() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Çində dəniz səviyyəsindən 2500-3000 m hündürlükdə rast gəlinir.
Botaniki xarakteristikası Hündürlüyü 1 m-ə çatan həmişəyaşıl koldur. Zoğları elastik, sallaq, ətirlidir. Yarpaqları uzunsov-ellipsvarı, ucları biz, uzunluğu 2-6 sm, eni 1-2 sm, alt tərəfi göyümtül qabıqlarla örtülmüşdür. Çiçəkləri ağ və ya al-qırmızı, qıfvarı, 5 ləçəkli, üstdən qabıqlarla örtülmüş, tükcüksüz, uc çiçək qruplarında 2-3 ədəd toplanmışdır. Erkəkcikləri 10 ədəddir. Mayın ikinci yarısında, iyunun əvvəlində bol və uzun müddət çiçəkləyir.
Ekologiyası Sərt qışda donur, ancaq yazda özünü bərpa edir. Küləkdən və günəşdən qorunan yerlərdə əkmək lazımdır.
Azərbaycanda yayılması Azərbaycanda 1987-ci ildə introduksiya olunmuşdur. Yaşıllaşdırmada çox az rast gəlinir.
İstifadəsi Tək, qrup əkinləri və alpinarilər üçün yararlıdır.
Sinonimləri Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Dekorativ bağ bitkiləri Kateqoriya:Çin florası