Yeva Duarte Kuboku () — 1940-cı ildən 1953-cü il də daxil olmaqla İspaniyada keçirilən futbol turniri. Bu turnir müasir Superkuboka uyğun olub, yəni kubok uğrunda İspaniya Çempioatının qalibi və İspaniya Kubokunun qalibi qarşılaşıb. Turnir ilk dəfə 1940-cı ildə keçiriləndə Çempionlar Kuboku () adını daşıyıb. 1945-ci ildə Argentina (həmin dövrdə İspaniya ilə yaxın əlaqələri olan dost ölkə) səfirinin təklifi ilə kubokun adı dəyişdirilir və Argentinanın Qızıl Kuboku () qoyulur. 1947-ci ildən etibarən isə turnir Argentina prezidenti Xuan Peronun xanımı Yeva Peronun şərəfinə Yeva Duarte Kuboku adlandırılır. Bu turnir bir qayda olaraq payız aylarında keçirilirdi. Qalibi 1 matç müəyyən edirdi. 1952–1953-cü illərdə kubok 2 dəfə "Barselona"ya heç bir oyun keçirilmədən verilib, çünki həmin dövrdə "Barselona" həm İspaniya Çempionatını həm də İspaniya Kubokunu qazanmışdı. Yeva Peron vəfat etdikdən sonra turnirin keçirilməsinə son qoyuldu.
Turnirin qalibləri İlQalibFinalçıHesabÇempionlar Kuboku1940Atletiko MadridEspanyol10-4 (3-3 / 7-1)Argentinanın Qızıl Kuboku1945BarselonaAtletik Bilbao5-4Yeva Duarte Kuboku1947Real MadridValensiya3-11948BarselonaSevilya1-01949ValensiyaBarselona7-41950Atletik BilbaoAtletiko Madrid7-5 (5-5 / 2-0)1951Atletiko MadridBarselona2-01952Barselona1953Barselona
Mənbə Spain — List of Super Cup Finals
Kateqoriya:Futbol kubokları Kateqoriya:İspaniyada futbol