() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Qazaxıstan, Rusiyanın Avropa hissəsinin cənub-şərqində geniş yayılmışdır. Aşağı Volqada təsvir edilmişdir.

Botaniki təsviri Hündürlüyü 10-25 sm-ə çatan yarımkolcuqdur. Çoxsaylı oduncaqlaşmış möhkəm gövdəyə malikdir. Nazik yan budaqları mərkəzdən yuxarıda iti bucaq altında çıxır və yığcam süpürgəvari çiçək qrupu əmələ gətirir. Yarpaqları bozumtul-yaşıl, aşağıdakılar tez tökülən, saplaqlı, lələkvari, 2-3 dəfə bölünmüş, orta yarpaqları oturaq, yuxarıdakılar tam qısa xətvaridir. Uc hissələri ensiz, eni 1-1,5 mm-dir. Cavan gövdələri və yarpaqları boz, tünd-yaşıldır. Səbətləri xırda (diametri 2,5 mm-dək), 1-4 çiçəkli, təxminən oturaq, çiçək qrupunun oxuna bitişik budaqlarda yerləşir. Tacı sarı və ya qırmızıdır. Avqustda çiçəkləyir, oktyabrda toxum verir.

Ekologiyası Şoran çöllərdə, şoran çəmənlərdə bitir. Əsasən otlaqlarda üstünlük təşkil edir.

Azərbaycanda yayılması Naxçıvan MR-də rast gəlinir.

İstifadəsi Yem, yağ və dərman bitkisidir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Avrasiya florası Kateqoriya:Qazaxıstan florası