İnanılmaz Halk () — Marvel Comics tərəfindən yaradılmış eyniadlı personajdan bəhs edən və 2008-ci ildə çəkilən Marvel Studios istehsalı super qəhrəman və fantastika filmi. "İnanılmaz Halk" Marvel Kinematoqrafiya Kainatının (MKK) ikinci filmidir. Film, Zak Pennin ssenarisi əsasında Lui Leteryenin rejissorluğu ilə ekranlaşdırılmışdır. Filmdə Edvard Norton Brüs Benner rolunu canlandırmış, eyni zamanda Liv Tayler, Tim Rot, Tim Bleyk Nelson, Ti Byurrel və Uilyam Hört də rol almışlar. "İnanılmaz Halk"da superədgər hazırlamaq istəyən ordu rəhbərliyinin gizli təcrübəsinə əsasən qamma radiasiyasına məruz qalan Brüs Benner Halka çevrilir. Halkı hərbi məqsədlər üçün tədqiq və istifadə etmək istəyən General Sanderbolt Ross, ondan gizlənən Benneri tapmaq üçün təcrübəni başqa bir əsgərin – Emil Blonski üzərində davam etdirir və nəticədə Blonski, İyrənc adlı varlığa çevrilir.

2003-cü ildə Universal Pictures tərəfindən çıxarılmış "Halk" filminin müxtəlif cür qəbul edilməsindən sonra Marvel Studios personajın ekranlaşdırılması hüququnu yenidən qaytarır. Əvvəl "Dəmir adam" filmini ekranlaşdırmaqla maraqlanmış rejissor Leteryeyə filmin rejissor kürsüsü etibar edilir, Penn isə komikslərə və eyni adlı teleseriala daha yaxın olan ssenari yazılması ilə məşğul olur. 2007-ci ilin aprelində Norton film üzərində işə başlayır; o əsas rolu canlandırmaqla yanaşı Pennin ssenarisini də təkmilləşdirir. Çəkilişlər əsasən 2007-ci ilin iyul-noyabr aylarında Toronto, Ontarioda aparılmışdır. Post-prodakşn prosesində hərəkət-tutma və CGI texnologiyalarının tətbiqi ilə 700-dən çox vizual effekt yaradılmışdır.

"İnanılmaz Halk" filminin premyerası 8 iyun 2008-ci ildə Yuniversal-siti, Kaliforniyadakı Gibson amfiteatrında baş tutmuş, 13 iyun 2008-ci ildə isə film ABŞ-də çıxarılmışdır. Film, yaxşı vizual effektləri, əsas personajın canlandırılması və döyüş səhnələrinə görə qiymətləndirilməklə $263 milyon gəlir gətirmişdir. Əvvəlcə Nortonun Halk rolunu "Qisasçılar" və MKK-na daxil olan digər filmlərdə də canlandıracağı planlaşdırılsa da, sonradan Mark Ruffalo ilə bütün potensial filmlərdə personajı canlandırmaq üçün müqavilə imzalanmışdır.

Məzmunu

General Sanderbolt Ross Virciniyadakı Kulver Universitetində qızı Bettinin kolleqası və sevgilisi doktor Brüs Bennerlə görüşür. Ross bildirir ki, aparılan təcrübələr nəticəsində qamma radiasiyasının insan immununu gücləndirdiyini müəyyənləşdirmişlər. İkinci Dünya müharibəsi dövründə başşladılmış "super əsgər" layihəsini davam etdirən Ross, buraxılmış səhvlərin aradan qaldırılmasına ümid edir və nəticədə Benner dəqiqədə 200 ürək vurmasına çatdıqda Halka çevrilir. Halk laboratoriyanı dağıdır, içəridəki adamları isə öldürür və yaralayır. Benner ABŞ ordusundan gizlənən qaçağa çevrilir, general Ross isə Halkı tapmağa çalışır.

Beş il ərzində gizlənməyə nail olan Benner Braziliyadakı Rio-de-Janeyro şəhərinin Rosinya rayonunda butulka zavodunda işləyir, eyni zamanda Halkla mübarizə üçün yollar axtarır. Elektron poçt vasitəsiylə o, "Cənab, Mavi" adlı kolleqası ilə ünsiyyət saxlayır, özünü isə "Cənab, Yaşıl" kimi təqdim edir. Özünü nəzarətdə saxlamaq üçün yoqa texnikalarını öyrənən Brüs beş ay Halka çevrilmədən yaşamağa müvəffəq olur. İş zamanı barmağı yaralanan Bennerin qanı butulkalardan birinin içinə düşür, həmin butulkaya doldurularaq ABŞ-yə ixrac edilmiş işçi isə Miluoki, Viskonsindəki yaşlı bir kişini həddən artıq gücləndirir, beləcə general Ross Halkın gizlənmə yerini müəyyənləşdirir. Onu ələ keçirmək üçün rus mənşəli hərbçi Emil Blonskinin rəhbərliyi ilə ordu Rioya göndərilir. Qarşıdurma zamanı Halka çevrilən Benner Blonskinin dəstəsini asanlıqla məğlub edir. Bundan sonra Ross Blonskiyə Benner və Halkın eyni olduqlarını və Halkın necə yarandığını nəql edir. Blonski təcrübənin onun öz üzərində davam etdirilməsinə razılaşır, Bennerin bədəninə yeridilmiş maddə az miqdarda Blonskinin bədəninə də yeridilir, bu ona tez sağalma, sürət və güc bəxş edir.

Blonskinin dəstəsi ilə toqquşmadan sonra Kulver Universitetinə qayıdan Benner, Leonard Samson adlı psixiatrla görüşməyə başlamış Betti ilə qarşılaşır. Universitet ərazisində Benner ikinci dəfə general Rossun ordusu ilə üzləşir. Bu dəfə döyüşə modifikasiya edilmiş bədəni ilə Blonski də qoşulur. Halk onu asanlıqla dəf edir və Bettini güllələrdən, o cümlədən partlayışdan xilas edir. Bundan sonra Benner Cənab Mavi ilə görüşür. Məlum olur ki, Cənab Mavi adı ilə əlaqəyə girən şəxs hüceyrə bioloqu Samuel Sterns imiş. Sterns Bennerin vəziyyətini aradan qaldıracaq maddə kəşf etdiyini bildirir və onu Bennerin üzərində tətbiq edir. Maddə effekt verir və Halk sakitləşir. Lakin, qısa müddət sonra onların olduğu laboratoriyaya Blonskinin rəhbərliyi ilə ordu təmsilçiləri gəlir və Benneri həbs edirlər. Ordu laboratoriyadan çıxsa da, Blonski orda qalır və Sternsi Halkın təcrübə üçün götürülmüş qan nümunəsini öz bədəninə vurmağa məcbur edir. Bundan sonra o, İyrəncə çevrilir. İyrənc Halk qədər güclü və böyük olsa da, ondan daha qəzəbli olur.

İyrənc Sternə hücum edir. Sternin yaralanmış başına Halkın qan nümunəsi tökülür və o da mutasiya edir. İyrənc Harlemi dağıtmağa başlayır. Halkın İyrəncin qarşısını almağa qadir yeganə varlıq olmasını başa düşən Benner general Rossdan onu azad etməsini xahiş edir. Təkbətək döyüşdə Halk İyrənci məğlub edərək hərbçilərə təhvil verir. Bundan sonra Halk Nyu-Yorku tərk edir.

Bir ay sonra Benner Britaniya Kolumbiyasındakı Bella Kulada sakit ömür sürür. Əvvəlki vəziyyətindən fərqli olaraq, indi o, çevirilməsinə nəzarət edə bilir. General Rossun yanına gələn Toni Stark ona bildirir ki, yeni qəhrəman dəstəsi yaradılacaq və Halk dəstənin üzvü olmalıdır.

Rollarda

Edvard Norton – Brüs Benner/Halk: Kulver Universitetində çalışan nüvə fiziki və biokimyaçı alimdir. Qamma şüalanmasına məruz qaldıqdan sonra, qəzəb və ya həyəcan hiss etdikdə yaşıl rəngli böyük və güclü humanoid olan bədheybət Halka çevrilir. Nortonun namizədliyinin təsdiq edilməsindən əvvəl, bu rol üçün Devid Duxovninın da namizədliyi nəzərdən keçirilmişdi, lakin, filmin rejissoru Lui Leterye sonradan Marvel Kinematoqrafiya Kainatının bütün layihələrində Halkı canlandırmış Mark Ruffalonun namizədliyini nəzərdə tutmuşdu. Geyl Enn Herd Nortonun "İlkin qorxu" və "Döyüş klubu" filmlərində canlandırdığı ikili şəxsiyyətə malik personajları xatırlasa da, Kevin Fayqi və Bill Biksbiyə o, "İnanılmaz Halk" teleserialında personajı canlandırmış aktyoru xatırlatmışdı. Biksbi qeyd edir ki, Norton serialda Halkı canlandırmış Lu Ferrino ilə eyni fiziki göstəricilərə malikdir. Biksbi televiziya şousunda Norton bildirir ki, o, Halkın fanatlarından biridir və personajın ən sevdiyi variantı Brüs Consun komiks xəttidir. İlk gündən o, filmdə rol almağa maraqlı olmuşdu. Lakin, əvvəlcə o rolu qəbul etməkdən imtina edərək deyir ki, "sanki, ağıl və ya hisslər məni layihədən uzaqlaşdıraraq bunun mövzunun pis versiyası olacaq", o, hiss edirdi ki, gələcək film "yolunu azaraq, insanlara tanış olan hekayələrdən uzaqlaşın […] birdəfəlik hekayəyə çevriləcək." Leterye və Marvellə görüşdükdən sonra o, onların versiyasını bəyənir və inanır ki, ona layihəni istiqamətləndirməyə imkan veriləcək. Bundan sonra, Norton ssenarini yenidən yazır. Leterye deyir ki, "Edvardın əlyazmasında Brüsün hekayəsinə real cazibə bəxş edilmişdi." "Düzdür, mən heç də ən təcrübəli rejissor deyiləm, lakin, superqəhrəman filmi çəkdiyimizə görə biz bilirik ki, onu 13 yaşlı oğlana çevirmək lazım deyil. Ed və mən superqəhrəmanları yeni Yunan tanrıları kimi təsəvvür edirdik." Bundan əlavə, Lu Ferrino Halkın səsləndirilməsinə maraq ifadə edir. 2008-ci il Nyu-York Komik-Kon Festivalı zamanı Leterye açıq şəkildə ona bu iş üçün təklif edir. Beləliklə 1996-cı ildə çıxarılmış animasiya serialı da daxil olmaqla, Ferrino üçüncü dəfə Halk obrazının yaradılmasında iştirak etmişdir. Orijinalda "Betti" Halkın yeganə xəttidir və filmin sonunda onun adı Halkın dediyi yeganə söz olmalı idi. Lakin, Leterye başa düşür ki, fanatlar Halkın daha çox danışmasını gözləyirlər və buna görə də "Məndən əl çək" və "Halk güclüdür" ifadələri də əlavə edilir. Bu qərar izləyicilər tərəfindən alqışla qarşılanmışdır. Ferrino həm də filmdə kameo rolu canlandıraraq, pizza qarşılığında Benneri binaya buraxan cangüdəni oynayır. Liv Tayler – Betti Ross: Hüceyrə bioloqu və Brüsün keçmiş sevgilisidir. Laboratoriyada baş verən hadisə zamanı Halk onu yaralayır və bundan sonra onların münasibətləri kəsilir. "İnsanlıq və [Benner]in xasiyyətinə görə" "İnanılmaz Halk" serialını sevən Tayleri ssenaridəki sevgi xətti maraqlandırırdı. Yolda evinə gedərkən ona rol təklif edilmiş, ssenarini oxuduqdan bir gün sonra isə o, rolu qəbul etmişdir. Tayler və Norton Brüs və Bettinin münasibətlərini müzakirə edərək birlikdə çoxlu vaxt keçirirlər. O, deyir ki, çəkilişlər "çox fiziki və şən" keçmiş, Bettinin Brüsün qayıtmasını isə "avtomobil işığı görmüş maral"la müqayisə etmişdir. Tim Rot – Emil Blonski / İyrənc: Rus mənşəli zabit, Birləşmiş Krallıq Kral Dəniz Qüvvələrinin hərbi qulluqçusudur. O, birbaşa general Rossa xidmət edir. Halkın gücünü hərbi məqsədlər üçün istifadə etməyə çalışan Ross, vaxtilə Benner üzərində aparılmış təcrübəni Blonski üzərində davam etdirərək, onu Halkdan daha güclü, humanoid varlığa çevirir. Rot deyir ki, komiks fanatı olan övladlarını sevindirmək üçün rolu canlandırmağa razılaşmışdır. Gənclik illərində 1970-ci illər teleserialının fanatı olan Rot, Leteryenin filmlə bağlı ideyalarını "qaranlıq və maraqlı" hesab edirdi. Rot, rola hazırlanmaq üçün 2003-cü ildə çıxarılmış "Halk" filminə baxmağa başlasa da, tezliklə bu işi yarımçıq saxlayır; o, filmin keyfiyyəti ilə bağlı mübahisələrdə iştirak etmək və öz işini filmdəki işlə müqayisə etmək istəmirdi. Məhz Rot, komikslərdə DTK agenti olan Blonskinin əsgər kimi göstərilməsini təklif etmişdir. Leterye Rotun işlərini bəyənir və "normal Kokni oğlanın superqəhrəmana çevrilməsini müşahidə etməkdən zövq al"ırdı, lakin, Marvel və Norton onun rol üçün ən yaxşı namizəd olmasına əmin deyildilər. "Karatel: Müharibə ərazisi" filmi üçün müqavilə imzalamamışdan əvvəl Blonski rolu üçün Rey Stivensonun namizədliyi nəzərdən keçirilirdi. Rot, rola hazırlıq prosesində fiziki məşqlərlə məşğul olmuş və odlu silahdan atəş açmağı öyrənmişdi. Rot bu məşqləri ağır hesab etmiş və Blonskinin yaşlı olmasına görə müvafiq fiziki vəziyyət sərgiləməyə çalışmışdır. Xüsusilə kimyəvi təsirə qalmış Blonskinin kəmərlərlə bağlanmış vəziyyətdə qaçmasını təsvir etmək aktyor üçün çətinlik yaratmışdı. Rotun bəzi hərəkətləri Kirill Raffaelli tərəfindən canlandırılmışdı. İyrənclə bağlı səhnələrin canlandırılması üçün isə "Meymunlar planeti" filmində olduğu kimi Rotun hərəkətləri hərəkət tutma texnologiyası vasitəsiylə çəkilmişdi. Tim Bleyk Nelson – Samuel Sterns: Benneri düşdüyü vəziyyətdən çıxara biləcək mümkün antidotu hazırlamış hüceyrə bioloqudur. Filmin sonuna yaxın İyrənc tərəfindən yaralanmış başına Halkın qanı düşmüş Sterns Liderə çevrilir. Ti Byurell – Leonard Samson: Brüsün gizləndiyi müddətdə Betti ilə romantik əlaqələri olmuş psixiatrdır. Byurell Nortonla birlikdə Off-Brodvey səhnəsində "Yandır bunu" adlı tamaşada birlikdə rol almışdı. Leterye ilə görüşərkən onu "Ölülərin şəfəqi" filmi üzərində iş prosesindən onu tanımışdır. Uilyam Hört – Taddeus "Şimşək zərbəsi" Ross: