Kömüratan dağı — Azərbaycanda, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən təpə. Təpənin hündürlüyü 71 metrdir. Təpə Kömüratan gölü ilə təsərrüfat məqsədli istifadə olunmuş (hazırda şorlaşmış) bir digər göl arasında yerləşir. Təpə Bakı-Quba magistral yolundan bir qədər aralıdadır.
İstinadlar
Kateqoriya:Abşeron rayonunun dağları