Santa-Mariya-del-Fiore kafedralının günbəzi () və ya Brunelleski günbəzi () — Florensiyada yerləşən Santa-Mariya-del-Fiore kafdralının mərkəzi kəsişmə hissəsini örtən kərpic günbəzdir; inşası tamamlandığı dövrdə Brunelleski günbəzi dünyanın ən böyük günbəzi idi, Müqəddəs Pyotr bazilikasının günbəzinin inşasından bu günə kimi isə Santa-Mariya-del-Fiore kafedralının günbəzi dünyada kərpicdən inşa edilmiş ən böyük günbəz (daxili günbəzin maksimal diametri 45.5 metr, xarici diametri isə −54.8 metrdir) olaraq qalmaqdadır.Storia dell'architettura europea, ed. Laterza, 2006

İntibah memarlığının sonrakı inkişafında oynadığı fundamental əhəmiyyətə və müasir memarlıq nəzəriyyəsinə təsirinə görə, bu günbəz günümüzə kimi Avropada Qədim Roma dövründən sonra həyata keçirilmiş ən mühüm memarlıq əsəri olaraq qalmaqdadır.

Tarixi 250px|thumb|left|Andrea Bonayuti — Santa-Mariya-del-Fiore kafedralının təqdim edilməsi, təxm. 1355, Bonayuti kapellası. Kafedral kilsənin inşasına 1294–1295-ci illərdə başlanılmış günbəz barabanı isə artıq 1314–1315-ci illərdə tikilərək hazır vəziyyətə gətirilmişdi; lakin, XV əsrin əvvəllərinə kimi o zaman yaşamış memarlardan heç biri belə nəhəng günbəzin inşası üün ciddi təklif irəli sürə bilməmişdir. Hələ kafedralın inşasının getdiyi dövrdən günbəzin inşası bir çox memarları düşündürürdü. Çünki, günbəzin tamamlanmasına kimi onu daxildən saxlamalı olan nəhəng taxta qabırğaların hündürlükdə necə yerləşdirilməsi məsələsini həll etmək lazım idi.

Əlbəttə ki, kafedralın memarı olan Arnolfo di Kambio bu problemi əvvəlcədən görür və onun həll edilməsi üçün orta əsr kafedrallarının əənəvi triburiyasından fərqli olaraq daha irihəcmli təməl inşa edirdi. Kambionun planına əsasən kafedralın günbəzinin daha ənənəvi aspektdə nəzərdə tutulmasını Florensiyadakı Santa-Mariya-Novella bazilikasının Bonayuti kapellasında Andrea Bonayuti tərəfindən çəkilmiş məşhur freska da sübut edir. 1355-ci ildə çəkilmiş həmin freskada Santa-Mariya-del-Fiore kilsəsi aydın görünsə də, onun dairəvi günbəzi barabansız bina üzərində oturdulmuşdur. Həmin yarımsferik günbəz Brunelleskinin günbəzindən daha kiçik ölçülərdə inşa edilsə belə, freskadakı fənərin ağırlığını daşımaqda çətinlik çəkərdi.

1418-ci ildə kafedral, günbəzin inşası üçün müsabiqə elan edir. Rəsmi qalibi olmayan müsabiqədən sonra Filippo Brunelleski və Lorenzo Gilbertiyə günbəzin inşası işi həvalə edilir. 7 avqust 1420-ci ildə günbəzin inşasına başlanılmış və fənərin təməlinə kimi olan hissənin inşası 1 avqust 1436-cı ildə tamamlanmışdır.

Növbəti gün nəhəng tərsanə qapılarını 1420-ci ilin tikilisinə açmış və Brunelleskinin özü tərəfindən imzalanmış bu əsərdə barabanın necə tamamlanması və əsas nöqtələrin inşa metodları göstərilmişdir. Unikal "iş proqramı" olan bu əsərdə proqram intensionallığının ifadə edilməsi əvəzinə, bir neçə sətirlə günbəzin struktur, forma və ölçüləri qeyd edilmişdi. Brunelleski layihəni icraçı mövqeyindən təqdim edirdi. Onun göstərdiyi on iki bənddə yalnız yekun iş izah edilməmiş, həmçinin əlavələrə də yer verilmişdi: məsələn, freskalar üzərində işləyən rəssamların rahatlığının təmin edilməsi üçün günbəz daxilində dəmir halqaların yerləşdirilməsi nəzərdə tutulmuşdu.

1425-ci ildə Gilberti rəsmən inşa layihəsindən uzaqlaşır və layihə Brunelleskinin əlinə keçir. İnşaat meydanında işlər fasiləsiz olaraq 1436-cı ilə kimi davam edir və günbəzin tamamlanması Papa IV Yevgeninin xeyir-duası ilə qeyd edilir. Mərasim zamanı Florensiyanın gerbinə istinadən ilk dəfə Giyom Düfayın izoritmik "Nuper Rosarum Flores" moteti səsləndirilmişdir.

Günbəzin inşasının tamamlanmasından sonra fənərin inşası üçün daha bir ictimai müsabiqə elan edilmiş, bu dəfə də Brunelleski qalib gəlmişdir. Lakin, inşaat işlərinə yalnız 1446-cı ildə — memarın ölümündən bir neçə ay əvvəl start verilmişdir. Brunelleskinin ölümündən sonra fənərin inşasını onun dostu və ardıcılı olan Mikeloçço di Bartolomeo davam etdirmiş, inşaat işləri 23 aprel 1461-ci ildə Antonio Manettinin rəhbərliyi ilə tamamlanmışdır.

Forma və strukturu 200px|thumb|right|Covanni di Cerardo Prato — Günbəzin stuktur müşahidələrinin təsviri, 1426 Səkkizguşəli barabandan başlayaraq günbəz iki dayaq üzərində formalaşdırılan səkkiz yelkən üzərində dayanır. Bunun səbəbi, şübhəsiz ki, strukturun zəifləməsi ilə bağlıdır. Struktur dörd sütun üzərində həll edilsə idi bina üçün həddən artıq ağır olardı. İki papaq arasındakı məsafə 1.20 metrə bərabərdir. Dəmir mismarlar vasitəsiylə birləşdirilmiş 24 şüalı taxta seplər bütün tikilini əhatə edir. İnşaatın getdiyi dövrdə onların effektivliyi məsələsi uzun müddət müzakirə olunurdu. Faktiki olaraq bu gün günbəzin və onun təməli olan barabanın möhkəmliyi şübhə doğurmur. Bu halqa, demək olar ki, konstruksiyanın təməlini sıxaraq, xaricdən yönlənmiş təhlükəli güclərə qarşı dayaq rolunu oynayır. Digər tərəfdən, taxtanın elastikliyi, daşın isə çəkinməyə qarşı davamsızlığına görə onlardan kəmər hazırlanmasının doğru olmadığı düşünülür. Həmin dövrün ənənələrinə uyğun olaraq, günbəzin tərkibinə daxil olan elementlər arasında qızıl nisbətlər mövcuddur. Günbəzin təməli yerdən 55 metr yüksəklikdə yerləşir, fənərin hündürlüyü 21 metr, barabanın hündürlüyü 13 metr, günbəz hissəsinin hündürlüyü isə 34 metrdir. Qızılı günbəz və xaç da daxil olmaqla günbəz strukturunun ümumi hündürlüyü 116.50 metrə bərabərdir. 1436-cı ildə günbəzin ithaf edilməsi mərasimi şərəfinə məşhur flamand bəstəkarı Giyom Düfay "Nuper rosarum flores" əsərini yazmşdır.

Günbəzin hətta görünən konturları da dəqiq qaydalara tabe edilmişdir: xarici künc profili 4/6 sərtliyə, daxili künc isə 6 sərtliyə malikdir. Səkkizguşəli günbəzin təxminən 54 metr uzunluğa malik olan hər bir diaqonalı bərabər ölçüyə malik dörd hissədən ibarətdir: "sərd dörddə bir" anlamı da burdan qaynaqlanır. İstənilən halda günbəzin profili onun stabilliyi üçün mühüm rol oynayır: əslində bu strukturda əlaqə tağlarının ixtisar edilməsinə çox yaxınlaşılmışdır. Bu ad, hər iki tərəfdən sonluğunu saxlayan qabırğanın formasından əmələ gəlmişdir. Sonradan, XVII əsrin sonlarında Bernulli qeyd edir ki, günbəzin öz çəkisini saxlamalı üçün bu forma ən uyğun olan variantdır. Günbəz üzərində 1446-cı ildə Brunelleskinin ölümündən sonra bir neçə başqa memarın iştirakı ilə inşa edilmiş fənər ucalır. Fənərin inşası üçün memarların xüsusi olaraq hazırladığı texnikadan istifadə edilmişdir. İnşaat materiallarının daşınması və qaldırılması üçün istifadə olunan həmin qurğular bütün tədqiqatçılar tərəfindən inşaat işində mühüm irəliləyiş və əhəmiyyətli kəşf kimi qiymətləndirilmişdir. Binanın möhkəmliyinin təmin edilməsində fənər də özünəməxsus rol oynayır. Günbəzin möhkəmliyini təmin edən qabırğalar fənərin diametri 6 metrə bərabər olan təməlinə birləşir. Günbəzə təzyiq edən çəki elə bölüşdürülmüşdür ki, bütün qabırğalar çəkinin saxlanmasında eyni dərəcədə iştirak edir. Böyük çəkiyə (750 ton) malik fənər günbəzə təsir edən xarici güclərin dağıdıcı qüvvəsinə qarşı duraraq, onun təməlinin yaratdığı çəkmə gücünü neytrallaşdırır. 1472-ci ildə Andrea del Verrokkio tərəfindən bürünc şar hazırlanmış və həmin şar fənərin zirvəzinə yerləşdirərək birləşdirici halqanın stabilləşdirilməsi üçün istifadə edilmişdir. Bu məqsədlə də Brunelleskinin maşınları tətbiq edilmişdir. Bu mürəkkəb prosesin həyata keçirilməsində Verrokkioya gənc Leonardo da Vinçi də kömək etmişdir. 1600-cü ilin yanvarın 26-dan 27-nə keçən gecə şimşək vurması nəticəsində kürə yerindən düşmüş və bir neçə yerdən günbəzi zədələmişdir.sulle cinque ore di notte simile accidente con grandissimo strepito, e danno; venne a terra la palla e la croce con infiniti marmi con tal veemenza e forza scheggiati, che corsero fino a mezzo la via dei Servi Full text of "Il Fiorentino istruito nelle cose della sua patria" 1602-ci ildə kürə yenidən öz yerinə yerləşdirilmiş, onun düşdüyü yer isə mərmər hissəsi ilə işarələnmişdir.

Konstruksiya

Günbəz və qabırğalar məsələsi 220px|thumb|right|Covan Batista Nelli — Daxili dəstək strukturunun təsviri, XVII əsrin II yarısı. Üzərində günbəz ucaldılmış səkkizguşəli baraban 43 metr diametrə və 54 metr hündürlüyə malikdir. İnşaat zamanı barabanın ölçüləri, ilkin planda nəzərdə tutulduğundan əhəmiyyətli dərəcədə böyüdülmüşdür. Bu böyümənin səbəbi Panteonun günbəzinin ölçülərini geridə qoymaq istəyi idi. Həmin dövrdə Panteonun günbəzi dünyanın ən böyük günbəzi hesab edilirdi və onun ölçüləri insanları o qədər heyrətləndirirdi ki, günbəzin şeytan tərəfindən tikildiyinə inanılırdı. İlkin nəzərdə tutulmuş baraban, səkkiz tərəfinin hər birində işıqlandırma üçün dairəvi gözlər açılmış hissənin hesabına böyüdülmüşdür. Beləliklə də Santa-Mariya-del-Fiore kafedralının günbəzinin barabanı o zamana qədər inşa edilmiş və hündür günbəz barabanı olmuşdur. Fransanın Bove şəhərindəki Müqəddəs Pyotr kafedralının o zaman üçün çox cəsarətli hesab edilən 48 metrlik tağları isə inşaatın tamamlanmasından qısa müddət sonra uçaraq dağılmışdır. Səkkizguşəli baraban günbəzin də formasını müəyyənləşdirmişdir.Il lato massimo, rilevato durante un'accurata misurazione nel 1939, misura 17,60 m, mentre quello minimo è pari a 16,98 m. Cfr Il restauro della cupola di Santa Maria del Fiore, in "Enciclopedia Curcio di Scienza e Tecnica", annuario, 1992, pp. 94–98. Brunelleski divarların səmtindən kərpic hörgüsünün istiqamətinə kimi bütün xırda detalları hesablamışdı. Buna görə də, inşaat zamanı günbəz ənənəvi taxta dayaqlara ehtiyac olmadan özünü saxlaya bilirdi.

Günbəz olmayan günbəz Yarımsferik (parabolik və ya Piza kafedralının günbəzi kimi ellipsoidal da adlandırılır) günbəz öz oxu ətrafında fırlanan tağların formalaşdırdığı fiqurdan ibarətdir. Bu halda söhbət fırlanan günbəzdən gedir. Belə ki, günbəz inşası tamamlandıqdan sonra hər biri müstəqil dayanmalı olan sonsuz tağlardan təşkil olunduğunmuşdu. Günbəzin yaradılmasına kənarlardan hər biri faktiki olaraq müstəqil dayanan, həmçinin, özündən sonrakı, ölçüsünə görə böyük olan tağı saxlayan kiçik tağların inşasından başlanmışdır.

Duomonun inşasında çalışan və bir-biri ilə yarışan inşaçı ustadları, layihəyə səkkizguşəli olan günbəzin də daxil olması həvəsləndirirdi. Florensiya kafedralının günbəzi sözün əsl mənasında günbəz olmayıb səkkizguşəli struktur olmaqla, bir növ kafedralın özünün nefinin formasını təkrarlayır. Buna görə də kərpic hörgünü birləşdirən məhlulun bərkiməsinə kimi taxta inşaat meşəsi və qabırğalardan istifadə edilmişdi. Bunlardan başqa, Şimali Avropadan fərqli olaraq, İtaliyada uzun şalbanlar əldə etmək də mümkün deyildi. Hətta Fransa və İngiltərə kafedrallarının inşasında istifadə edildiyi kimi uzun şalbanların gətirilməsi belə, inşa edilməsi planlaşdırılan günbəzin ağırlığını saxlaya bilməzdi.

Günbəzin sirri 220px|thumb|right|Daxili və xarici günbəz arasında dəstək qabırğaları Filippo Brunelleski Florensiyada həm də çoxistiqamətli rəssam və yaxşı yumor hissi olan adam kimi tanınmışdı; onun Qrasso adlı kasıb xarratlardan birinə etiyi zarafat Florensiya cəmiyyətində məşhur idi: əvvəlcədən bir-biri ilə danışmış bir neçə insanın köməkliyi ilə Filippo xarratı Matteo adlı başqa bir adam olduğuna inandırmışdı. Hekayə o qədər təsirli alınmışdı ki, xarrat şəhərdən qaçmağa məcbur olmuş, baş verənlər isə hekayə kimi nəşr edilərək bir neçə versiyada dövrümüzə çatmışdı.

Brunelleski insanları bir-birinə inandırmaqda ustad olduğunu göstərir; təsadüfi deyil ki, memar, iki ölçülü vasitələrdən istifadə ilə üç ölçülü illüzor prespektivlər yaratmağın banisi hesab edilir. İnşa etdiyi günbəzlə də Filippo buna bənzər zarafet, hətta ekstraordinallığı ilə əvvəlki zarafatını da geridə qoyan zarafet etmişdir; bir neçə illik debatlardan sonra sənətşünaslar onun bu addımının memarlıqda irəli atılmış addım olmadığını bildirmişlər. Düz künclərə malik səkkizguşəli günbəz qabırğalarsız inşa edilməli idi və bu halda o dövrün gec quruyan inşaat məhlulu ilə günbəzin möhkəmlənməsini təmin etmək mümkün deyildi. Hamıya açıq olan iki günbəz arası dəhlizlərdə istifadə edilən şam ağacı təsvirli kərpic hörgüsünün əsas əhəmiyyəti sirr kimi qiymətləndirilmişdi.