Dyula Bençur (; ) — portret və tarixi səhnələrin rəsm edilməsi üzrə peşəkar macar rəssamı, pedaqoq.

Həyatı Dyula Bençur 28 yanvar 1844-cü ildə Macarıstanın Niredxaza şəhərində anadan olmuşdur. 1861-ci ildə Herman Ançuz və Conn Qeorq Hiltenspreqer ilə birgə rəsm təhsili almağa başladı. Artıq 1870-ci ildə bir çox beynəlxalq müsabiqələrdə uğurlar əldə etmiş, "Macarıstan Milli Rəsm" müsabiqəsində "Kral Stefanın vəftizi" təsvirinə görə qalib gəlmişdir. Bundan başqa Karl von Piloti ilə birgə Münhendə Maksimilenyum və Sürixdə Rathaus freskalarının hazırlanmasında çalışmışdır. Ona Bavariya kralı II Ludoviq tərəfindən Rokoko motivlərinin rəsm edilməsi tapşırılmışdı. Dəfələrlə Praqa və Veymar universitetlərindən müəllimlik təklifi alsa da, 1875-ci ildə Münhen İncəsənət Akademiyasının professoru olmuşdur. 1883-cü ildə isə Macarıstana qayıdalar müəllimlik fəaliyyətini davam etdirdi. Onun ən məşhur şagirdlərindən biri amerikan rəssam Adolfo Müller -Yuri olmuşdur . Rəssam bir çox kral və aristokratların portretlərini rəsm etmişdir. Macarıstanın Budapeşt, Debreçen, Komlo, Peç, Seqed kimi şəhərlərində Dyula Bençurun adını daşıyan küçələrə rast gəlmək olar. O, Macarıstan Elmlər Akademiyasının fəxri üzvü olmuşdur. Qızları Olqa (1875-1962) və İlda Bençur (1876-1970) da öz dövrünün tanınmış rəssamlarıdır . Seçilmiş rəsmləri

Ədəbiyyat Gábor Ö. Pogány,. Nineteenth Century Hungarian Painting, (1958) Reprint, Budapest: Corvina Press, 1972 Katalin Telepy, Benczúr. Nyíregyháza, Hungary: Jósa András Múzeum, 1963 İstinadlar

Kateqoriya:Avstriya imperiyası rəssamları