Lütfəli Cahangir oğlu Nuriyev () — "Bakı Metropliteni QSC"-in ilk rəisi (1966–1976)
Həyatı Lütfəli Cahangir oğlu Nuriyev 1916-cı ildə Gəncə şəhərində Qarabağ bəylərindən olan Cahangir xan Nurubəyovun ailəsində anadan olub.
Tbilisi Dəmiryol Nəqliyyatı Mühəndisləri İnstitutunu hərəkətin təşkili ixtisası üzrə bitirib. Lütfəli Cahangir oğlu Nuriyev 1984-cü il dekabr ayının 9-u vəfat edib.
Fəaliyyəti Əmək fəaliyyətinə Taqanroq stansiyası rəisinin müavini kimi başlayıb. Sonralar "Biləcəri" stansiyasının rəis müavini, Azərbaycan dəmiryolunun operativ dispetçer bölməsində böyük dispetçer, Azərbaycan Dəmir yolunda hərəkət xidmətinin rəisi, 1963–1966-cı illərdə Zaqafqaziya Dəmiryol İdarəsi rəisinin müavini vəzifələrində çalışıb.
1966-cı ildə Azərbaycan KP MK plenumunun qərarı ilə metropolitenin buraxılışına bir il qalmış Bakı metropoliteninin ilk rəisi vəzifəsinə təyin edilib. 1976-cı ilin may ayına kimi bu vəzifədə çalışıb. Bu müddətdə "Şərəf Nişanı" və "Qırmızı Əmək Bayrağı" ordenləri ilə təltif edilib.
İstinadlar
Bakı metropoliteninin rəhbərləri
Kateqoriya:Gəncədə doğulanlar Kateqoriya:Bakı Metropoliteninin rəhbərləri