() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Təbii yayılması Qafqazda orta dağ qurşaqlarında təbii halda yayılmışdır.
Botaniki təsviri Hündürlüyü 25 (30–45) sm-ə çatan, bozumtul və ya açıq-bənövşəyi rəngdə çoxillik kol bitkisidir. Cavanlıqda ağa çalan, keçəvari, sonradan çılpaqlaşan, gövdəsi dik, oducaqlı olub, qalınlığı 0,5–1 sm-dir. Yarpaqları ikili, üçər lələkvari-parçalanmış, uc hissələri uzunsov, aşağıdan dəyirmi sapvari hissəciklidir. Səbətləri yumurtavari kürəkşəkilli, bozumtul-bənövşəyi tüklü olub, uzunluğu 2 mm, eni 1,5 mm-dir. Örtüyü kirəmitdişli, yarpaqcıqları ətli, xaricdəkilər dar, daxildəkilər enli, arxa hissə şırımlı, kənardakılar isə arxadan bozumtul, sıx tükcüklüdür. Çiçəkləri qabarıq çiçək yatağında toplaşmışdır, sayı 10 ədəddir. Toxumacası tərs konusşəkillidir. Sentyabr ayında çiçəkləyir, oktyabr-dekabr aylarında isə meyvə verir. Kökləri yoğunlaşmış şaquli, kök gövdəsi çoxsaylı olub, boz hörümçəkvari və ya bənövşəyi çalarlı tükcüklüdür.
Ekologiyası Orta dağ qurşaqlarında rast gəlinir. Quraqlığa və qışadavamlıdır, torpağa az tələbkardır.
Azərbaycanda yayılması Kiçik Qafqaz, Abşeron, Kür-Araz ovalığı, Lənkəran düzənlikləri, Samur-Dəvəçi, Xəzər dənizi ətrafı, Naxçıvan MR-da Araz boyu düzənliyində və s. ərazilərdə yayılmışdır. Endem bitkidir.
İstifadəsi Tərkibində efir yağı vardır. Yaşıllaşdırmada az istifadə olunur.
İstinadlar
Həmçinin bax