Məhəmməd Cavad Azəri Cəhromi (; d. 13 oktyabr 1982, Cəhrom, İran) — İranlı bürokrat və siyasətçi. İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri (2017-cı 2021)caspianinnovation.az .
Həyatı Məhəmməd Cavad Azəri Cəhromi 13 oktyabr 1982-ci ildə İranın Cəhrom şəhərində doğulmuşdur.
Su və Enerji Sənayesi Universitetində elektrik mühəndisliyi üzrə ali təhsil almışdır.
Cəhromi 2002-ci ildən 2009-cu ilədək İran İslam Respublikasının Kəşfiyyat Nazirliyində müxtəlif rəhbər vəzifələrdə çalışmışdır.
2009-2014-cü illərdə İranın Rabitə Tənzimləmə Qurumunda Təhlükəsizlik sistemləri şöbəsinin baş direktoru kimi fəaliyyət göstərmişdir.
O, 2016-cı ildə İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları nazirinin müavini və Telekommunikasiya İnfrastrukturu Şirkətinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmişdir.
20 avqust 2016-cı ildə İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri təyin olunmuşdur. İran İslam Respublikası tarixində ən gənc nazirdir.
İstinadlar
Kateqoriya:İran nazirləri Kateqoriya:İran şəxsləri