Koypasa şoranlığı () — şoranlıq Boliviya və Çili sərhədində, Oruro departamenti və Tarapaka vilayəti əerazisində yerləşir. 3680 metr hündürlüyə malikdir. Sahəsi 2218 km²-dir ki, bununda cəmi 25 % Çili ərazisinə düşür. Şorun qalınlığı 100 metrdir.

Koypasa şoranlığı sahəsinə görə Boliviyanın Uyuni şoranlığından sonra ikincidir. Poopo gölündən qidalanan Koypasa gölü bütünlüklə Koypasa şoranlığı ilə əhsatələnmişdir.

Mənbə

Coipasa Salt Flat — Encyclopædia Britannica

Kateqoriya:Boliviya şoranlıqları Kateqoriya:Çili şoranlıqları