Milliyyət — şəxslə dövlət arasında hüquqi əlaqə. Vətəndaşlıq şəxs üzərində dövlətin yurisdiksiyasını yaradır və şəxsin dövlət tərəfindən müdafiəsini təmin edir. Şəxsə verilən hüquq və vəzifələr dövlətdən dövlətə fərqlənir.Weis, Paul. Nationality and Statelessness in International Law . BRILL; 1979 [cited 19 August 2012]. . p. 29–61.
Beynəlxalq adət hüququ və beynəlxalq konvensiyalara görə, hər bir dövlətin vətəndaşlarının kim olduğunu müəyyən etmək hüququ var.Convention on Certain Questions Relating to the Conflict of Nationality Laws . The Hague, 12 April 1930. Full text. Article 1, "It is for each State to determine under its own law who are its nationals...". Bu cür təsbit vətəndaşlıq hüququnun əhatə dairəsinə düşür. Bəzi hallarda milliyyətin müəyyən edilməsi həm də beynəlxalq ümumi hüquqla tənzimlənir: məsələn, apatridlər haqqında beynəlxalq müqavilələr və ya Vətəndaşlıq haqqında Avropa Konvensiyası ilə tənzimlənməni nümunə göstərmək olar.
İstinadlar
Kateqoriya:Milliyyət Kateqoriya:Vətəndaşlıq hüququ Kateqoriya:Beynəlxalq xüsusi hüquq Kateqoriya:Miqrasiya Kateqoriya:İnsanların hüquqi kateqoriyaları Kateqoriya:Milliyyətçilik Kateqoriya:Hüquqlar Kateqoriya:Hüquqi terminlər Kateqoriya:Tarixşünaslıq