– SME Records ilə əməkdaşlıq edən Yaponiya müğənnisi. Niconico video paylaşma platforması sayəsində kəşf edildikdən sonra 2011-ci ildə ilk sinqlı olan "Memoria"nı buraxmışdır. "Memoria" "Fate/Zero" anime serialının birinci bağlanış mahnısı olmuşdur.
Eyr Aoinin mahnıları "Fate/Zero", "Sword Art Online", "Kill la Kill", "The Heroic Legend of Arslan" kimi bir çox anime seriallarında və "Rank Okoku" kimi verilişlərdə istifadə olunmuşdur. O, həmçinin ABŞ, Cənub-şərqi Asiya və Avropada keçirilən anime tədbirlərində iştirak etmiş və çıxış etmişdir. 2016-cı ilin oktyabrında sağlamlığı ilə bağlı problemlərə görə 2016-cı ilin noyabrında Nippon Budokanda baş tutacaq iki günlük konsertdən sonra qeyri-müəyyən müddətliyinə musiqidən ayrılacağını bildirmişdir. 2018-ci ilin fevralında aprel ayından musiqi dünyasına qayıdacağını açıqlamışdır.
Bioqrafiya Aoi mahnı oxumağa liseydə təhsil alarkən qurduğu qrupda başlayıb. Yaponiya video paylaşma platforması Niconico sayəsində kəşf edildikdən sonra 19 oktyabr 2011-ci ildə "Memoria" adlı ilk sinqlını buraxmışdır. Sinql "Fate/Zero" anime serialının ilk bağlanış mahnısı kimi istifadə olunmuşdur. Onun ikinci sinqlı "Aurora" 5 sentyabr 2012-ci ildə buraxılmış və "Mobile Suit Gundam AGE" anime serialının 4-cü açılış mahnısı olmuşdur. 21 noyabr 2012-ci ildə "Innocence" adlı üçüncü sinqlı buraxılmış və "Sword Art Online" anime serialının 2-ci açılış mahnısı kimi istifadə olunmuşdur. "Blau" adlı albomunu isə 30 yanvar 2013-cü ildə buraxmışdır. 2013-cü ilin martında Sietl şəhərində Sakura-Con tədbirində iştirak etmişdir.
26 iyun 2013-cü ildə "Cobalt Sky" adlı 4-cü sinqlını buraxmışdır. 23 noyabr 2013-cü ildə buraxdığı "Sirius" sinqlı "Kill la Kill" anime serialının birinci açılış mahnısı olmuşdur. Sinqla buraxılmış "Sanbika" adlı mahnısı da anime serialının içində istifadə olunmuşdur. "Niji no Oto" adlı növbəti sinqlı 12 noyabr 2014-cü ildə buraxılmışdır və "Sword Art Online: Extra Edition" xüsusi buraxılışının mahnısı kimi işlənmişdir. 20 avqust 2014-cü ildə "Ignite" adlı yeddinci sinqlı buraxılmışdır. Sinql "Sword Art Online II" anime serialının birinci açılış mahnısı olmuşdur. Səkkizinci sinqlı "Tsunagaru Omoi" 12 noyabr 2014-cü ildə buraxılmışdır və "Rank Okoku" televiziya verilişinin açılış mahnısı olmuşdur. 18 fevral 2015-ci ildə doqquzuncu sinqlı "Genesis" buraxılmış və "Aldnoah.Zero" anime serialının ikinci bağlanış mahnısı kimi istifadə edilmişdir. 22 aprel 2015-ci ildə buraxılmış "Lapis Lazuli" adlı sinqlı "The Heroic Legend of Arslan" anime serialının bağlanış mahnısı seçilmişdir. 25 mart 2015-ci ildə "Cynthia no Hikari" adlı mahnısı rəqəmsal formatda buraxılmışdır. Mahnı "Sword Art Online: Lost Song" video oyununun tema mahnısı olmuşdur. 24 iyun 2015-ci ildə "D'Azur" adlı üçüncü albomunu buraxmışdır. Aoi 2015-ci ilin avqustunda Animelo Summer Live tədbirindəki iştirakını ləğv etsə də, həmin il Fransa, İngiltərə, Honkonq, Sinqapur, Meksika, Peru, ABŞ-də konsert vermişdir. 28 oktyabr 2015-ci ildə "Shoegazer" adlı sinqlını buraxmışdır.
2 mart 2016-cı ildə "Accentier" adlı sinqlını buraxmışdır. Bu sinql "Digimon World: Next Order" video oyununun tema mahnısı kimi istifadə olunmuşdur. On üçüncü sinqlı "Tsubasa" 20 iyul 2016-cı ildə buraxılmışdır və "The Heroic Legend of Arslan" anime serialının ikinci mövsümünün açılış mahnısı olmuşdur. "Best -E-" və "Best -A-" adlı ilk hit albomlarını isə 19 oktyabr 2016-cı ildə karyerasının 5 illiyi münasibətilə buraxmışdır.
17 avqust 2016-cı ildə Facebook vasitəsilə sağlamlığı səbəbilə fasilə verdiyini açıqlamışdır. 2016-cı ildəki çıxışları və 2017-ci ilin yanvarında Osakadakı Animax Musix 2017 çıxışı ləğv olunmuşdur. 14 oktyabr 2016-cı ildə o, Nippon Budokanda 4 və 5 noyabr 2016-cı ildə baş tutacaq ikigünlük konsertdən sonra karyerasına qeyri-müəyyən müddətliyinə fasilə verəcəyini açıqlamışdır.
1 fevral 2018-ci ildə rəsmi saytında yanıb sönən mavi işıq şəkli peyda olmuşdur. 8 fevralda isə 2018-ci ilin ikinci rübündən karyerasına davam edəcəyini və YouTube-da "Yakusoku" musiqi videosunu yerləşdirəcəyini açıqlamışdır. Onun Sacra Music-ə keçdiyi də açıqlanmışdır. 7 may 2018-ci ildə "Ryūsei" adlı mahnısının "Sword Art Online Alternative Gun Gale Online" anime serialının açılış mahnısı olacağı təssdiqlənmişdir. 22 aprel 2018-ci ildə bu sinql rəqəmsal şəkildə buraxılmışdır. 13 iyun 2018-ci ildə isə "Yokusoku" ilə birlikdə fiziki şəkildə buraxılmışdır. On beşinci sinqlı "Iris" 24 oktyabr 2018-ci ildə buraxılacaq. Bu mahnı "Sword Art Online: Alicization" anime serialının bağlanış mahnısı olacaq.
Diskoqrafiya thumb|Avtoqrafı.
Studiya və minialbomları Adı Haqqında Ən yüksək yer YPNOricon (in Japanese). Eir Aoi albums ranking Prayer Buraxılıb: 11 aprel 2012 Studiya: SME Records Formatlar: CD, rəqəmsal yükləmə 12 Blau Buraxılıb: 30 yanvar 2013 Studiya: SME Records Formatlar: CD, rəqəmsal yükləmə 4 Aube Buraxılıb: 29 yanvar 2014 Studiya: SME Records Formatlar: CD, rəqəmsal yükləmə 6 D'Azur Buraxılıb: 24 iyun 2015 Studiya: SME Records Formatlar: CD, rəqəmsal 4
Best albomları Adı Haqqında Ən yüksək yer YPN Best -E- Buraxılıb: 19 oktyabr 2016 Studiya: SME Records Formatlar: CD, rəqəmsal yükləmə 3 Best -A- Buraxılıb: 19 oktyabr 2016 Studiya: SME Records Formatlar: CD, rəqəmsal yükləmə 4
Sinqllar Adı İl Ən yüksək yer Albom YPN OriconOricon (in Japanese). Eir Aoi singles ranking YPN BillboardBillboard. Eir Aoi Billboard Chart History "Memoria" 2011 8 19 Blau "Aurora" 2012 22 71 "Innocence" 6 8 "Cobalt Sky" 2013 19 — Aube "Sirius" 21 32 "Niji no Oto" (虹の音 Sound of the Rainbow) 2014 12 18 "Ignite" 9 1 D'Azur "Tsunagaru Omoi" (ツナガルオモイ) 20 51 "Genesis" 2015 17 19 "Lapis Lazuli" (ラピスラズリ) 13 7 "Shoegazer" 26 36 Best -A- "Accentier" 2016 14 40 "Tsubasa" (翼 Wings) 9 5 Best -E- "Ryūsei / Yakusoku" (流星 / 約束 Meteor / Promise) 2018 8 10 "Iris" (アイリス)
İstinadlar
Xarici keçidlər
Eyr Aoi diskoqrafiyası iTunes-da Eyr Aoi diskoqrafiyası Discogs-da
Kateqoriya:Yaşayan insanlar Kateqoriya:Yaponiyanın qadın pop müğənniləri Kateqoriya:Anime müğənniləri Kateqoriya:Hokkaydo prefekturasının musiqiçiləri Kateqoriya:XXI əsr müğənniləri