Professor Çarlz Frensis Xavier () və ya Professor İks () — Marvel Comics tərəfindən yaradılmış personaj, İks-adamların lideri. Yazıçı Sten Li və rəssam Ceyk Kyörbi tərəfindən yaradılan personaj ilk dəfə 1963-cü ildə nəşr olunmuş "İks-adamlar" komiksinin 1-ci buraxılışında peyda olmuşdur.
Xavier qeyri-insani güclərlə dünyaya gələn uydurma mutantlardan biridir. O, mutantlar və insanların sülh və bərabərlik şəklində yaşaması üçün vuruşan İks-adamlar komandasının yaradıcısıdır. Xavier güclü telepatiya qabiliyyətinə malik olan mutantdır. O, digər insanların düşüncələrini, yaddaşını oxuya bilir və hətta onları idarə edə bilir. Xavier bütün dünyadan olan mutantlara sığınacaq olması və mutant güclərini məşq etmələri üçün Nyu-Yorkda İks-İqamətgah adlı özəl məktəb açmışdır.
Xavier paraplegik xəstəsidir və əlil arabası ilə hərəkət edir. Dünyanın ən güclü telepatlarından biri olan Xavier eyni zamanda müdrik dahidir. O, mutant genlərinə sahib olan şəxslərin yerlərini təyin etməsi üçün Serebro adlandırdığı texnoloji cihazın yaradıcısıdır.
Xavier keçmiş dostu Maqnetodan fərqli olaraq hər zaman şiddətə qarşı olmuşdur. Əksinə o, mutantların digər insanlarla birlikdə bərabər hüquq çərçivəsində yaşaması üçün pasifist təkliflərini irəli sürmüşdür. Xavierin hədəfləri və siyasi baxışları bir neçə dəfə Martin Lüter Kinq ilə müqayisə olunduğu halda, Maqneto isə döyüşkən mülki hüquq müdafiəçisi Malkolm X ilə müqayisə olunmuşdur. Personajın yaradılışı 60-cı illərdə baş verən mülki hüquq mübarizəsi ilə eyni zamana təsadüf etmişdir. Komiksdə mutantların toplum tərəfindən üzləşdiyi dözümsüzlük, ön mühakimələr bir növ həmin dönəmdə Amerika Birləşmiş Ştatlarında baş verən hadisələri fərqli şəkildə təsvir etmişdir.
Professor İks rolunu İks-adamlar, İks-adamlar 2, İks-adamlar: Son müqavimət, İks-adamlar: Başlanğıc. Şimal porsuğu, Şimal porsuğu, İks-adamlar: Gələcəyin keçmiş günləri və Loqan filmlərində aktyor Patrik Stüart, İks-adamlar: Birinci dərəcə, İks-adamlar: Gələcəyin keçmiş günləri, İks-adamlar: Apokalipsis və İks-adamlar: Qara zümrüd quşu filmlərində isə gənc Çarlz Xavieri aktyor Ceyms MakEvoy canlandırmışdır.
Nəşr tarixi Yazıçı Sten Li və rəssam Ceyk Kyörbi tərəfindən yaradılan personaj ilk dəfə 1963-cü ildə nəşr olunmuş "İks-adamlar" komiksinin 1-ci buraxılışında peyda olmuşdur. Sten Li Professor Xavierin görünüşünün Akademiya mükafatına layiq görülən aktyor Yul Brinnerdən ilhamlandığını bildirmişdir.Stan Lee: Conversations Onun xarakterik cəhətləri isə Martin Lüter Kinqdən ilhamlanaraq hazırlanmışdır.
Uydurma personaj həyatı
Erkən illəri Çarlz Frensis Xavier nüfuzlu nüvə mütəxəssisi Dr. Brayan Xavier və Şeron Xavierin övladı kimi Nyu-York şəhərində dünyaya gəlmişdir. Atasının nüvə üzərində uğurlu araşdırmaları nəticəsində Çarlz ailəsi ilə birlikdə Uestçester qraflığında yerləşən böyük bir iqamətgahda yaşayır. O, Oksford Universiteti nə qəbul olunur və Genetika və digər elm sahələri üzrə professorluq qazanır. O, ilk növbədə Oksfordda, daha sonra isə bir neçə il Londonda yaşayır. Ailəsinin böyük iqamətgahının Xavierə miras qalmasının ardınca o, ilk İks-adamlar ilə birlikdə həmin iqamətgahı Xavierin İstedadlı Gənclər üçün Məktəbinə çevirir.
Xavier gənc ikən onun atası Brayan qəzada həlak olur və bir müddət sonra onun həmkarı Kurt Marko Xavierin anası Şeron ilə ailə həyatı qurur. Xavierin telepatiya gücü özünü büruzə verməyə başladıqdan sonra o, Kurtun anası ilə sadəcə maddi maraqlar üçün birlikdə olduğunu öyrənir.X-Men #12 Evlilikdən sonra Kurt oğlu Keyn ilə birlikdə Xavierlərin evinə köçür. Kurt qısa zaman sonra Şerona məhəl qoymamağa başlayır, onu alkoqolizmə sürükləyir və Çarlz ilə Keynə şiddət tətbiq edir. Keyn isə atasına olan qəzəbini qardaşı Çarlzdan çıxarır. Çarlz telepatiya qabiliyyəti ilə Keynin düşüncələrini oxuyur və onun nə dərəcədə psixoloji zərər gördüyünü öyrənir. Zamanla Keyn Çarlza qarşı daha da aqressiv davranmağa başlayır, lakin Çarlz onun əzablarını hiss etdiyi üçün Keynə hörmətlə yanaşmağa davam edir.X-Men #12
Şeron vəfat edir. Çarlz və Keyn arasında Kurtun laboratoriya avadanlıqlarının partlaması ilə nəticələnən dava baş verir. Ölümcül yaralanan Kurt ölməzdən öncə uşaqları çölə çıxarır və Brayanın ölümündə onun da günahının olduğunu etiraf edir.X-Men #12X-Men #38–42
Super insan gücü və təbii zəkası sayəsində Xavier mükəmməl tələbə və atlet olur. Lakin mutant güclərinin ona üstünlük tanımasının haqsızlıq olduğunu düşünürək atlet olmaq fikrindən daşınır. Güclərinə görə Xavier təhsilini bitirməzdən əvvəl saçlarını tamamilə itirir. O, 16 yaşında Bard kollecini fərqlənmə ilə bitirir. Xavier Genetika, Biofizika, Psixologiya və Antropologiya üzrə Fəlsəfə doktoru adına layiq görülür. O, eyni zamanda Londonda yaşadığı müddət ərzində Psixiatriya üzrə Tibb elmləri doktoru adına layiq görülür. Daha sonra Xavier Kolumbiya Universitetində adyunkt professor kimi çalışır.
İks-adamlardan öncə Xavier məktəbdə onunla birlikdə genetika üzrə təhsil alan Moyra Kinross adlı Şotlandiyalı qız ilə tanış olur və ona aşiq olur. Bir müddət sonra onlar evlənməyi düşünsələr də, Xavier Koreya müharibəsinə göndərilir. O, seçilən əsgərlərdən biri olur və Kitti Praydın atası Karmen Prayd ilə birlikdə axtarış və xilasetmə missiyalarında fəal iştirak edir.Excalibur vol. 3, #11–14 O, eyni zamanda ögey qardaşı Keynin yeraltı bir məbəddə üzəri yazılı olan bir yaqut daşına toxunaraq Caqqernauta dönüşməsinə şahid olur. Müharibə zamanı Xavier Moyradan ayrılıq məktubu alır. O, daha sonra Moyranın keçmiş sevgilisi Cozef ilə evləndiyini və Cozefin ona işgəncə verdiyini öyrənir.Uncanny X-Men #389
Moyranın ondan ayrılmasından çox kədərlənən Xavier hərbi xidmətini bitirdikdən sonra dünya səyahətinə çıxır. O, Qahirədə Ororo Munro adlı gənc qız və özünü Amal Faruk kimi qələmə verən güclü mutant Kölgə kralı ilə qarşılaşır. Xavier Kölgə kralını məğlub edir və bundan sonra özünü insanlığı zalım mutantlardan və məsum mutantları isə insan basqısından xilas etməyə adayır.
Xavier İsrailin Hayfa şəhərində Holokost soyqırımından travma almış qurbanlar üçün klinika açan dostu Daniel Şomronu ziyarət edir. Xavier orada Holokostdan qurtulmağa nail olan və könüllü olaraq klinikada çalışan gənc Maqnus ilə tanış olur. O eyni zamanda yaşadığı travma nəticəsində katatonik komaya düşən Qabriela Haller ilə rastlaşır. Xavier zəka gücünü istifadə edərək, qadına katatoniyanı məğlub etməkdə yardım edir və daha sonra onlar bir-birlərinə aşiq olurlar. Xavier və özünü Maqnus kimi tanıdan Maqneto yaxın dost olurlar, lakin bir müddət heç biri mutant olduğunu etiraf etmir. Onlar saatlarla insanların super insan gücünə malik olan varlıqlarla qarşılaşacağı halda nələr baş verəcəyi haqda fərziyyələr irəli sürürlər. Xavier bu barədə optimist olsa da, Maqneto Holokostda şahid olduqlarından sonra insanlığın digər azlıqlarla olduğu kimi yeni insan nəslinə də zülm edəcəyinə inanır. Onlar birlikdə Qabrielanı qaçırmağa çalışan nasist supercinayətkar Baron Volfqanq von Straker və Hidra agentləri ilə döyüşdükdən sonra bir-birlərinə mutant olduqlarını açıqlayırlar. Maqneto Strakeri öldürməyə cəhd göstərsədə, Xavier onu dayandırır. Maqneto Xavier ilə mutant-insan münasibətləri barədə fikirlərinin üst-üstə düşmədiyinin fərqinə vardıqdan sonra onu tərk edir. Çarlz bir müddət İsraildə qalır. Qabriela və Xavier ayrılır və Xavier Qabrielanın hamilə olduğundan xəbərsiz olur. Qabrielanın dünyaya gələn oğlu böyüdükdən sonra mutant Legiona dönüşür.Uncanny X-Men #161, 321
Himalay dağlarının yaxınlığında yerləşən qəribə bir kənddə Xavier Lüsifer adlı yadplanetli ilə tanış olur. Qabaqcıl izci olan Lüsifer Xavierə irqinin tezliklə bütün dünyanı ələ keçirəcəyini söyləyir və Xavierin qarşısını almaq üçün onun üzərinə nəhəng daş atır, Xavierin ayaqları ağır xəsarət alır.X-Men #20 Lüsiferin yox olmasının ardınca Xavierin telepatik olaraq yardım çağırışlarını Seyc adlı mutant eşidir. Seyc Xavierə kömək edir və bundan sonra onlar arasında üzün müddətlik müttəfiqlik başlayır.X-Treme X-Men #44
Hindistanda yerləşən bir xəstəxanada Xavierə Amerikalı tibb bacısı Ameliya Voqt nəzarət edir. Xavierin ayaqlarının yaxşılaşması ilə onlar bir-birlərinə aşiq olurlar. Xəstəxanadan çıxdıqdan sonra onlar Mumbayda birlikdə yaşayırlar. Çarlzın mutasiya barədə oxuduğunu öyrənən Ameliya özünün də mutant olduğu üçün bu vəziyyətdən narahat olur. Lakin Xavierin də mutant olduğunu öyrəndikdən sonra o, sakitləşir. Daha sonra onlar Amerikaya geri dönürlər və Xavierin ailəsinin iqamətgahında yaşamağa başlayırlar. Lakin Skott Sammersin iqamətgaha yerləşməsinin ardınca mutantların gizlənməli olduğuna və Xavierin bu barədə fikrinin dəyişəcəyinə inanan Ameliya onu tərk etməyi qərara alır. Ameliya daha sonra Maqnetonun şagirdi olur.X-Men #39–42
İllər ərzində genetika və psixologiya sahələrində ad qazanan Çarlz katatonik komaya düşən qızlarına yardım üçün Qrey ailəsinin sonuncu ümidi olur. Xavier gücünü idarə etməkdə çətinlik çəkən Cin Qreyin telepatiya gücünü o, böyüyənədək məhdudlaşdırır və ona telekinez gücünü istifadə etməkdə yardım göstərir. Bu vaxtlarda Xavier mutasiya eksperti Karl Likos və eyni zamanda Muir adasında mutant araşdırma stansiyası tikən Moyra MakTaqqert ilə birlikdə çalışmağa başlayır. O, Moyra ilə özünün yaratdığı İks-adamlar komandasına kimləri qəbul etməli olduğunu məsləhətləşir.
İks-adamlar Xavier bütün dünyadan olan mutantlara sığınacaq olması və mutant güclərini məşq etmələri üçün Xavierin İstedadlı Gənclər üçün Məktəbini yaradır. O, eyni zamanda superqəhrəmanlar komandası olan İks-adamlar üçün uyğun mutantların axtarışına başlayır. Xavier iləsindən ona miras qalan iqamətgahı qabaqcıl texnologiya ilə təmin edir və əməliyyatlar üçün baza kimi istifadə edir. Sərt müəllim təəssüratı bağışlayan Xavier mutant tələbələrini ciddi təlim rejiminə dözməyə məcbur edir.
Xavierin ilkin beş tələbəsi Marvel qız, Siklop, Vəhşi, Buz-adam və Mələk ilk İks-adamları seçilirlər. Xavier İks-adamların tərkibini təyin etdikdən sonra komanda üzvlərini Maqneto ilə döyüşə göndərir.
Komanda ilə keçirdiyi zaman ərzində Xavier daim tələbələri ilə telepatiya gücü vasitəsilə əlaqədə olur və onlara lazım olduğu zaman müxtəlif təlimatlar və məsləhətlər verir. Məktəbə yeni tələbələri cəlb etmək üçün o, özünün təsis etdiyi Serebro mexanizmindən istifadə edir.
Xavierin qarşılaşdığı əsas maneə onun köhnə dostu Maqneto olur. Maqnetoya görə mutant təqibinə son qoymağın yeganə yolu mutantların insanlıq üzərində hökmranlıq etməsidir. Antropologist Bolivar Trask "mutant problem"ini üzə çıxardıqdan sonra Xavier onunla televiziya verilişində qarşı-qarşıya gəlir. Təkəbbürlü davranış sərgiləyən Trask daha sonra özünün yaratdığı Keşikçilər ordusu vasitəsilə mutantlar üzərində terror əsdirməyə başlayır. İks-adamlar Keşikçiləri geri göndərir. Trask robotlarında nəinsə yanlış getdiyini başa düşdüyündə artıq gec olur və onlar Traskı öldürürlər.
İks-adamlar Krakoa adasında girov götürüldüyü zaman Xavier onları xilas etmək üçün yeni İks-adamlar komandası yaradır. Dr. Moyra MakTaqqertin tələbələrindən təşkil olunmuş bu yeni komanda orijinal İks-adamları xilas etmək üçün Krakoa adasına göndərilirlər. Lakin Siklopun xilas olmasının ardınca MakTaqqertin keçmiş tələbələri adada həlak olurlar. Tələbələr arasında Siklopun itkin düşmüş qardaşı Vulkan da olur. Xavier qardaşının və digər tələbələrin ölümü ilə bağlı gördüklərini Siklopun yaddaşından silir və bunun ardınca daha bir İks-adamlar komandası yaradır.
Xavierin xilasetmə komandasında Banşi, Koloss, Günəş atəşi, Gecə ilanı, Fırtına, Şimal porsuğu və İldırım quşu yer alır. Xilasetmə missiyasının ardınca Siklopdan başqa orijinal komandanın digər üzvləri məktəbi tərk etmək qərarı alırlar.
Zümrüd quşu gücü