Mehmet Muhiddin Kurtiş () (d. 1876, Dəməşq – ö. 7 avqust 1951, İstanbul, Türkiyə) — Türk əsgəri.

Hərbi fəaliyyəti 1892-ci ildə hərbi məktəbə daxil olmuş və 1896-cı ildə oranı bitirmişdir. İtaliya-Osmanlı müharibəsində, Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 1921-ci ilin aprel ayında Anadoluya gələrək Türkiyə İstiqlaliyyət Müharibəsinə qoşuldu. Müharibədən sonra “İstiqlaliyyət medalı” ilə mükafatlandırıldı. O, 19 iyul 1923-cü ildə öz istəyi ilə təqaüdə çıxdı. Daha sonra orduya 4 iyul 1924-cü ildə yenidən orduya qatıldı. 1936-cı il iyulun 10-da öz istəyi ilə təqaüdə çıxdı. 1951-ci il avqustun 7-də İstanbulda vəfat etdi.

Medal və təltifləri Məcidiyyə ordeni "Ləyaqət" medalı (Osmanlı imperiyası) "İmtiyaz" medalı (Osmanlı imperiyası) "İstiqlaliyyət" medalı (Türkiyə Respublikası)

Həmçinin bax İtaliya-Osmanlı müharibəsi Balkan müharibələri Birinci Dünya müharibəsi Türkiyə İstiqlaliyyət müharibəsi

Mənbə T.C. Genelkurmay Harp Tarihi Başkanlığı Yayınları, Türk İstiklâl Harbine Katılan Tümen ve Daha Üst Kademelerdeki Komutanların Biyografileri, Genelkurmay Başkanlığı Basımevi, Ankara, 1972, s. 73.

Kateqoriya:Türkiyə generalları Kateqoriya:1876-cı ildə doğulanlar Kateqoriya:1951-ci ildə vəfat edənlər Kateqoriya:Türkiyənin hərb tarixi Kateqoriya:İstanbulda vəfat edənlər Kateqoriya:Dəməşqdə doğulanlar