Şəmkir rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. Mərkəzi Şəmkir şəhəridir.
Azərbaycanın Qərbində yerləşir. "Şəmkir" adı ərazidə yerləşən Şəmkir adlı qala ilə bağlıdır. Bu qala V–VI əsrlərdə Sasanilər tərəfindən inşa edildiyi söylənilir. Bu qalanın qalıntılarını Muxtariyyat kəndindədir. Muxtariyyat kəndinin adı keçmişdə "Qala kəndi" idi. İndi isə Qədimqaladır. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şamxor rayonunu Şəmkir rayonu adlandırılmışdır.
Ümumi məlumat Kəndlərin sayı 60 Qəsəbələrin sayı 7 İri və orta müəssisələrin sayı 59 Məktəbəqədər uşaq müəssisələrinin sayı 53 Ümumtəhsil məktəblərinin sayı 78 Texniki, orta ixtisas və peşə məktəblərinin sayı 1 Xəstəxanalar və tibb müəssisələrinin sayı 71 Mədəniyyət ocaqlarının sayı 156
Şəhər və iri qəsəbələrin adları Şəmkir rayonunda 1 şəhər, 7 qəsəbə, 58 kənd vardır. Şəmkir şəhəri Çinarlı qəsəbəsi Dəllər qəsəbəsi Zəyəm qəsəbəsi Kür qəsəbəsiSəməd Vurğun qəsəbəsiFüzuli qəsəbəsiBarlıbağ qəsəbəsi
Sərhəd rayonlar Göygöl, Gədəbəy, Daşkəsən, Tovuz, Samux rayonları ilə həmsərhəddir.
Əhali
Əhalinin ümumi sayı 221,372+ Şəhər əhalisinin sayı 67721 nəfər Kənd əhalisinin sayı 132423 nəfər Əhalinin orta sıxlığı 113.49 nəfər/km2 Əhalinin cins qrupları üzrə sayı (kişilər) 49.58 % Əhalinin cins qrupları üzrə sayı (qadınlar) 50.42 % Əhalinin yaş qrupları üzrə sayı (uşaqlar) 11.26 % Əhalinin yaş qrupları üzrə sayı (18 yaşa qədər) 33.18 % Əhalinin yaş qrupları üzrə sayı (18-dən 55–60-a) 57.86 % Əhalinin yaş qrupları üzrə sayı (təqaüdçülər) 13.59 % Ali təhsilli əhalinin sayı 5.79 % Orta təhsilli əhalinin sayı 56.10 % Məskunlaşmış qaçqınların sayı 12240 Məskunlaşmış məcburi köçkünlərin sayı 1897
Ərazi Ümumi ərazi 1660.00 km2 Məhsuldar torpaqların ümumi sahəsi 1245.00 km2 Kənd təsərrüfatına yararsız torpaqların sahəsi 415.00 km2 Heyvandarlıq üçün otlaqların sahəsi 827.00 km2 Əkilmiş torpaqların ümumi sahəsi 388.00 km2 Meyvə bağlarının ümumi sahəsi 27.70 km2
Tarix 190px|thumb|right|Şəmkir rayonu ərazisindən aşkarlanmış üzərində zoomorf təsvirlər və svastika olan gil küpə. e.ə. XVI–XV əsrlər (Tunc dövrü), Milli Azərbaycan Tarixi Muzeyi Şəmkir toponiminin mənası haqqında müxtəlif mülahizələr mövcuddur. Orta əsr ərəb və fars mənbələrində Şəmkür, türk mənbələrində isə Şəmkür, Şəmkir kimi göstərilmişdir. 1924-cü ildə İstanbulda "Müxtəsər Azərbaycan tarixi" kitabını çap etdirən Zeynaloğlu bu adı aşağıdakı kimi izah etmişdir. Şəms–Günəş–Kür–Tapınan, yəni Günəşə tapınanlar yurdu deməkdir. Dilçi alim Cahangirov isə bu adı "Şamkür", yəni "Kür qırağı" kimi izah etmişdir. Şəmkir erkən orta əsr şəhərlərindəndir. Qədim Şəmkir şəhərinin xarabalıqları Şəmkir çayının sol sahilindədir. Şəhərin qala yerinin sahəsi 20 hektar olmuşdur. Şəhər qala yeri çayın sağ sahilində iki körpü vasitəsilə birləşmişdir. Bu körpünün qalıqları indi də qalmaqdadır. VII əsrin ortalarında Şəmkir ərəblər tərəfindən işğal olundu. Ərəb xəlifəsi Mütəvəkkilin şərəfinə Mütəvəkkilliyə adlandırıldı. Şəhərin adı sonralar özünə qaytarıldı. Şəmkir haqqında yazan bütün tədqiqatçıların yekdil fikri belədir ki, şəhərin çiçəklənmə dövrü IX–XII əsrləri əhatə edir. Bu dövrdə Şəmkir səlcuqlar tərəfindən işğal olundu. X–XII əsrlərdə Şəmkir özünün yüksəliş dövrünü keçirirdi. XII əsrdə Eldəgizlərin hakimiyyəti dövründə Şəmkirə xüsusi diqqət yetirildi. XIII əsrdə monqol işğalçılarına qarşı qanlı döyüş gedən Azərbaycan şəhərlərindən biri Şəmkir olmuşdur. Şəhər əhalisi Bəhram hakimiyyətindən işğalçılara qarşı ciddi müqavimət göstərməyi tələb etmişdir. XVI əsrin əvvəllərindən Şəmkir mahalı Azərbaycanın Zülqədəz tayfa başçısının irsi hakimiyyətinə keçdi. Azərbaycanda xanlıqlar dövründə Şəmkir, Gəncə xanlığının tərkibində olmuşdur. 1803-cü ildə çar qoşunları tərəfindən tutulan Şəmkir Rusiyaya birləşdirildi. 1826–1828-ci illərdə, yəni sonuncu Rusiya–İran müharibəsinin qanlı səhifələrindən biri də Şəmkir yaxınlığında olmuşdur. 1826-cı il sentyabrın 3-də Şəmkir yaxınlığında baş vermiş döyüşdə çar qoşunları İran ordusunu məğlub etdi. XIX əsrin I yarısında çar hökumətinin icazəsi ilə Zaqafqaziyaya köçürülmüş alman kalonistlərindən bir qrupu Şəmkirdə məskunlaşdı. Həmin dövrdən Şamxor Anino adlandırıldı. 1918-ci il yanvarın 8–10-da Şamxor (indiki Şəmkir) stansiyası yaxınlığında Türkiyə cəbhəsindən geri qayıdan Rusiya hərbi hissələri tərk–silah edilmiş və bir çoxu güllələnmişdir. Bu hadisə tarixdə Şamxor hadisəsi kimi yadda qalıb. 1938-ci ildə şəhərin köhnə adı bərpa edildi. 1991-ci ildə isə yenidən Şəmkir şəhəri adlandırılmışdır.
Memarlıq abidələri Şəmkir rayonu ərazisində IX–XI əsrlərə aid Şəmkir şəhər xarabalıqları, IX–XI əsrlərə aid Şəmkir körpüsü, Şəmkir qalası (Qədimqala kəndi), XI–XII əsrlərə aid Baydar şəhər xarabalıqları (Bayramlı kəndi), XI–XII əsrlərə aid Qız qalası (Seyfəli kəndi), XVI–XVII əsrlərə aid məscid (Abbaslı kəndi), XI əsrə aid Qız qalası (Tatarlı kəndi), XVI–XVII əsrlərə aid körpü (Təhnəli kəndi), XVII əsrə aid Divan bürcü (Yeni Həyat kəndi), XVI–XVII əsrlərə aid Koroğlu qalası (Şəmkir (şəhər)), dəmir dövrünə aid Qalaboynu qalacası (Atabəy kəndi), erkən orta əsrlərə aid Pir (Kilsə) (Dağ-Daşbulaq), 1909-cu ildə tikilmiş Alman kilsəsi (Şəmkir), XI–XII əsrlərə aid oğuz qəbiristanlığı (Yeni Seyfəli kəndi), XVI–XVII əsrlərə aid körpü (Zəyəm çayı üzərində) mövcuddur. Şəmkir şəhərində 1975-ci ildə inşa edilmiş Qələbə kompleksi, Düyərli kəndində 1975-ci ildə tikilmiş məscid binası, Çinarlı qəsəbəsində 1980-ci ildə inşa edilmiş Qələbə kompleksi, Şəmkir şəhərində, şəhərin Sərxan hissəsində və Naxırçılar hissəsində 1990-cı ildə qoyulmuş "20 Yanvar" abidələri, 1991-ci ildə şəhərdə ucaldılmış Aşıq Hüseyn Şəmkirlinin heykəli, Əliağa Şıxlinskinin büstü, Keçili kəndində 1992-ci ildə tikilmiş məscid, Qədimqala kəndində 1993-cü ildə ucaldılmış Koroğlunun abidəsi, Azərbaycanın Milli Qəhrəmanı Zaur Sarıyevin büstü, Şəhidlər parkı, İrmaşlı kəndində 1998-ci ildə inşa edilmiş məscid, Şəmkir şəhərində 1998-ci ildə inşa edilmiş Heydər Əliyev bulağı, 2001-ci ildə qoyulmuş 31 mart soyqırım abidəsi və Qurtuluş bulağı, Əliyaqublu kəndində 1998-ci ildə tikilmiş məscid, Qapanlı kəndində 2001-ci ildə inşa edilmiş 31 mart soyqırım abidəsi, Dəllər–Cırdaxan kəndində 2001-ci ildə ucaldılmış Yəhyabəy Dilqəmin abidəsi, Çənlibeldə 1997-ci ildə ucaldılmış Aşıq Ələsgərin heykəli kimi memarlıq abidələri var.
Şəmkir rayonunda 2007–2008-ci tədris ilinin əvvəlinə 81 dövlət gündüz ümumtəhsil məktəblərində 35488 nəfər təhsil alan şagird olmuş, onların 29,1 faizi II və III növbədə oxuyanlardır. Ümumtəhsil məktəblərini 2883 nəfər bitirmiş və 2877 ümumi orta təhsil haqqında attestat almışdır. Dövlət ümumtəhsil məktəblərində şagirdlərin təlim tərbiyəsi ilə 4664 nəfər müəllim məşğul olur. Dövlət məktəbəqədər müəssisələrin sayı 53, bunlarda uşaqların sayı 2875 nəfər olmuşdur. Məktəbəqədər müəssisələrdə yerlərin sayı 3254, hər 100 yerə düşən uşaqların sayı 88 nəfər olmuşdur.
Səhiyyə Şəmkir rayonunda 2007-ci il ərzində rayonda əhalinin sağlamlığını qorumaq məqsədilə 350 həkim və 1109 orta tibb işçisi çalışır. 22 xəsətəxana, 48 ambulator poliklinika müəssisələri fəaliyyət göstərmiş rayon əhalisinin hər 10000 nəfərinə 18,9 həkim, 60 orta tibb işçisi 89 xəstəxana çarpayısı düşür. Əhalinin xəstələnmə halları arasında ötən il tənəffüs orqanlarının, ürək qan dövranı sisteminin, həzm orqanları, şiş və endokirin xəstəlikləri üstünlük təşkil etmişdir.
Mədəniyyət Şəmkir rayonunda 2007-ci ildə Şəmkir rayonunda kütləvi kitabxanaların sayı 96 ədəd, onlarda olan kitab fondu 513,4 min nüsxə, orta hesabla hər 1000 sakinə 2738 nüsxə, klub müəssisələrinin sayı 68 ədəd, muzeylərin sayı 3 ədəd onlara gələnlərin sayı 8,4 min nəfər, əhalinin hər 1000 nəfərinə 44,8 nəfər olmuşdur.
Bələdiyyələr Şəmkir rayonunda bələdiyyələr ilk dəfə 1999-cu ildə yaranmışdır. Rayonun 64 yaşayış məntəqəsində 57 bələdiyyə fəaliyyət göstərir. 1 şəhər, 4 qəsəbə, 52 kənd bələdiyyələri yerli özünüidarəetmə orqanı kimi şəhər, qəsəbə və kəndlərin idarə olunmasında iştirak edir.
İqtisadiyyat thumb|250px|Şəmkir rayonunda bir tənəklik(üzümlük) thumb|250px|Şəmkir rayonunda yetişdirilən əjdaha meyvəsi Şəmkir rayonu əsasən üzümçülük rayonudur. İqtisadiyyatında heyvandarlıq, quşçuluq və baramaçılıq da mühüm yer tutur. Burada kənd təsərrüfatı maşınqayırması, üzüm e'malı müəssisələri, yerli istehsalat kombinatı, tikinti materialları kombinatı, SES və başqa müəssisələr vardır. Şəmkir rayonu əsasən aqrar sektorda inkişaf etmişdir. Cari ilin 1-ci yarım ilində keçən ilin müvafiq dövrü ilə müqayisədə ümumi məhsul buraxılışı 12 faiz artaraq, 85.246 min manat olmuşdur. Orta hesabla rayonun hər bir sakini üzrə ümumi məhsul buraxılışının 45 faizdən çoxunu kənd təsərrüfatında, məhsul istehsalının həcmi (38423 min manat) təşkil etmişdir. Əsas kənd təsərrüfatı bitkiləri buğda, arpa, qarğıdalı, üzüm, soğan, kələm, pomidor, xiyar, badımcan, günəbaxan, kartof. Şəmkir rayonu xüsusi potensiala malik olmaqla kənd təsərrüfatı dinamik olaraq inkişaf etmişdir. Rayonun iqtisadiyyatında ənənəvi olaraq taxılçılıq, kartofçuluq, tərəvəzçilik, üzümçülük və heyvandarlıq sahələri aparıcı rol oynayır. Eyni zamanda təsərrüfatlarda bostan və günəbaxan məhsullarıda istehsal edilir. Torpaq islahatı nəticəsində 36.545 ailə 48,2 min hektar torpaq payına sahib olmuşdur. Orta hesabla bir ailəyə 1,2 hektar torpaq sahəsi verilmişdir. Ötən 6 ay ərzində rayonun təsərrüfatlarında 14.471 ton taxıl, 37.110 ton kartof, 35.336 ton tərəvəz və 3.471 ton meyvə istehsal olunmuşdur.
Şəmkir rayonunda quşçuluq sahəsi də inkişaf etmişdir. Şəmkir quşçuluq fabriki rayonun Yeni həyat kəndi ərazsində yerləşməklə qərb bölgəsində ən iri istehsal müəssisəsidir. 300 min baş quş tutumu olan Şəmkir quşçuluq fabriki ildə 50 milyon yumurta və 1000 ton ət istehsalı gücünə malikdir. Sahəsi 12 hektar olan Quşçuluq fabrikində 4 istehsal sexi mövcuddur. Yem istehsal sexi ildə 50 ton yem estehsal edir. Bundan başqa fabrikdə yumurta çeşidləyən kəsim və inkubasiya sexləridə fəaliyyət göstərir. Cari ilin 6 ayı ərzində on iki milyon iki yüz otuz beş min ədəd yumurta, 12600 kq quş əti istehsal olunaraq satılmışdır. Fabrikdə 132.834 baş quşun 49.105 başı yumurta verəndir. Fabrik Şəmkir rayonunu və qərb bölgəsini yumurta və quş əti ilə təmin edir.
Dövlət və şəxsi müəssisələr Şəmkir rayonun iqtisadi inkişafında, iri dövlət və şəxsi müəssisələrin xüsusi rolu vardır. Cari ilin 1-ci yarısında sənaye məhsullarının həcmi 25266 min manat olmuşdur ki, bu 2007-ci ilin müvafiq dövrünə nisbətən 106%-i təşkil edir. Hazırda rayonda 23 sənaye müəssisəsi fəaliyyət göstərir. 87 fərdi sahibkar hüquqi şəxs yaratmadan sənaye fəaliyyəti ilə məşğul olur. Rayon sənayesinin ümumi məhsul buraxılışında qeyri dövlət bölməsinin xüsusi çəkisi 12,5 faizi təşkil edir. Rayonda fəaliyyət göstərən Şəmkir SES silsiləsi Məhdud Məsuliyyətli Cəmiyyət, işçilərin sayı 212 nəfər, Şəmkir Paylayıcı Elektrik Şəbəkəsi işçilərinin sayı 207 nəfər, Şəmkir RET Məhdud Məsuliyyətli Cəmiyyət işçilərin sayı 90 nəfər, Şəmkir " Sukanal" istismar idarəsi, işçilərin sayı 48 nəfər, Şəmkir 23 saylı Yol İstismar idarəsi, işçilərin sayı 70 nəfər, Çınqıl Məhdud Məsuliyyətli Cəmiyyəti, işçilərin sayı 64 nəfər, "Arzu-99" Məhdud Məsuliyyətli Cəmiyyəti, işçilərin sayı 18 nəfər, "Zəyəm Texnologiyalar Parkı" Açıq səhmdar Cəmiyyəti, işçilərin sayı 180 nəfər, "Vitamin VIO" Açıq səhmdar Cəmiyyəti, işçilərin sayı 600 nəfər, "Şərq Ulduzu" firması, işçilərin sayı 56 nəfər, "Seymur" Məhdud Məsuliyyətli Cəmiyyəti, işçilərin sayı 23 nəfər və s. müəssisələr rayonun iqtisadiyyatında xüsusi potensiala malikdirlər.