Qorçu bəy Hüseyn bəy oğlu Püsyan (XVIII əsr) — Püsyan elinin başçısı, xalq qəhrəmanı.

Həyatı Qorçu bəy Hüseyn bəy oğlu XVIII yüzilin birinci yarısında yaşamışdıGəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri, Bakı, "Şuşa" 2000, s. 470.. Atasından sonra Püsyan elinin Sultanlı oymağına başçılıq etmişdi. XVIII yüzilin birinci yarısına aid erməni mənbələrindən Abram Kretatsinin "İranlı Nadir şah və baş vermiş hadisələr haqqında tarix" əsərində Qorçu bəy haqqında məlumat varAбрaaм Kретaци, Пoвествoвaние, Еревaн, 1973, стр. 268.. Eçmiadzin kilsəsinin katolikosu olan Abram Kretatsinin göstərilən əsərində XVIII yüzilin 30-cu illərinin ortalarında baş verən Səfəvi-Osmanlı müharibələri, bu müharibələrin gətirdiyi bəlalar nəticəsində Azərbaycan xalqının acınacaqlı vəziyyəti, Nadirin şah seçilməsi kimi tarixi süjetlər göstərilmişdir. Hadisələrin canlı şahidi olan müəllif xalqın yaşayışının dözülməz vəziyyətini ətraflı şəkildə təsvir etmişdir. O cümlədən Qorçu bəylə bağlı məlumat vermişdir .

Ailəsi Qorçu bəyin İbrahim bəy, Cəfər bəy adlı oğlu vardı.

Mənbə Ənvər Çingizoğlu. Qorçubəylilər, "Soy" elmi-kütləvi dərgi, 2010, № 8, səh.3–9. "Ənvər Çingizoğlu, Püsyan eli, Bakı, "Mütərcim", 2013, 156 s.

İstinadlar

Həmçinin bax Qorçubəylilər

Xarici keçidlər Kateqoriya:XVIII əsr tarixi Kateqoriya:Qorçubəylilər