaları onu Apxaziyaya apardı, bu zaman o, Tbilisi 15 saylı orta məktəbində oxuyurdu. Əmiləri həbs edilib güllələndikdən sonra onu nənəsi və babasının yanına, Çoxaturi rayonu Zenoba kəndinə göndərdilər.ნოდარ დუმბაძის – მზით სავსე მწერლის ოჯახი | რეზო შატაკიშვილის ბლოგი

1945-ci il Nodar Çoxaturi rayonu Xidistavi kənd orta məktəbini bitirdi və təhsilini dəvam elətdirmək üçün Tbilisiyə qayıtdı. 1950-ci ildə Tbilisi Dövlət Üniversitetinin ekonomika fakültetini bitirdikdən sonra Üniversitetin labaratoriyasında assestant olaraq işləyirdi bununla birlikdə də yaradıcılıq fəaliyyəti ilə məşğul olurdu. 1956–1957 illərdə onun yumoristik heykayələrinin üç kolleksiyası yayınlandı. 1957-ci ildə yaradıcılıq fəaliyyəti ilə çox məşğul olduğundan işi buraxdı. O Fərqli-fərqli jurnallarla əməkdaşlıq edirdi, bununla paralel olaraq da film ssenariləri yazırdı. Eyni zamanda yumoristik heykayələri dərc olunurdu.

1951-ci ildə Nanuli Ququnava ilə ailə qurdu. Onların Manana, Zaza (5 yaşında vəfat etdi) və Ketevan adlı üç uşaqları dünyaya gəldi.

Nodar Dumbadze 1984-cü ildə Tbilisi şəhərində vəfat etdi. İlk öncə Tbilisidə Mziuri parkında dəfn edilmişdi hansı ki, parkın tikinti fikri özünə məxsus idi. 2009-cu il 14 sentyabr tarixində məzarı Mtatsminda Yazıçılar və İctimai Xadimlər Panteonuna köçürüldü.

Yaradıcılığı Nodar Dumbadzenin şeirləri Tbilisi Dövlət Universitetinin tələbə almanaxında dərc olunurdu. 1950-ci ildən başlayaraq şeirləri və yumristik heykayələri mətbuatda müntəzəm olaraq dərc olunmağa başladı. 1975-ci ildə roman və heykayələrinə görə Rustaveli mükafatına, 1980-ci ildə isə Lelin mükafatına layiq görüldü. Əsərlərinin çoxu rus, ukrayn, moldav, erməni, azərbaycan, ingilis, alman, ispan, polyak, yapon , türk, ərəb və başqa dillərə tərcümə edilmişdir.

Romanları: Mən, nənəm, İliko və İlarioni (gürc. მე, ბებია, ილიკო და ილარიონი) — 1960-cı il. Günəşi görürəm (gürc. მე ვხედავ მზეს) — 1962-ci il. Günəşli gecə (gürc. მზიანი ღამე) — 1967-ci il. Qorxma, ana! (gürc. ნუ გეშინია, დედა!) — 1971-ci il. Ağ bayraqlar (gürc. თეთრი ბაირაღები) — 1973-cü il. Əbədiyyət qanunu (gürc. მარადისობის კანონი) — 1978-ci il.

Azərbaycanca çıxan kitabları:

Kukaraça (Bakı: Gənclik, 1989) Mən, nənəm, İliko və İllarion (Bakı: Gənclik, 1975. Altun, 2012) Mən günəşi görürəm (Bakı: Gənclik, 1986) Ağ bayraqlar (Bakı: Yazıçı, 1979. Gənclik, 1997) Xatirələr işığında (Bakı: Yazıçı, 1989)

Həmçinin bax Nikolaz Barataşvilinin ev-muzeyi İstinadlar

Xarici keçidlər

Nodar Dumbadze şeirləri

Kateqoriya:1928-ci ildə doğulanlar Kateqoriya:Tbilisidə doğulanlar Kateqoriya:1984-cü ildə vəfat edənlər Kateqoriya:"Lenin komsomolu" mükafatı laureatları Kateqoriya:"Şərəf nişanı" ordeni ilə təltif edilənlər Kateqoriya:"Oktyabr inqilabı" ordeni ilə təltif edilənlər Kateqoriya:"Lenin" mükafatı laureatları Kateqoriya:"Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:Gürcüstan yazıçıları Kateqoriya:Mtatsminda panteonunda dəfn olunanlar Kateqoriya:Gürcüstan ssenaristləri Kateqoriya:Tbilisi Dövlət Universitetinin məzunları Kateqoriya:Şota Rustaveli adına Gürcüstan SSR dövlət mükafatı laureatları Kateqoriya:SSRİ ssenaristləri Kateqoriya:SSRİ ssenaristləri Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:Sov.İKP-nin XXV qurultayının nümayəndələri Kateqoriya:SSRİ Ali Sovetinin X çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin X çağırış deputatları Kateqoriya:Məzarı köçürülənlər Kateqoriya:XX əsrin ssenaristləri Kateqoriya:XX əsr yazıçıları Kateqoriya:SSRİ Ali Sovetinin XI çağırış deputatları