Topoqrafiya () — ərazinin səthinin quruluşunu, yüksəkliklərini və relyef xüsusiyyətlərini öyrənən elm sahəsi. Geodeziya elminin bir hissəsidir.thumb|right|300px|Bir kəndin xəritəsi

Topoqrafiya və xəritə Topoqrafiya əməli riyaziyyatı ölçüm texniklər və rəssamlıq elementləri ilə birləşdirir və yer sahəsinin bir qismini cizgi şəklində səhifə üzərində çəkir.

Bundan irəli gələrək xəritə bir səhifənin üzərində yerin bir sahəsinin üfüqi və kiçilmiş şəkildir.

Geomorfoloji termin Topoqrafiya – (, ) /yun.topos-yer, məhəl və grapho- yazıram/- topoqrafik xəritədə məhəlli göstərmək üçün onun xəritələşdirmə üsulunu işləyən və hazırlayan elmdr. Aerofotoplanalma, eləcə də kosmik planalma müasir topoqrafiyanın əsas üsullarıdır.

Topoqrafiya iş bölmələri Bir sahənin alçaq-ucasını səhifə üzərində çəkilməsinə bir neçə işlər görülür və bu işlər üç yerə bölünür:

1 — Çöl işləri: Sahəni ayarlamqa, dayanacaqların yerini seçmək və ölçüm işlərini görmək. 2 — Mühasibat

3 — Xəritənləri yaratmaq: İstənilmiş miqyas ilə çöldə görülmüş işlər dəqiq surətdə mühasibat işlərindən sonra bir səhifə üzərində çəkilir.

Topoqrafiyanın bütün bölmələri Topoqrafiya elmi iki əsas bölməyə bölünür:

1 — Topolojiya - yerın necə düzəlməsini ayarlayır.

2-Topometriya - ölçüm sənəti və yerın zahiri şəklini ayarlayır.

Topoqrafiyanin önəmi və işlənən sahələri Topoqrafiya qədim texniklərindən biridir ki yerlərin bölməsində istifadə edilirdi. İndilikdə Topoqrafiya Mühəndislik sahəsində böyük bir rolu var. O rollardan neçəsin aşağıda ad aparırıq: Tikinti işləri Yol və dəmir yol işləri Körpü işləri Tunellər Sədd işləri Su qaynaqları Gəmiçilik işələri Əkinçilik mədən mühəndislik işləri və daha ayrıları…

Topoqrafik planalama Topoqrafik xəritələrin orijinalını yaratmaq üçün aparılan kompleks işlər. Topoqrafik planalma yerüstü və aerofototopoqrafik üsullarla aparılır. Yerüstü Topoqrafik planalma menzula, taxeometrik və fototeodalit planlama üsullarına bölünür. Bu üsullar çox vaxt və xərc tələb etdiyindən, hazırda topoqrafik xəritələr, əsasən aerofototopoqrafik planalma ilə yaradılır.Məmmədov Q. Ş. Xəlilov M. Y. Ensiklopedik ekoloji lüğət Bakı 2008

Xarici keçidlər Kompleks Geoloji Kəşfiyyat və Topoqrafiya İdarəsi Topography--enviki World Guide--en

Həmçinin bax Yer ölçmə işləri Autodesk Miqyas (xəritə) Bucaq ölçümü standartları

İstinadlar Kateqoriya:Mühəndislik Kateqoriya:Topoqrafiya Kateqoriya:Geomorfoloji terminlər Kateqoriya:Kartoqrafiya