Maral İbrahim qızı Şirinova () — Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (02.10.2002)
Həyatı 1930-ci il yanvarın 1-də Azərbaycan SSR-in Zaqatala qəzasının Kortala kəndində (hazırda Balakən rayonunda kənd) Nəsiblər nəslində anadan olub.
1952-ci ildə Şəki Pedaqoji Texnikumunu bitirmişdir.
1945-1950-ci illərdə Balakən rayonunun "Kommunizm" kolxozunun manqabaşı olmuşdu. 1948-ci ildə “Trapezond” sortu üzrə 3 hektar sahədə hər hektardan 25,2 sentner tütün məhsulu alıb.
Maral Şirinova həmçinin, Azərbaycanın ictimai həyatında da fəal iştirak etmişdir. 1952-ci ildən orta məktəbdə müəllim işləmişdir. 1967-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü, 1968 və 1978-ci illərdə müəllimlərin Ümumittifaq qurultayının nümayəndəsi olmuşdur.
2010-cu ildə 80 yaşında vəfat edib.
Mükafatları 1949-ci il 1 iyul tarixli SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə, 1948-ci ildə yüksək tütün məhsulu topladığına görə Şirinova Maral İbrahim qızı Sosialist Əməyi Qəhrəmanı adı verilmiş, Lenin ordeni və "Oraq və Çəkic" qızıl medalları təqdim olunmuşdur.
Azərbaycanın elm və təhsil sahəsində böyük xidmətlərinə görə, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” 11 iyun 2002-ci il tarixli Fərmanına uyğun olaraq 2002-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.
İstinadlar
Kateqoriya:Balakən rayonunda doğulanlar Kateqoriya:Sosialist əməyi qəhrəmanları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:Tütünçülər Kateqoriya:SSRİ pedaqoqları Kateqoriya:Azərbaycan pedaqoqları