Con Delarj (; 24 iyun 1990, Brazzavil, Konqo Respublikası) — Konqo futbolçusu, Azərbaycanın "Qarabağ" FK-nun hücumçusu.
Karyera Delarj peşəkar futbol karyerasına Kamerun futbol klubu olan "Yunyon Douala" FK-da başlamışdır. 2011-ci ilin iyul ayında Slovakiya futbol klubu olan "Dunayska Streda" FK-nun heyətinə qoşulmuşdur. Delarj Futbol üzrə Slovakiya çempionatındakı debütünü 17 iyul 2011-ci ildə "Spartak Trnava" FK-na qarşı keçirmişdir. Klubun 32 oyunda 8 qol vurmasına baxmayaraq, həmin mövsüm ikinci-dərəcəli liqa olan Futbol üzrə Slovakiya Birinci liqasına göndərilmişdir.
Delarj 2012-ci yayında Çexiya futbol klubu olan "Slovan Libereç" FK-na transfer edilmişdir. O, 2016-cı ildə Avstriyanın "Admira Vakker Mödlinq" FK-na transfer edilmiş, həmin il isə Türkiyənin "Osmanlıspor" FK-na icarəyə verilmişdir. Bu zaman "Bursaspor" FK-nun diqqətini cəlb edən Delarj 2017-ci ildə həmin kluba transfer edilmişdir. 24 iyul 2018-ci ildə Delarj Azərbaycanın "Qarabağ" FK ilə üçillik bir müqavilə imzalamışdır.
İstinadlar
Xarici keçidlər
"Dunayska Streda" FK-nun rəsmi saytında profili
Kateqoriya:Brazzavildə doğulanlar Kateqoriya:Yaşayan insanlar Kateqoriya:Konqo Respublikası futbolçuları Kateqoriya:Bursaspor futbolçuları Kateqoriya:Qarabağ FK futbolçuları Kateqoriya:Türkiyə Super Liqası futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Slovakiya Superliqası futbolçuları Kateqoriya:Türkiyədə legioner futbolçular Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular Kateqoriya:Türkiyə 1-ci Liqası futbolçuları