() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Cənub Şərqi Asiyada bitir.
Botaniki xarakteristikası Yarpaqları tökülən kol lianasıdır. Çin aktinidiyasının meyvələri "kivi" kimi tanınmışdır. Tumurcuqları tamamilə və ya bir hissəsi yarpaq yarıqlarında gizlənmişdir. Yarpaqları növbəli, bütöv, kənarları dişlidir, yalançı zoğları yoxdur. Çiçəkləri müxtəlif ölçülü (diametri 1-1,5-dən 3 sm-ədək), yarpaqların qoltuqlarında üç-üç və ya tək yığılmışdır. Çiçəkyanlığı iki və ya 4-5 hissəlidir. Çiçək tacı kasaşəkillidir, ağ, qızılı-sarı və ya narıncı rəngli çiçəkləri olur. Sütuncuqları 8-15 ədəd, sapvari, bünövrəsində bitişik və üstə əyilmişdir. Meyvəsi uzunsov giləmeyvə, sarı-yaşıl və ya açıq-narıncı,yeməlidir.
Ekologiyası Şaxtayadavamlılığı zəifdir. Minerallarla zəngin torpaqlarda bitir. Qrunt sularına tab gətirmir.
Azərbaycanda yayılması Lənkəranda, Astarada, Qubada, Zaqatalada, Balakəndə mədəni şəraitdə becərilir.
İstifadəsi Meyvəsi iyli, turşaşirin, yeməlidir. Tərkibində çoxlu vitamin vardır. Şaquli yaşıllaşdırmada geniş istifadə olunan sarmaşan bitkidir.
Yarımnövləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Asiya florası Kateqoriya:Tayvan florası