Firuzə Abbasova (Firuzə Məmməd qızı Abbasova; ) — BDU Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının müdiri (2008), Hüquq elmləri doktoru (2011), Professor (2012), Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü (2018).

Həyatı Firuzə Abbasova 1958-ci ildə Ermənistan SSR-də anadan olmuşdur. O, 1975–1979-cu illərdə M. Ə. Sabir adına Bakı pedaqoji məktəbində, 1980–1985-ci illərdə isə S. M. Kirov adına ADU-nun Hüquq fakültəsində təhsil almışdır.

1979–80-ci illərdə M. Ə. Sabir adına Bakı pedaqoji məktəbində müəllim kimi çalışmışdır. 1987-ci ildə Sosial Təminat Nazirliyində inspektor, 1987–1994-cü illərdə Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Krminalistika və Kriminologia Problemləri İnstitutunda mütəxəssis, baş ekspert, elmi işçi, böyük elmi işçi, 1994–2000-ci illərdə Bakı şəhərində hakim, 2001-ci ildən BDU-nun Cinayət prosesi kafedrasında müəllim, 2005-ci ildən dosent kimi fəaliyyət göstərmişdir. 2008-ci ildən Cinayət prosesi kafedrasının müdiri vəzifəsində çalışır.

Elmi fəaliyyəti 2001-ci ildə "Azərbaycanda məhkəmə ekspertizasının yaranması, müasir vəziyyəti və inkişafının hüquqi, elmi tənzimi məsələləri" adlı namizədlik dissertasiyası müdafiə edərək, hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adı verilmişdir.

2011-ci ildə "Azərbaycanın cinayət-prosessual qanunvericiliyində çəkişmə prinsipinin nəzəri və təcrübi problemləri" adlı doktorluq dissertasiyasını Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda müdafiə etmiş, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən hüquq elmləri doktoru elmi adı verilmişdir.

2012-ci ildən kafedranın professorudur.

Təltifləri 7 mart 2007-ci ildə gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsində xidmətlərinə görə fəxri fərmanla təltif edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının 06.11.2009-cu il tarixli T-302 saylı qərarı ilə yüksək ixtisaslı kadrların hazırlanmasında səmərəli pedaqoji fəliyyətinə görə və universitetin 90 illik yubileyi münasibətilə fəxri fərmanla təltif edilmişdir. Azərbaycan Respublikası Təhsil nazirinin 17.12.2014-cü il tarixli 11/1431 saylı əmri ilə Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi döş nişanı ilə təltif edilmişdir. 7 iyul 2015-ci ildə 2014–2015-ci tədris ilinin yekunlarına görə "İlin müəllimi" fəxri adı ilə təltif edilmişdir. 25 noyabr 2019-cu ildə Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Tərəqqi medalı ilə təltif edilmişdir.

Seçilmiş əsərləri "Azərbaycan ETMEİ-nin yaradılması tarixindən. Məhkəmə ekspertizası tədqiqatı praktikasının bəzi problemləri. Elmi əsərlər məcmuəsi. 33-cü buraxılış. Bakı, 1994, səh.31–37 "Cinayətlərin açılması və istintaqında müasir kompüterlərin tətbiqinin əsas istiqamətləri". F. M. Cavadov, Y. S. Abdullayevlə birlikdə. Qanunçuluq, № 7, Bakı, 1998, səh.3–9 "Prosessual sübutetmədə təqsirsizlik prezumpsiyası və sübutetmə vəzifəsi". Qanunçuluq, № 1, Bakı, 2004, səh.17–20 "Hazırda məhkəmə sübutetmənin subyekti kimi". "Qanunçuluq"jurnalı № 12, Bakı, 2004, səh. 27–29 "Cinayət prosesində sübutetmənin subyektləri". Keçid dövründə Azərbaycan Respublikasında dövlət və hüquq quruculuğunun aktual problemləri. Elmi məqalələr məcmuəsi. 11-ci buraxılış. Bakı 2005, səh. 303–309 "Əməliyyat-axtarış fəaliyyətinin nəticələrindən sübut kimi istifadə edilməsi". C. M. Xəlilovla birlikdə Odlar yurdu universitetinin elmi və pedaqoji xəbərləri. Hüquq, sosial-ictimai, iqtisad, filologiya və pedaqoji elmlər seriyası № 13, Bakı, 2005, səh. 98–103 "İbtidai istintaq zamanı toplanmış sübutların məhkəmə istintaqı mərhələsində qiymətləndirilməsinin xüsusiyyətləri". Keçid dövründə Azərbay- can Respublikasında dövlət və hüquq quruculuğunun aktual problemləri. Elmi məqalələr məcmuəsi. 15-ci buraxılış, Bakı, 2006, səh. 213–217 "İbtidai istintaq və məhkəmə istintaqı mərhələsində obyektiv həqiqətin müəyyən edilməsi". Bakı Universitetinin Xəbərləri. Sosial-siyasi elmlər seriyası. Bakı, 2006, № 2, səh.80–85 "Məhkəmə səhvləri, onların səbəbləri və aradan qaldırılması yolları". Məhkəmə ekspertizası, kriminalistika və kriminologiyanın aktual məsələləri. № 44, Bakı-2006, səh. 60–69 "Sübutetmə prosesində çəkişmə prinsipi və təqsirsizlik prezumpsiyası". Hüquq fakültəsinin 80 illik yubileyinə həsr olunmuş "Qloballaşan cəmiyyətdə hüquq elminin aktual problemləri" mövzusunda Respublika Elmi Konfransının materialları. Bakı, 30 aprel 2008, səh. 95–98 "Çəkişmə – cinayət prosesində prosessual funksiyaların bölgüsünün bəzi məsələləri". Qanun, Bakı, 2008. № 7 (171) səh. 41–47 "Azərbaycan Respublikasının cinayət prosesində çəkişmə və tərəflərin bərabərliyi prinsiplərinin tətbiqi problemləri". Azərbaycan Respublikasında dövlət və hüquq quruculuğunun aktual problemləri. Elmi məqalələr məcmuəsi. 21-ci buraxılış, Bakı, 2008, səh. 316–325 "Cinayət prosesinin məhkəməyədək mərhələsində müdafiə problemləri". Azərbaycan Respublikasında dövlət və hüquq quruculuğunun aktual problemləri. Elmi məqalələr məcmuəsi. 23-cü buraxılış, Bakı, 2008, səh. 260–267 "Cinayət prosesində çəkişmə həqiqətin müəyyən edilməsi üsulu kimi". Azərbaycan Respublikasında dövlət və hüquq quruculuğunun aktual problemləri. Elmi məqalələr məcmuəsi. 22-ci buraxılış, Bakı, 2008, səh. 334–341 "Cinayət mühakimə icraatının prinsipləri sistemində çəkişmə prinsipinin yeri". Bakı Universitetinin Xəbərləri. Sosial-siyasi elmlər seriyası. Bakı, 2008, № 4, səh. 90–97 "Qədim və orta əsrlərin cinayət mühakiməsində çəkişmə başlanğıclarına dair". Bakı Universitetinin Xəbərləri. Sosial-siyasi elmlər seriyası. Bakı, 2009, № 1 səh. 15–22 "Судебный контроль в досудебных стадиях уголовного процесса по уголовно-процессуальному законодательству Азербайджанской Республики и пути его совершенствования". Право и государство: теория и практика. № 4. Москва, 2009, стр. 81–84 "Принцип состязательности в стадии возбуждения уголовного дела в уголовном судопроизводстве Азербайджанской Республики". "Юриспруденция". № 4 (54), Киев, 2009. сящ. 14–17 "Sübutların qiymətləndirilməsində hüquq düşüncəsinin roluna dair". Azərbaycan Respublikasında dövlət və hüquq quruculuğunun aktual problemləri. Elmi məqalələr məcmuəsi. Bakı, 01/2009, səh. 297–300 "Проблемы состязательности в стадии возбуждения уголовного дела". Право и государство: теория и практика. № 5. Москва, 2009, стр. 129–132 Azərbaycanın cinayət mühakimə icraatında çəkişmə başlanğıclarının təşəkkül tarixinə dair. Beynəlxalq hüquq və inteqrasiya problemləri. Elmi-analitik və praktiki jurnal. Bakı, № 3, 2008 (15), səh.190–197 "Sübutların qiymətləndirilməsində daxili inamın roluna dair". Hüquqi dövlət və qanun, № 1, 2009, səh.22–26 Cinayət prosesində sübutların mümkünlüyünün şərtləri və çəkişmə prinsipinin təmin edilməsində onların roluna dair. Məhkəmə ekspertizası, kriminalistika və kriminologiyanın aktual məsələləri. Bakı, 2009, № 50 səh. 26–34 Cinayət prosesində sübutetmə həddi və onun məzmununda çəkişmə ünsürlərinə dair. Hüquqi dövlət və qanun, № 6, Bakı, 2009, səh. 36–40 Çəkişmə prosesində sübutetmənin məqsədinə dair. Qanun, № 3 (179), Bakı, 2009, səh. 60–66 Cinayət prosesində sübutetmə həddi və onun məzmununda çəkişmə ünsürlərinə dair. Hüquqi dövlət və qanun, № 7, 2009. səh. 19–22 Cinayət prosesində sübutetmə həddi və onun məzmununda çəkişmə ünsürlərinə dair. Hüquqi dövlət və qanun, № 8, 2009. səh. 31–34 Общие условия обеспечения принципа состязательности в процессе собирания доказательств (по материалам Азербайджанской Республики). Право и государство: теория и практика. № 11, Москва, 2009 стр.93–96 "О процессуальной функции суда в состязательном уголовном процессе". "Юриспруденция". Теория и практика. № 10, Киев, 2009, стр. 23–28 "Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnda çəkişmə prinsipinin təzahürləri". Azərbaycan Respublikasında dövlət və hüquq quruculuğunun aktual problemləri. Elmi məqalələr məcmuəsi. Bakı, 04/2009, səh. 200–205 "Вопросы допустимости доказательств в состязательном уголовном процессе". Право и государство: теория и практика. № 3. Москва, 2010, стр.108–110 "Qanuni qüvvəyə minmiş məhkəmə hökmünün əlamətləri sistemində preyudisiallığın yeri. // Məhkəmə ekspertizası, kriminalistika və kriminologiyanın aktual məsələlər. Elmi əsərlər məcmuəsi, 2010, № 52, səh.. 74–78. "Müdafiə tərəfinin sübut toplamaq imkanları və onların təkmilləşdirilməsi yolları". Bakı Universitetinin Xəbərləri. Sosial-siyasi elmlər seriyası, № 1, Bakı, 2011, səh. 58–69 Cinayət prosesində müdafiəçidən imtina edilməsi mexanizmi haqqında. Hüquq düşüncəsi və elm, aprel № 1, Bakı, 2011, səh. 13–16 Preyudisiyanin anlayışı barədə bəzi qeydlər. BDU-nun xəbərləri, Bakı, 2012, № 4, səh.30–38 Kassasiya protestinin verilməsi – kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiə edilməsi forması kimi. Bakı Universiteti xəbərləri. Sosial-siyasi elmlər seriyası. № 3. Bakı, 2013, səh. 5–21 Xocalı soyqırımı cinayətdir və onu törədənlər mühakimə edilməlidirlər. Beynəlxalq hüquq və inteqrasiya problemləri. Elmi-analitik və praktiki jurnal. Xüsusi buraxılış. Bakı, № 1(37), 2014, səh. 235–241 Humanizm Heydər Əliyev Fondunun fəaliyyətinin əsas prinsipi kimi. Beynəlxalq hüquq və inteqrasiya problemləri. Elmi-analitik və praktiki jurnal. Xüsusi buraxılış. Bakı, № 2(38), 2014, səh. 180–184 Cəza təyini zamanı hakimin diskresion səlahiyyətləri barədə. R. Əsgərova ilə birlikdə. // Məhkəmə ekspertizası, kriminalistika və kriminologiyanın aktual məsələlər. Elmi əsərlər məcmuəsi, 2014, № 61, səh. 83–92 İbtidai həbsin tətbiqi təcrübəsində yaranan bəzi problemlər haqqında. F. N. Səfərovla birlikdə. // Məhkəmə ekspertizası, kriminalistika və kriminologiyanın aktual məsələlər. Elmi əsərlər məcmuəsi, 2014, № 60, səh. 26–39 Azərbaycan cinayət prosesində DE LEGE LATA mənasında preyedusiya institutunun ədalətli məhkəmə araşdırması hüququna uyğunluğu məsələsi. h.ü.f.d. Zaur Əzimovla birlikdə. Azərbaycan vəkili, № 4, Bakı, 2014, səh. 5–13 Cinayət prosesində insan hüquqlarının məhdudlaşdırılmasının yol verilən hədləri. Beynəlxalq hüquq və inteqrasiya problemləri. Elmi-analitik və praktiki jurnal. Bakı, № 4(36), 2013, səh. 100–110 "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Qanunun 10-cu maddəsinin bəzi müddəalarının şərhi haqqında. O. Zeynalovla birlikdə. Məhkəmə ekspertizası, kriminalistika və kriminologiyanın aktual məsələləri. Elmi əsərlər məcmuəsi, 2014, № 62

Kitabları "Azərbaycanda məhkəmə ekspertizasa idarələrinin yaranması və inkişafı tarixi". Vəsait. Bakı, 1998, 58 s. "Müxtəlif ölkələrdə məhkəmə ekspertiza idarələrinin quruluşu və fəaliyyətlərinin təşkilati-metodik aspektləri". F. M. Cavadovla birlikdə. Vəsait. Bakı, 1998, 46 s. "Yeni prosessual qanunvericilik və məhkəmə ekspertizası fəaliyyəti". Ekspress informasiya. Bakı, 2000, 29 səhifədə "Cinayət prosesində çəkişmənin təzahürləri". Dərs vəsaiti, Bakı: Hüquq ədəbiyyatı, 2010, 311 s. (19,5 ç.v.) "Cinayət prosesi". Dərslik. (Ümumi hissə). Bakı: "Zərdabi LTD" MMC, 2012, 416 s.(26 ç.v.) "Cinayət prosesi" Dərslik. (Xüsusi hissə). Bakı: "Zərdabi LTD" MMC, 2014, 500 s. (31,25 ç.v.) "Cinayət prosesində məhkəmə sübutları. Dərs vəsaiti.

Beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı "Sübutetmə prosesində çəkişmə prinsipi və təqsirsizlik prezumpsiyası". Hüquq fakültəsinin 80 illik yubileyinə həsr olunmuş "Qloballaşan cəmiyyətdə hüquq elminin aktual problemləri" mövzusunda Respublika Elmi Konfransının materialları. Bakı, 30 aprel 2008. səh. 95–98 "Вопросы допустимости доказательств в состязательном уголовном процессе". Актуальные проблемы уголовно-процессуального права и практика его применения. Материалы международной дистационной научно-практической конференции. Караганда, 2009. сящ.16–19