Azər Əliyev (; ) — Azərbaycan əsilli rusiyalı futbolçu. Hazırda Azərbaycan Premyer Liqasında çıxış edən "Neftçi" klubunun futbolçusu.
Həyatı Azər Əliyev 12 may 1994-cü ildə Gürcüstanın Bəzəkli kəndində doğulub.
Karyerası
Klub Azər Əliyev Krasnoyarsk futbolunun yetirməsidir. 9 yaşında ikən "Smena" UGİM-nə dəvət olunmuş və 16 yaşına qədər burada məşqçi Aleksey Lazarenkonun rəhbərliyi altında çıxış etmişdir. Sonradan "Yenisey"ə keçib.
2013–2014 mövsümündə icarə əsasında Peşəkar futbol liqası birinciliyində mübarizə aparan "Saxalin"də çıxış edib. Burada 10 oyunda 6 qol vuraraq, özünü yaxşı tərəfdən göstərə bilib. İcarə müddəti bitdikdən sonra yenidən "Yenisey"ə qayıdıb.
2017-ci ilin iyununda "Krılya Sovetov"a transfer olunub.
2018-ci ilin avqust ayında "Ufa" futbol klubuna transfer olunub. "Ufa"nın heyətində ilk qolunu 7 dekabr 2019-cu ildə "Axmat" komandasının qapısından keçirib.
2021-ci ilin fevral ayında "Tambov" futbol klubuna keçib. Yeni komandasında ilk rəsmi oyununu 26 fevral 2021-ci ildə "Rotor"a qarşı keçirən Əliyev, bir qol ötürməsi ilə yadda qalıb. 24 aprel 2021-ci ildə Moskva "Lokomotiv"inə qarşı keçirilmiş Premyer Liqa matçında "Tambov"un heyətində ilk qolunu vurub.
2021-ci ilin iyul ayında "Tambov" futbol klubunun dağılmasından sonra keçmiş klubu olan "Ufa"ya qayıdıb.
2022-ci ilin yanvarında azad agent kimi Bakının "Neftçi" klubu ilə müqavilə imzalayıb.
Yığma 2016-cı ilin avqustunda azerisport.com saytına verdiyi müsahibədə Azərbaycan millisində oynamaq istədiyini bildirib.
2022-ci ilin oktyabr ayında Əliyevə Azərbaycan vətəndaşlığını təsdiq edən pasport verilib.
2023-cü ilin martında AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Avstriya və İsveç yığmalarına qarşı matçlar üçün Əliyev Azərbaycan milli komandasının heyətinə cəlb edildi.
2023-cü ilin 24 martında AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Avstriya milli komandasına qarşı səfər matçında 45-ci dəqiqədə meydana daxil olan Əliyev həm milli komandada debüt etdi, həm də bir məhsuldar ötürmə ilə yadda qaldı.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Rusiya futbolçuları Kateqoriya:Rusiya azərbaycanlıları Kateqoriya:Legioner Azərbaycan futbolçuları Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Azərbaycan milli futbol komandasının oyunçuları Kateqoriya:Gürcüstanın kişi futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Rusiya Milli Futbol Liqası futbolçuları Kateqoriya:Rusiya Peşəkar Futbol Liqası futbolçuları Kateqoriya:Rusiya Premyer Liqası futbolçuları Kateqoriya:Gürcüstan azərbaycanlıları Kateqoriya:Tambov FK futbolçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri