270px|thumb|right|Magna Carta və ya Böyük Azadlıqlar Xartiyası suveren tərəfindən öz xalqının qanundan irəli gələn müəyyən hüquqlarına hörmət etməsi öhdəliyini nəzərdə tutan ilk sənədlərdən biridir. İnsan hüquqları və ya İnsan haqları — insanların malik olmağa haqqı olduğu əsas hüquqlar və azadlıqlar".Houghton Miffin Company (2006) İnsan haqlarının əsas məğzi ondan ibarətdir ki, bütün insanlar eyni hüquqa malik olmalıdırlar və bu hüquqlar izahata ehtiyac duyulmadan hər kəsə aid edilir.
Hər kəsin doğulduğu andan toxunulmaz, ayrılmaz hüquqları və azadlıqları vardır. Bu hüquq və azadlıqlar şəxsin cəmiyyət və digər şəxslər qarşısında məsuliyyətini və vəzifələrini əhatə edir. Vətəndaşın hüquqları şəxsin müəyyən dövlətə məxsusluğu ilə bağlıdır. Onlar dövlət tərəfindən müdafiə olunur. İnsan hüquqları hakimiyyət üzərində nəzarət vasitəsi kimi insan hüquqları ilə müəyyən olunan azadlıq həddini keçməməli olan dövlətin qeyri-məhdud hakimiyyətinin məhdudlaşdırıcısıdır.
İnsan hüquqları institutu məzmun etibarilə müxtəlif, eyni statusa sahib olmayan hüquqları tədqiq edir və qoruyur. Lakin, mülkiyyət hüququ təbii və əsaslı hüquq olduğu halda, konkret bir həyat tərzi ətrafında birləşməyi təmin edən həmrəylik hüquqlarının mahiyyəti hələ tam aydınlığa qovuşmayıb. Habelə insan hüquqları institutu mənbə etibarilə, beynəlxalq sənədlərə söykəndiyi kimi, milli qanunvericilik müddəalarına da əsaslanır.
İnsan haqları, demək olar ki, dünyanın bütün ölkələri tərəfindən qəbul edilir. Bu məsələnin universallığından çox vaxt bu və ya digər dövlətlərdə insan haqlarından sui-istifadə halları əsas götürülərək onlara qarşı hərbi və iqtisadi təzyiq göstərmək üçün istifadə edilir. Konstitusiyalarda əsas hüquqların və beynəlxalq razılaşmaların köməyi ilə insan haqları inkar olunmaz bir hüquq kimi qəbul edilmişdir. Beynəlxalq aləmdə insan haqları BMT-nin deklarasiyası ilə qanunləşdirilmişdir.
İnsan haqları çox hallarda bütün insanların eyni haqqa malik olması ideyasına uyğun olaraq aşağıdakı kimi ifadə olunur:
"Hər bir insan onun mənsub olduğu irqdən, cinsiyyətdən, dildən, dindən, siyasi və digər baxışlardan, milli və sosial mənşədən, mülkiyyətdən, doğum və başqa hallardan asılı olmayaraq təmin olunmuş insan haqlarına və azad olmaq hüququna malikdir.
Tarixi 270px|thumb|right|ABŞ istiqlal bəyannaməsi 4 iyul 1776-cı ildə Kontinental konqres tərəfindən ratifikasiya olunmuşdur. Qədim xalqlar müasir dövrdəki mövcud universal insan hüquqları konsepsiyasına malik olmamışlar. İnsan hüquqları üzrə müzakirələrin əsl dönüş nöqtəsi Avropa maarifçilik dövründə mövcud olmuş məşhur orta əsr təbii hüquq ənənəsinin bir hissəsi kimi yaranan təbii hüquqlar konsepsiyası olmuşdur. Həmin dövrdə təməli qoyulsa da, insan hüquqlarına dair müasir mübahisələr XX əsrin II yarısında ortaya çıxmışdır.Moyn, 2010. səh.8
XVII əsr ingilis filosofu Con Lokk öz əsərində təbii hüquqlara yer vermiş və təbii hüquqları "yaşamaq, azadlıq və mülkiyyət (əmlak)" hüquqları kimi müəyyən etmişdir. Lokk iddia edirdi ki, bu əsas hüquqlar ictimai müqavilədə əks etdirilə bilməz. 1689-cu ildə Britaniyada qəbul edilmiş Hüquqlar haqqında Billə əsasən, dövlət orqanlarının zülmkar hərəkətləri qanunsuz hesab edilməyə başlandı. XVIII əsrdə ABŞ-də (1776) və Fransada (1789) iki böyük inqilab baş verdi və müvafiq olaraq ABŞ istiqlal bəyannaməsi və İnsan və vətəndaş hüquqları Bəyannaməsi qəbul edildi; hər iki sənəd insan hüquqlarını təsbit edirdi. Bundan əlavə, 1776-cı il Virciniya Haqlar Bəyannaməsi bir sıra əsas vətəndaş hüquq və azadlıqlarını nəzərdə tuturdu.
1800–1914 200px|thumb|left|İnsan və vətəndaş hüquqları Bəyannaməsi Fransa Milli Məclisi tərəfindən 26 avqust 1789-cu ildə təsdiq edilmişdir. XVIII-XIX əsrlərdə Tomas Peyn, Con Stüart Mill və Hegel kimi mütəfəkkirlər universallıq mövzusu ilə əlaqədar müzakirələri genişləndirmişdilər. 1849-cu ildə Henri Devid Toro sonralar insan hüquqları, xüsusilə də mülki hüquqlar üzrə mütəfəkkirlərə təsir etmiş "Mülki itaətsizlik" əsərində insan hüquqlarından bəhs edirdi. 1867-ci ildə ABŞ Ali Məhkəməsinin hakimi Devid Devis özünün Ex parte Milligan işi üzrə rəyində qeyd edirdi ki, "Qanunun qorunması ilə insan hüquqları təmin edilir."
Bir sıra qruplar və hərəkatlar insan hüquqları adına XX əsr ərzində dərin sosial dəyişikliklərə nail ola bilmişdirlər. Qərbi Avropada və Şimali Amerikada həmkarlar ittifaqları işçilərə tətil etmək, minimum əmək şəraitinin yaradılması və uşaq əməyinin qadağan edilməsi və ya tənzimlənməsi hüquqlarını verən qanunlar qəbul edilməsinə səbəb olmuşdular. Qadın hüquqlarının müdafiəsi üzrə hərəkat bir çox qadınların səsvermə hüququna nail oldu. Bir çox ölkələrdə milli azadlıq hərəkatı müstəmləkəçiliyə son qoyulmasına müvəffəq oldu. Ən təsirli hərəkatlardan biri Mahatma Qandinin vətəni Hindistanı Böyük Britaniya hakimiyyətindən qurtarması olmuşdur. Uzun zamandır əzilən irqi və dini azlıqların hərəkatı, eləcə də mülki hüquqlar hərəkatı dünyanın bir çox yerlərində öz məqsədlərinə nail oldu.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin əsasının qoyulması, 1864-cü il Liber Məcəlləsi və 1864-cü ildə Cenevrə konvensiyalarının birincisinin hazırlanması beynəlxalq humanitar hüququn formalaşmasına təkan verdi. Bütün bunların ardınca iki Dünya müharibəsi baş verdi.
1918–1938 Millətlər Liqası 1919-cu ildə Birinci Dünya müharibəsi başa çatdıqdan sonra Versal sülh müqaviləsi üzrə müzakirələr aparılarkən yaradılmışdır. Liqanın məqsədi silahsızlanma, kollektiv təhlükəsizlik vasitəsilə müharibənin qarşısının alınması, danışıqlar, diplomatiya və qlobal rifahın yaxşılaşdırılması vasitəsilə ölkələr arasındakı mübahisələrin həll olunması idi. Nizamnamədə də qeyd olunduğu kimi, Liqaya hüquqların böyük bir qismini təşviq etmək tapşırılmışdı, hansı ki bu hüquqlar sonralar Ümumdünya İnsan hüquqları Bəyannaməsinə daxil edilmişdir.
Millətlər Liqasının üzərinə koloniyadan müstəqil dövlətə keçid dövründə Qərbi Avropanın müstəmləkəçi dövlətlərinin köhnə koloniyalarına dəstək verməsi üçün təşviq etmək öhdəliyi qoyulmuşdu. Millətlər Liqasının qurumu kimi yaradılmış, sonralar BMT-nin tərkib hissəsinə çevrilmiş Beynəlxalq Əmək Təşkilatının da həmçinin müəyyən hüquqları qorumaq və təşviq etmək kimi vəzifəsi var idi. Müvafiq hüquqlar daha sonra Ümumdünya İnsan hüquqları Bəyannaməsinə daxil edilmişdir:
1946-cı ildən sonra
Ümumdünya İnsan hüquqları Bəyannaməsi
250px|thumbnail|"Bu, müqavilə deyil…(Gələcəkdə) bu sənəd beynəlxalq Böyük Azadlıqlar Xartiyası ola bilər."Eleanor Roosevelt: Address to the United Nations General Assembly 10 dekabr 1948 in Paris, France Eleonora Ruzvelt Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin ispan dilindəki versiyası ilə (1949)
Ümumdünya İnsan hüquqları Bəyannaməsi (ÜİHB) Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən qəbul edilmiş qeyri-məcburi bir bəyanatdır.(A/RES/217, 10 December 1948 at Palais de Chaillot, Paris) Bəyannamə qismən İkinci Dünya müharibəsində törədilən vəhşiliklərə cavab olaraq 1948-ci ildə qəbul olunub. Bu bəyannamə bir qayda olaraq həm dünyəvi, həm də dini xarakterli olmaqla yanaşı insan hüquqları haqqında əsrlərlə formalaşmış təfəkkürün, düşüncənin zirvəsi sayılır. Halbuki ÜİHB məcburi qətnamə deyil. Belə hesab olunur ki, bu qətnamə zaman keçdikcə daha da çox qüvvətlənib, çünki lazım olduqda bəzi milli və digər tribunallar bu qətnaməyə istinad edirlər. Bəyannamə üzv dövlətləri "dünyada azadlığın əsasını təşkil edən, ədaləti və sülhü qoruyan" insan və vətəndaşın bir sıra iqtisadi və sosial hüquqlarının qorunmasına dəvət edir. Bu sənədin qəbul edilməsi, bəzi dövlətlərin hərəkətlərini məhdudlaşdırmaq və dövlətlərə vətəndaşları qarşısında olan öhdəliklərini qəbul etdirmək məqsədilə edilmiş ilk beynəlxalq-hüquqi cəhdi idi.
ÜİHB-nin mətni 1947-ci ildə Hüquqlar haqqında Beynəlxalq Billin müzakirəsini başlatmış Eleonora Ruzveltin rəhbərlik etdiyi İnsan hüquqları Komissiyası tərəfindən yazılmışdır. Komissiyanın üzvləri belə bir hüquqlar haqqında billin forması, eləcə də onun icra olunacağı, həmçinin necə icra olunacağı haqqında dərhal razılığa gəlməmişdilər. Komissiya bəyannamə və ona əlavə ediləcək sənədlərin üzərində işləməyə davam etdi, lakin onların arasında ÜİHB prioritetlik əldə etmişdir. Kanadalı hüquq professoru Con Hamprey və fransız hüquqşünas Rene Kassen, müvafiq olaraq, milli qanunvericiliklərin tədqiqatının böyük bir qismi və sənədin quruluşuna görə məsul idilər. Sənəddə bəyannamənin maddələri preambulanın ümumi prinsipinin şərhi kimi çıxış edirdi. Sənədə quruluş verən Kassen ilk iki maddədə ləyaqət, azadlıq, bərabərlik və qardaşlıq kimi başlıca prinsipləri təsvir etmişdir. Növbəti maddələrdə fərdlərin hüquqları təsbit olunmuşdur: bir-birinə və qruplara münasibətdə fərdlərin hüquqları; mənəvi, ictimai və siyasi hüquqlar; və iqtisadi, sosial və mədəni hüquqlar. Kassenə görə, son üç maddə həyata keçirilməsi zəruri olan məhdudiyyətlər, vəzifələr və ictimai və siyasi quruluş kontekstində yerləşdirilməli idi. Hamprey və Kassenin məqsədi o idi ki, preambulanın üçüncü fəslində də qeyd edildiyi kimi, ÜİHB-dəki hüquqlar müəyyən yollarla qanuni olaraq tətbiq və icra olunsun:
ÜİHB-nin bir hissəsi bütün qitələrdən və bütün əsas dinlərdən olan nümayəndələr də daxil olmaqla, insan hüquqları üzrə beynəlxalq ekspertlər komitəsi tərəfindən araşdırılmış və yazılmış və Mahatma Qandi kimi liderlərlə məsləhətləşmələr aparılmışdır.Glendon (2001) Həm mülki və siyasi hüquqların, həm də iqtisadi, sosial və mədəni hüquqlarınBall, Gready (2007) p.34 daxil edilməsi, əsas insan hüquqlarının bölünməz olduğu və qeyd edilən hüquqların bir-biri ilə sıx əlaqədar olduğu ehtimalına əsaslanırdı. Bu prinsip qəbul edilərkən heç bir üzv dövlət ona qarşı çıxmasa da (bəyannamə Sosialist bloku, aparteid Cənubi Afrika və Səudiyyə Ərəbistanının iştirakı olmadan qəbul edilmişdir), sonralar mühüm çətinliklərə məruz qalmışdır.
Soyuq müharibənin başlaması, ÜİHB-nin dərhal ardından ortaya çıxdıqdan sonra, həm iqtisadi və sosial hüquqların, həm də mülki və siyasi hüquqların bəyannaməyə daxil edilməsi ilə əlaqədar ilkin bölünmələrə yol açdığı düşünülürdü. Kapitalist dövlətlər mülki və siyasi hüquqlara (məsələn, birləşmə və ifadə azadlığı) böyük diqqət yetirməyə çalışırdılar; iqtisadi və sosial hüquqları isə (əmək hüququ və həmkarlar ittifaqına qoşulmaq hüququ kimi) bəyannaməyə daxil etmək istəmirdilər. Sosialist dövlətlər isə iqtisadi və sosial hüquqlara daha çox əhəmiyyət verirdilər və onların daxil edilməsini şiddətlə tələb edirdilər.Ball, Gready (2007) p.35
ÜİHB-nin məcburi olmamasına baxmayaraq, o, müxtəlif beynəlxalq müqavilələrdə öz əksini tapan beynəlxalq insan hüquqları standartları yaratmışdır.
İnsan hüquqları ilə bağlı müqavilələr 1966-cı ildə BMT tərəfindən Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt (MSHBP) və İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt (İSMHBP) qəbul edilmişdir: hər iki sənəd ÜİHB-ndə nəzərdə tutulan hüquqları əhatə edirdi.This does not include the Vatican, which although recognised as an independent state, is not a member of the UN. Müəyyən sayda dövlət tərəfindən ratifikasiya edildikdən sonra hər iki pakt 1976-cı ildə qüvvəyə minmişdir (ABŞ MSHBP-ı 1992-ci ildə ratifikasiya etmişdir).Ball, Gready (2007) p.37 İSMHBP 155 üzv dövlətdən iqtisadi, sosial və mədəni hüquqların fiziki şəxslərə verilməsi istiqamətində işlər görməsini tələb edir.
O vaxtdan etibarən beynəlxalq səviyyədə bir çox digər müqavilələr də təklif edilmişdir. Onlar, ümumiyyətlə, insan hüquqları mexanizmləri kimi tanınırlar. Ən əhəmiyyətliləri isə aşağıdakılardır:
Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya (1948-ci ildə qəbul edilmiş, 1951-ci ildə qüvvəyə minmişdir) İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğvi haqqında Beynəlxalq Konvensiya (1966-cı ildə qəbul edilmiş, 1969-cu ildə qüvvəyə minmişdir) Qadınlara qarşı ayrı‐seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya (1981-ci ildə qüvvəyə minmişdir) İşgəncə əleyhinə BMT Konvensiyası (1984-cü ildə qəbul edilmiş, 1984-cü ildə qüvvəyə minmişdir)