thumb|300px|Macarıstanın regionları Cənubi Alföld () — Macarıstanın Baç-Kişkun, Bekeş, Çonqrad medyeləri daxil olmaqla statistik (NUTS 2) regionu.
Regionun sahəsi 18 339 km². (Macarıstan ərazisi baxımından ən böyük region), Serbiya ilə sərhəddədir. Əhalisi 1,308,470 nəfərdir (2011 məlumatları). 2001-ci ildə işsizlik səviyyəsi 5,6% olmuşdur.
Regionun ən inkişaf etmiş bölgələri kənd təsərrüfatı və yeyinti sənayesidir. Turizm həmçinin region iqtisadiyyatının güclü və perspektivli tərəfidir.
Cənubi Alföld su ehtiyatları ilə zəngindir, Tisza, Maroş, Tuna çayları regiondan axır.
Regionda uzun müddət atçılıq və at sürmə ənənəsi var.
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Macarıstan regionları Kateqoriya:Avropa Birliyində NUTS 2 statistika regionları Kateqoriya:Avropa regionları