() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Cənubi-Şərqi Avropada, Kiçik və Orta Asiyada, Qafqazda və İranda çayların sahillərində, çəmənlərdə, otlaqlarda, yüngül məhsuldar torpaqlarda yayılmışdır.

Botaniki xarakteristikası Şaquli, qalın köklü, çox budaqlı, oduncaqlaşmış gövdəli, hündürlüyü 60-150 sm-dək olan, xoş "limon" qoxulu çoxillik yarımkol bitkisidir. Yarpaqları növbəli düzülüşlü, mavi-yaşıl, alt tərəfi yapışıqdır. Boz tükcüklərlə örtülmüşdür; alt yarpaqları saplaqlı, iki və üç yerə lələkvari bölünmüş, orta yarpaqları oturaq, yuxarı yarpaqları üç yerə bölünmüş və ya bütövdür. Sentyabr-oktyabr aylarında çiçəkləyir. Xırda, sarı, boruvari çiçəkləri kiçik, sallaq səbətlərdə, gövdənin ucunda və budaqlarında yığılaraq şaxələnmiş süpürgəvari çiçək qrupu əmələ gətirir. Azərbaycanda müalicəvi yovşan yayın ikinci yarısında çiçəkləyir. Meyvələri noyabr-dekabr aylarında yetişir, toxumları hamar və çıxıntılıdır. Qələmlərlə çoxalır.

Ekologiyası İşıqsevəndir, torpağa tələbkar deyildir.

Azərbaycanda yayılması Naxçıvan MR-da, Kiçik Qafqazda düzənliklərdə təbii halda bitir.

İstifadəsi Müalicəvi yovşanın yerüstü hissəsində efir yağı, flavonoid birləşmələri, kumarinlər, aşılayıcı və acı maddələr, abrotanin və alkaloidlər vardır. Yarpaqlarının cövhəri və həlimi mədə-bağırsaq xəstəliklərində, soyuqdəymədə, anginada, sarılıqda, revmatizimdə, diş ağrısında və saçların bərkidilməsində istifadə edilir. Park və bağlarda, qarışıq əkinlərdə dekorativ kol kimi istifadəsi məqsədəuyğundur.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Afrika florası Kateqoriya:Avrasiya florası Kateqoriya:Ədviyyə bitkiləri Kateqoriya:Dərman bitkiləri Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları Kateqoriya:Avropanın dərman bitkiləri