Kərim Baqiri — İran futbolçusu
Həyatı Kərim Baqiri 1974-cü il fevral ayının 20-də Təbriz şəhərində anadan olub. İranın dünyada ən tanınmış və adlı-sanlı futbolçularındandır. Ona "İranın Erik Kantonası" ləqəbi verilib.
Peşəkar futbolçu karyerasına 16 yaşında Təbrizin Traktor Sazi klubunda başlayıb. Az sonra İranın gənclərdən ibarət milli yığma komandasının, daha sonra isə milli yığma komandasının heyətinə cəlb edilib. 1996-cı il avqustun 1-də Tehranın Əkinçi ("Keşavarz") komandası ilə müqavilə imzalayıb. Çox keçməmiş Tehranın İran çempionatında çıxış edən 2 güclü klubundan biri - Persepolisə transfer olunub. O, həmçinin Almaniyanın "Arminiya", İngiltərənin "Çarlton" , Qətərin "Əl-Sədd" və BƏƏ-nin "Əl-Nəsr" klublarında çıxış edib. 1993-cü ildən çıxış etdiyi İran milli yığmasında karyerasını 2010-cu il oktyabrın 7-də Braziliya ilə yoldaşlıq görüşündə başa vurub.
İstinadlar
Baqiri Baqiri Baqiri Baqiri Baqiri Baqiri Baqiri Kateqoriya:Bundesliqa futbolçuları Kateqoriya:İranın kişi futbolçuları Kateqoriya:Qətər Ulduzlar Liqası futbolçuları Kateqoriya:İngiltərə Premyer Liqası futbolçuları Kateqoriya:1998 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:2. Bundesliqa futbolçuları Kateqoriya:BƏƏ Pro Liqası futbolçuları Kateqoriya:Azadigan Liqası futbolçuları Kateqoriya:Fars körfəzi pro-liqası futbolçuları Kateqoriya:İran milli futbol komandasının futbolçuları Kateqoriya:Əl-Sədd FK futbolçuları Kateqoriya:Almaniyada legioner futbolçular Kateqoriya:BƏƏ-də legioner futbolçular Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:İran şəxsləri Kateqoriya:1998 Asiya Oyunları medalçıları Kateqoriya:1994 Asiya Oyunlarında futbolçular