Dilan Ceyms Cozef O'Donnell () — Liqa İki təmsilçilərindən olan Stiveneyc klubunda müdafiənin sağ cinahında çıxış edən peşəkar İngiltərə futbolçusu.
Karyerası O'Donnell futbolçu karyerasına Norviç Siti klubunun U-18 komandasında start vermişdir. O, 2017-ci ilin dekabr ayında Stiveneyc klubunun akademiyası ilə bir il yarımlıq müqavilə imzalamışdır. O'Donnell U-18 komandası ilə FA Gənclər Kubokunun 2017-18 mövsümünün dördüncü mərhələsində iştirak etmişdir.
O, peşəkar karyerasında debütünü 28 aprel 2018-ci ildə Ekseter Siti klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Brodholl Vey stadionunda keçirilən Liqa İki görüşündə Stiveneyc rəqibinə 3-1 hesabı ilə qalib gəlmişdir.
Karyera statistikası
KlubMövsümLiqaFA KubokuLiqa KubokuDigərÜmumiDiviziyaOyunQolOyunQolOyunQolOyunQolOyunQolStiveneyc 2017–18Liqa İki2000000020 2018–19Liqa İki0000000000Ümumi karyera2000000020
İstinadlar
Xarici keçidlər
Kateqoriya:İngiltərə futbolçuları Kateqoriya:Stiveneyc FK futbolçuları Kateqoriya:İngiltərənin kişi futbolçuları Kateqoriya:İngiltərə Futbol Liqası futbolçuları