() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Vətəni Yaponiya, Şərqi Çin, Koreya, Himalaydır.

Botaniki xarakteristikası Hündürlüyü 10-20 m-dək olan ağacdır. Hoveniyanın yarpaqları növbəli, yumurtavari və ürəkvari-yumurtavaridir. Ağ çiçəkləri çətirvari formada olub, yarpaq qoltuğunda və ya zoğun ucunda yerləşir. Şaxələnmiş çətiri, böyük, parlaq, tünd yaşıl yarpaqları, xırda, açıq sarı çiçək salxımları bitkiyə çox dekorativ görünüş verir. İyulda çiçəkləyir. Quru, çəyirdəkli meyvələri ətli meyvə saplaqlarının ucundan çıxır. Hoveniya toxum və qələmlərlə çoxalır. Soyuq oranjereyalarda becərilməsi mümkündür.

Ekologiyası Dəniz səviyyəsindən 2000 m hündürlükdə, gillicə və ya rütubətli, qumlu torpaqlarda bitir.

Azərbaycanda yayılması Abşeronda, Qəbələdə, Sumqayıtda, Lənkəranda park və bağlarda mədəni şəraitdə becərilir.

İstifadəsi Azərbaycanda dekorativ bitki kimi becərilir. Şirin, ətirli meyvə saplaqları yeməlidir və dadına görə turş kişmişə bənzəyir. Ona görə şirin hoveniyanı "yapon kişmiş ağacı" da adlandırırlar. Qurudulmuş halda meyvə saplaqları kişmiş kimi istifadə edilə bilər.

Sinonimləri Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Meyvə ağacları Kateqoriya:Tropik meyvələr Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Asiya florası Kateqoriya:25–29 ID olan Taksonbar Kateqoriya:Yeməli vəhşi bitkilər