Utilər – Qafqaz Albaniyasında yaşamış və Alban tayfa ittifaqında daxil olan ən böyük tayfalardan biri.

İ. P. Petruşevski Qəbələ rayonunun Nic kəndində yaşayan udinlər qədim albanların qalıqları olduğu fikrini irəli sürmüşПегрцшевский И. П. Государства Азербайджана в XV веке. "Швестия Аз ФАН ССР, № 7, 1949, səh. 77, digər tədqiqatçılar – S.T.YeremyanЕремян С. Т. Раннефеодальные государства Закавказья в III–VII вв. "Очерки истории СССР". М., 1958, səh 304, Z.İ.YampolskiЯмпольский 3. И. К изучению летописи Кавказской Албаний Изв. АН Азерб. ССР, серия общ. наук. 1957, № 9 ,səh 83, Z.M.BünyadovБуниятов 3. М. Азербайджан в VII–IX вв. Баку, 1965, səh 178, Q.A.KlimovКлимов Г. А. Кавказские языки, М., 1960 , səh 96, A.Q.ŞanidzeШанидзе А. Г. Язык и письмо кавказских албанцев. М., 1960 , səh 8, İ.H.ƏliyevАлиев К- Г. Этюды о населении древнего Азербайджана. "К проб-леме этногенеза Азербайджанского народа". Баку, 1984, V.L.QukasyanГукасян В. Л. Удинско-русско-азербайджанский словарь. Баку, 1974, F.MəmmədovaМамедова Фарида. Политическая история и историческая география Албании. Баку, 1985 onunla həmfikir olmuşdurlar. Ancaq etnoqraf Q. Qeybulayev bugünkü udinlərin Dağıstandilli tayfaların birinin qalıqları olduğunu və utiləri alban etnosu, yəni Alban dövlətini yaradan və etnik adı alban olanlar ilə eyniləşdirilmənin doğru olmadığını yazmışdırQ. Qeybullayev – Azərbaycan türklərinin təşəkkülü tarixindən, Bakı, 1994Q. Qeybulayev – Qarabağın etnik tarixi, Bakı, 1993. Strabon Atropatenada – Midiya dağları adlanan dağlıq ərazidə Xəzərin cənub qərbində alban və uti tayfalarının yanaşı yaşadığını qeyd edirStrabon. XI, 8, 8 və bu da alban və uti adlarının müstəqil tayfaların adları olduğunu deməyə əsas verir.

1958-ci ildə erməni tarixçisi S.T.Yeremyan qədim alban dilinin udin dili olduğunu yazmış,Еремян С. Т. Раннефеодальные государства Закавказья в III–VII вв. "Очерки истории СССР". М., 1958 , səh 327 gürcü tarixçisi A.Q.Şanidze də udinlərin erməni tarixi ənənəsində albanların varisləri hesab edildiyini göstərmişdirШанидзе А. Г. Язык и письмо кавказских албанцев. М., 1960. , 8.

Alban tarixçisi Moisey Kalankatlının – Alban ölkəsinin tarixi əsərində Albaniyada 5 mahalın Uti adlandığı göstərilir: Qarabağın dağlıq hissəsində – ArtsakdaMoisey Kalankatlı – Alban ölkəsinin tarixi, I kitab,23-cü fəsil, Bərdə zonasındaMoisey Kalankatlı – Alban ölkəsinin tarixi , I kitab, 24-cü fəsil, Girdimanın Xalxal şəhəri (indiki Qazax- Ağstafa rayonunları ərazisində) zonasındaMoisey Kalankatlı – Alban ölkəsinin tarixi , I kitab, 27-ci fəsil və Azərbaycanın şimal – qərbindəMoisey Kalankatlı – Alban ölkəsinin tarixi , II kitab, 23-cü fəsil. Qiyasəddin Qeybullayev qeyd edir ki, tədqiqatçıları çaş – baş salan da budur. Əgər mahalların hamısında indiki Dağıstandilli udinlərin əcdadları yaşamışsa, onda əlbəttə deməliyik ki, onlar Albaniyanın ən böyük tayfası idi. İqrar Əliyev belə də yazmışdır: "Utilər Albaniyada aparıcı tayfa idilər". Sonra bu fikri V. L. Qukasyan təkrar etmişdir: "Uti – udinlər alban tayfa ittifaqında aparıcı rola malik idi." Qiyasəddin Qeybullayev isə bu fikrə etiraz edərək qeyd edir ki, bu belə deyil.

İş burasındadır ki, uti adını daşıyanlar Albaniyadan kənarda da məlumdur.

Midiyada, sonra da Atropatenada. Yuxarıda deyildiyi kimi, ilk dəfə Herodot (er. əv. V əsr) Midiyada iki əyalətdə utilərin yaşadığını qeyd etmişdirHerodot, III, 93; VIII, 68. Sonra I əsr müəllifi Strabon Atropatenada, Xəzərin cənub – qərbində Midiya dağlarında albanların bir hissəsi, kaduslar (indiki talışların əcdadları), kellər (indiki giləklərin əcdadları) və amardlarla yanaşı Uti adlı əyalətdə utilərin yaşadığını yazmışdırStrabon, XI, 8, 18. Ona görə bir sıra tədqiqatçıların (M. Markvart, N. Q. Adons) ardınca İqrar Əliyev yazmışdır ki, həmin utilər eramızın əvvəllərində şimala keçmiş və Albaniyada yerləşmişlərАлиев И. Г. История Мидии. Баку, 1960 , səh 65. Alban tarixçisi Moisey Kalankatlı da utilərin Albaniyaya gəlmə olduğunu yazmışdırMoisey Kalankatlı – Alban ölkəsinin tarixi, I kitab, 4-cü fəsil. Beləliklə aydın olur ki, Albaniyada utilər eranın əvvəllərində gəlmə hesab olunur, başqa sözlə, ondan əvvəl Albaniyada utilər yaşamırdı. Buradan da utilərin konkret mənada, albanlar olması fikrinin puçluğu üzə çıxır: alban adını daşıyanlar Albaniyada er. əv. IV əsrdən məlumdursa, utilər Albaniyaya – alban tayfasının adı ilə adlanan ölkəyə çox sonra gəlmədirsə, onda alban və uti ayrı-ayrı etnoslardır. Bundan başqa nəticə də çıxır: utilər Albaniyada aparıcı tayfa ola bilməzdi, çünki hələ er. əvvəl IV–III əsrlərdən Alban dövləti mövcud idiБабаев И. А. К вопросу о возникновении государства Албании (Кавказской). Изв. АН Азерб. ССР, серия истории, философии и права, 1976, №4, Бабаев И. А. Города Кавказской Албании. Баку, 1991. Alban çarı Roma ordusunun başçısı Qney Pompeylə er. əv. 66 – 65-ci illərdə qanlı döyüşlər keçirmişdi. Er. əv. VIII–VII əsrlərə aid Urartu yazılarında indiki Göyçə gölünün hövzələrində Etiuni adlı ölkənin adı çəkilir. Bu adın ―uni hissəsi urartu dilində yer adlarına əlavə olunan şəkilçidir. V əsr erməni mənbələrində bu ölkə Uti adlanırИстория Армении Моисея Хоренского. Пер. Н. Эмина. М., 1893, II kitab, 44-cü fəsil. Deməli, Urartu mənbələrindəki Eti (uni) əslində Uti adının urartuca yazılış formasıdır. Bu əyalət tarixən Albaniyaya mənsub olmuşИстория Армении Моисея Хоренского. Пер. Н. Эмина. М., 1893 ,I kitab,8-ci fəsil, sonralar ermənilərə keçmişdir. Qeyd edək ki, Midiya – Atropatenada yaşayan utiləri Qafqazdilli sayırlar və kutilərlə bağlayırlar. Lakin Urartu mənbələrində qeyd edilən Etiuni – Uti haqqında nədənsə bir söz deyilmir. Antik müəlliflər albanlardan şimalda, yəni Şimali Qafqazda uti, udi adlı bir etnosun yaşadığını göstərirlər. I əsr müəllifi Pliniy yazır ki, albanlardan şimalda skiflərdən olan Udin adlı tayfa yaşayırPliniy, VI, 38(skif adı altında qədim türklərin nəzərdə tutulurZaur Həsənov – Çar Skifləri, Bakı, 2001Qiyasəddin Qeybullayev – Azərbaycan türklərinin təşəkkülü tarixindən, Bakı, 1991. Həmin müəllif sonra yazır ki, udinlərdən şimalda isə Utidors adlı tayfa məskundurPliniy, VI,39. Utidors etnonimi bir sıra tədqiqatçıları çaşdırmışdır. Yazmışlar ki, bu ad uti etnonimindən və İrandilli aors adlı tayfanın adından ibarətdirКороглы X. Г. Взаимосвязи эпоха народов Средней Азии, Ирана Азербайджана. М., 1983.. Bu fikri inkişaf etdirən K. V. Trever olduТревер К. В. Очерки по истории и культуре Кавказской Албании. М. — Л., 1959 , səh 174–175. Ehtimal edilir ki, Albaniyadan utilərin (yəni, indiki Dağıstandilli udinlərin) bir hissəsi Şimali Qafqaza da getmiş və orada İrandilli aors adlanmış tayfa ilə qovuşmuşdurКрупное Е. И. Каякентекий _ ШгИльник — памятник древней лбашш. Труды ГИМ, вып. XI, М., 1940. Qiyasəddin Qeybullayev isə qeyd edir ki, əslində Plininin utidors kimi yazdığı etnonim "utidur"- dan başqa bir şey deyil: Pliniy ―u səsini ―o kimi vermiş, sonra da adın sonuna ―s adlıq hal şəkilçisini əlavə etmişdir. Utidur etnoniminin ikinci hissəsi olan "dur" sözü oğuz tayfalarından bayandur, çavundur, hundur və b. adlar üçün səciyyəvidir. Deməli, Utidur türk mənşəli tayfa idi. Antik müəllifin onu – skif tayfası adlandırması da bu fikri təsdiqləyir. II əsr müəllifi Ptolemey Şimali Qafqazda udi adlı tayfanın yaşadığını yazmışdırPtolemey, V, 8, 16. Sonra eramızın IV – V əsrlərində Bizans müəllifləri Şimali Qafqaz çöllərində hunların bir tayfasının utiqur adlandığını göstərirlər. Utiqur etnoniminin "qur" komponenti bəzi türk tayfalarının (uyğur, sarıqur, kuturqur, oğuz tayfalarından yazqur, salqur və b.) adları üçün səciyyəvidir. V. V. Bartolda görə monqolca qur ―xalq mənasındadır. Utiqurların türk tayfası olduğunu təsdiqləyən başqa faktlar da vardır: Rəşidəddin (XV əsr) monqolların içərisində udiut (udi və türk-monqol dillərində cəm bildirən-ut şəkilçisindən) tayfasının adını çəkirРашид ад-Дин. Джами ат-Таварих, Баку, 1956. Altay dillərinə mənsub udmurtların adında da "udi" komponenti nəzərə çarpır. Elə buna görə də Albaniyada indiki Dağıstandilli udinlərin uqrofin mənşəli gəlmələr olması fikri də mövcuddurКлимов Г. А. Кавказские языки, М., 1960.. XVII əsrdə Sibirdə yaşayan bir türk ulusu Udin adlanırdı. Həmin tayfanın adı ilə bağlı şəhər indi Нижне-Удинск adlanırКузеев Р. Г. Происхождение башкирского народа. М., 1974. XVIII əsrdə Azərbaycanda yaşayan Şahsevən türk tayfa birləşməsinin bir qolu Udulu adlanırdı və s.

Müəyyən olunmuşdur ki, VII əsr erməni coğrafiyası adlı mənbədə Artsakdakı Uti əyalətinin mahal adlarının (Aranrot, Tiri, Rot-Pasian, Aluyen, Tuçkatak, Qardman və Şakaşen) hamısı türkmənşəlidirГейбуллаев Г. А. К этногенезу азербайджанцев, том 1. Баку, 1991. Beləliklə, Albaniyada, Atropatenada, Ermənistanda və Şimali Qafqazda yaşamış Uti, Udi, Udin adlı tayfalardan şimalda yaşayanlarının türk olmasına şübhə qalmırQ. Qeybullayev – Azərbaycan türklərini təşəkkülü tarixindən, Bakı, 1994. Onda belə çıxır ki, Azərbaycanda indiki Dağıstandilli udinlərin ulu əcdadları ya cənubda – Midiyadan (Atropatenadan), ya da indiki Ermənistan ərazisindən – Urartu mənbələrində er. əv. 764-cü ildə qeyd edilən Etiunidən gəlmə ola bilər. L. M. Meliksetbekov Azərbaycanda Dağıstandilli udinlərin mənşəyi məsələsinə xüsusi məqalə həsr etmiş və onların məhz Ermənistanda Etiunidən gəldiklərini yazmışdırМеликсетбеков Л. М. К истории удин. Труды Тбилисского го-сударственного университета, 1942, т. XXIII.

Məlumdur ki, Etiunidə bir yaşayış məntəqəsi VIII əsr erməni coğrafiyasında Niq (Ermənistanda indiki Abaran rayonu) adlanırАрмянская география VII века по Р. X. СПб., 1877, udinlərin indi yaşadıqları kəndin adı da Nicdir, deməli udinlər Nic adını özləri ilə gətirmişlər. Bu fikri əvvəllər N. Y. Marr və İ. İ. Meşşaninov söyləmişlərМарр Н. Я. Избранные работы. Том IV, М, —Л., 1937; том V, VI. — Л., 1935, səh 81Меишанинов М. Халдоведение яфетический сборник. VII, Баку, 1932 , səh 97. Q. A. Melikişvili albanlarda udin tayfasını (sözsüz ki, o Dağıstandilli udinləri nəzərdə tutur) Etiuni ilə əlaqələndirmişdirМеликишвили Г. А. Урартские клинообразные надписи. М., 1956 , səh 3. Türk tarixçisi F. Kırzıoğlu da udinlərin Albaniyaya gəlişini Urartu çarlarının Etiuniyə (Utiyə) dağıdıcı hərbi səfərləri ilə bağlamışdırKirzioğlu M. Fahrettin. Kars tarihi. I cilt. İstanbul, 1953. II əsr müəllifi Ptolemey Albaniyada Kürün sol sahilində bir məntəqəni Niqa (sondakı ―a yunan dilində əlavə olunma hal şəkilçisidir) adlandırır və bu, şübhəsiz ki, elə Nicdir. Deməli indiki udinlərin Etiunidən Albaniyaya gəlməsi II əsrdən əvvəl baş vermişdir.