Sabah Futbol Klubu ya qısaca Sabah FK —Bakı şəhərini təmsil edən Azərbaycan peşəkar futbol klubu. Klub 8 sentyabr 2017-ci ildə "Bridge Group of Companies" MMC tərəfindən təsis edilib və 2018/2019 mövsümündən Misli Premyer Liqasında çıxış edir. Ev oyunlarını Mərdəkanda yerləşən Sabah Arenada keçirir.
"Sabah" 2024/2025 mövsümündə ilk dəfə Azərbaycan Kubokunu qazanıb. 2025/2026 mövsümündə klub ilk dəfə Azərbaycan çempionu olub və həmin mövsüm kuboku da qazanaraq "qızıl dubl" edib. 2026/2027 mövsümündə "Sabah" UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindən başlayaraq dörd mərhələni keçib və liqa mərhələsinə vəsiqə qazanıb. Bu, I təsnifat mərhələsindən əsas mərhələyə qədər yüksələn ilk Azərbaycan klubunun nəticəsidir.
Tarixi
2017–2018: Birinci Divizion Sabah Futbol Klubu 8 sentyabr 2017-ci ildə "Bridge Group of Companies" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təsis olunub.
Komanda 2017/2018 mövsümündə Azərbaycan Birinci Divizionunda mübarizə apardı. Komandanın baş məşqçisi əvvəllər Neftçi PFK-nı çalışdırmış azərbaycanlı mütəxəssis Arif Əsədov oldu. Heyət əsasən azərbaycanlı futbolçulardan quruldu.
4 oktyabr 2017-ci ildə "Sabah" ilk rəsmi oyununu keçirdi. Evdə "Binə" ilə oyunda komanda 1:0 hesabı ilə ilk rəsmi qələbəsini qazandı; klub tarixinin ilk qolunu 30-cu dəqiqədə Məhəmməd Alıyev vurdu.
Birinci Divizionun I dövrəsini "Sabah" üç qələbə, bir heç-heçə və beş məğlubiyyətlə başa vurdu. II dövrədə doqquz oyunda üç qələbə və dörd heç-heçə qazanıldı. Qış transfer pəncərəsində heyətə iki legioner – moldovalı Artiom Zabun və rusiyalı Qvanzav Maqomedov cəlb edildi. III dövrədə komanda 9 oyunda 5 qələbə və 2 heç-heçə qazandı. "Sabah" mövsümü 11 qələbə, 7 heç-heçə və 9 məğlubiyyətlə 5-ci yerdə başa vurdu. Komandanın ən məhsuldar futbolçuları 8 qolla Raul Yaqubzadə, 5 qolla İlqar Ələkbərov, 4 qolla Emin Mehdiyev, Məhəmməd Alıyev və Şirməmməd Məmmədov, 3 qolla Artiom Zabun oldu. Həmin mövsüm klub Azərbaycan Kubokunda da debüt etdi və 1/8 finalda Premyer Liqa təmsilçisi "Sumqayıt"a 0:3 hesabı ilə uduzdu.
2018–2022: Premyer Liqada ilk illər thumb|right|MPL 2021/2022 mövsümündə "Sabah" – "Qarabağ" matçı. "Sabah" Azərbaycan Premyer Liqasında ilk oyununu 12 avqust 2018-ci ildə "Keşlə" ilə keçirdi. "ASK Arena"da keçirilən matçda "Sabah" 1:0 hesabı ilə qalib gəldi. Yeganə qolu Ukrayna millisinin keçmiş üzvü Marko Deviç vurdu və klubun Premyer Liqadakı ilk qolunun müəllifi oldu. Komanda debüt mövsümünü 7-ci yerdə başa vurdu, sonrakı üç mövsümdə isə 6-cı və iki dəfə 5-ci yeri tutdu.
2022–2024: İlk medallar və avrokubok debütü 2022-ci ilin dekabrında Murad Musayevin rəhbərlik etdiyi komanda "Sumqayıt"ı 6:0 hesabı ilə məğlub edərək Premyer Liqada ən böyük hesablı qələbəsini qazandı.
2022/2023 mövsümündə "Sabah" 81 xalla Premyer Liqanın gümüş medallarını qazandı və tarixində ilk dəfə avrokuboklara vəsiqə əldə etdi. Klub UEFA Konfrans Liqasındakı debütündə II təsnifat mərhələsində Latviyanın "RFS" klubunu (4–1) keçdi, III təsnifat mərhələsində isə "Partizan"a penaltilər seriyasında (2–2, pen. 4–5) uduzdu.
2023/2024 mövsümündə komanda Premyer Liqanı 3-cü yerdə tamamlayaraq yenidən avrokuboklarda iştirak hüququ qazandı. Kubokda isə 1/4 finalda "Qarabağ"a 1:7 hesabı ilə uduzdu; bu, klub tarixinin ən böyük hesablı məğlubiyyətidir.
2024–2025: İlk kubok thumb|right|Konfrans Liqasının təsnifat mərhələsində "Levski Sofiya"ya qarşı ev oyunu.
2024/2025 mövsümündə "Sabah" Konfrans Liqasının II təsnifat mərhələsində "Makkabi Hayfa"nı penaltilər seriyasında (6–6, pen. 3–2) keçdi, III mərhələdə isə "Sent-Patriks Atletik"ə (0–2) uduzdu.
Mövsümün sonunda komanda Azərbaycan Kubokunun finalına yüksəldi. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən final oyununda "Sabah" "Qarabağ"ı 3:2 hesabı ilə məğlub edərək tarixində ilk dəfə Azərbaycan Kubokunun qalibi oldu. Bu qələbə ilə klub 2025/26 UEFA Avropa Liqasının I təsnifat mərhələsinə vəsiqə qazandı.
2025–2026: Çempionluq və "qızıl dubl" 2025-ci ilin iyununda klubun baş məşqçisi vəzifəsinə litvalı mütəxəssis Valdas Dambrauskas təyin olundu.
Avropa Liqasının I təsnifat mərhələsində "Sabah" Sloveniyanın "Sele" klubuna 5–6 hesabı ilə uduzaraq Konfrans Liqasına keçdi. Orada Moldovanın "Petrokub" klubunu (6–1) keçsə də, III təsnifat mərhələsində "Levski Sofiya"ya (0–3) uduzdu.
Premyer Liqada isə "Sabah" 33 oyunda 24 qələbə, 6 heç-heçə və 3 məğlubiyyətlə 78 xal topladı (qollar: 75–25) və tarixində ilk dəfə Azərbaycan çempionu oldu. Komandanın yarımmüdafiəçisi Coy-Lens Mikels 19 qolla çempionatın ən yaxşı bombardiri oldu. Həmin mövsüm "Sabah" Azərbaycan Kubokunun finalında "Zirə"ni məğlub edərək kuboku ikinci dəfə qazandı və "qızıl dubl"a imza atdı.
2026–2027: Çempionlar Liqası thumb|right|2026/27 Çempionlar Liqası pley-off mərhələsi. "Sabah" – "Hapoel Beer-Şeva".
"Sabah" 2026/27 mövsümünə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindən başladı. Burada Uelsin "TNS" klubu üzərində 2:0 və 2:1 hesablı qələbələr qazanıldı. II təsnifat mərhələsində Finlandiyanın "KuPS" klubu hər iki oyunda (1:0, 2:0) məğlub edildi. III təsnifat mərhələsində Danimarkanın "Orhus" klubu ilə səfərdə 1:2 uduzan "Sabah" evdə 4:0 qalib gəldi. Pley-off mərhələsində İsrailin "Hapoel Beer-Şeva" klubuna səfərdə 1:2 uduzan komanda evdə 5:2 qalib gələrək (ümumi hesab 6–4) liqa mərhələsinə vəsiqə qazandı.
Bununla "Sabah" Çempionlar Liqasının I təsnifat mərhələsindən başlayaraq əsas mərhələyə yüksələn ilk Azərbaycan klubu oldu. "FutbolPress.az"ın məlumatına görə, "Sabah" Avropa futbolu tarixində "Astana" (6 il) və "RB Leypsiq"dən (8 il) sonra Çempionlar Liqasının əsas mərhələsinə ən qısa müddətdə yüksələn üçüncü klubdur.
Liqa mərhələsinin püşkatmasında 4-cü səbətdə yer alan "Sabah"ın rəqibləri "Barselona", "Borussiya Dortmund", "Napoli" və "Slaviya Praqa" (ev oyunları), "Arsenal", "Mançester Yunayted", "Vilyarreal" və "Vikinq" (səfər oyunları) oldu. Klubun stadionu UEFA tələblərinə cavab vermədiyi üçün ev oyunları Bakı Olimpiya Stadionunda keçirilir. "Sabah" liqa mərhələsindəki ilk oyununda 10 sentyabr 2026-cı ildə səfərdə "Mançester Yunayted"ə 0:4 hesabı ilə uduzdu.
Liqa mərhələsinə vəsiqə qazanan "Sabah" futbol klubuna Azərbaycan Prezidentinin ehtiyat fondundan 5 milyon manat ayrıldı.
Klubun loqosu və rəngləri "Sabah"ın loqosunda klubun adı üzərində təsvir edilən günəş şüaları yeni günü, yeni ümidləri və yeni qələbələri simvolizə edir. Qalxan isə müdafiə əzmini və komandanın qapısının toxunulmazlığını ifadə edir.
Klubun əsas rəngləri qara və çəhrayıdır. Çəhrayı rəng Masazır gölünün rəngini əks etdirir.
Forma Klub geyim dəstində qara-çəhrayı rənglərdən istifadə edir. Ev forması qara-çəhrayı, səfər forması isə ağ-çəhrayı rəngdədir.
Klub Birinci Divizionda çıxış etdiyi dövrdə İspaniyanın "Joma" firmasının geyim dəstindən istifadə edirdi. Premyer Liqaya vəsiqə qazandıqdan sonra "Joma" İtaliyanın "Macron" firması ilə əvəz edildi. 2020-ci ildən komanda "Nike" firmasının geyim dəstindən istifadə edir.
Rəhbərlik və Müşahidə Şurası "Sabah" Futbol Klubunun təsisçisi "Bridge Group of Companies"-in rəhbəri Yaqub Hüseynovdur. Klubun prezidenti Maqsud Adıgözəlovdur.
Klubda 5 üzvdən ibarət Müşahidə Şurası fəaliyyət göstərir: Firudin Qurbanov (Azərbaycan Respublikası təhsil nazirinin müavini), İqor Ponomaryov (keçmiş futbolçu və məşqçi, 1988-ci il olimpiya çempionu, SSRİ-nin əməkdar idman ustası), Rəhman Hacıyev ("1news.az" saytının və "Bakinskiy raboçiy" qəzetinin rəhbəri), Rauf Xəlilov (sahibkar) və Yaqub Hüseynov (sahibkar). Şuranın sədri Firudin Qurbanovdur.
Uğurları Ölkə turnirləri Azərbaycan Premyer Liqası frameless|16x16px Çempion (1): 2025/26 frameless|16x16px Gümüş medal (1): 2022/23 frameless|16x16px Bürünc medal (1): 2023/24 Azərbaycan Kuboku frameless|16x16px Qalib (2): 2024/25, 2025/26
Avropa turnirləri UEFA Çempionlar Liqası – liqa mərhələsi: 2026/27
Klub rekordları Premyer Liqada ən böyük hesablı qələbə: 6:0, "Sumqayıt"a qarşı (dekabr 2022) Ən böyük hesablı məğlubiyyət: 1:7, "Qarabağ"a qarşı (Azərbaycan Kuboku, 30 yanvar 2024) Bir mövsümdə ən çox xal: 81 (2022/23, 36 oyun) Avrokuboklarda ən böyük hesablı qələbə: 4:0, "Orhus"a qarşı (Çempionlar Liqası, III təsnifat mərhələsi, 2026) Ən çox oyun: Amin Seydiyev – 155 Ən çox qol: Coy Lens Mikels – 55
Stadion
320px|thumb|Bank Respublika Arena "Sabah" ev oyunlarını Masazır qəsəbəsində yerləşən "Bank Respublika Arena"da keçirir. Klubun rəsmi saytına görə stadion 8 700 tamaşaçı tutumuna malikdir.
Stadionun oyun meydançası təbii ot örtüyü ilə əhatə olunub. Stadionun ərazisində futbolçular üçün soyunub-geyinmə otaqları, tibb məntəqəsi, mətbuat konfransı zalı və dəvətlilər üçün xüsusi otaqlar mövcuddur.
Stadion əvvəlki illərdə "Neftçi" və "Qarabağ" klublarının Premyer Liqa oyunlarına müvəqqəti olaraq ev sahibliyi edib. "Sabah" "Bank Respublika Arena"dan yüksək liqada əsas stadion kimi istifadə edən ilk klubdur. 2022/2023 mövsümündə Premyer Liqanın ən çox tamaşaçı toplayan oyunu bu stadionda keçirilən "Sabah" – "Qarabağ" (0:0) görüşü olub; matçı 10 000 nəfər izləyib.
UEFA Çempionlar Liqasının liqa mərhələsində "Sabah" ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirir.
Mövsümlər üzrə nəticələri +Sabah Futbol Klubunun mövsümlər üzrə nəticələriMövsümÇempionatKubokUEFABombardirTurnirYerOQHMVBXTurnirNəticəTurnirNəticəFutbolçuQol2017–18Birinci Divizion5.271179433340Azərbaycan Kuboku1/8 final–– Raul Yaqubzadə82018–19Premyer Liqa7.287615204127Azərbaycan Kuboku1/4 final–– Marko Deviç82019–20Premyer Liqa6.20569192721Azərbaycan Kuboku1/4 final–– Ulise Diallo42020–21Premyer Liqa5.287813283829Azərbaycan Kuboku1TM–– Ramil Şeydayev62021–22Premyer Liqa5.2812511423441Azərbaycan Kuboku1/4 final–– Coy Lens Mikels142022–23Premyer Liqa2.362565752481Azərbaycan Kuboku1/4 final–– Coy Lens Mikels172023–24Premyer Liqa3.3617712504058Azərbaycan Kuboku1/4 finalKonfrans Liqası3TM Davit Volkov72024–25Premyer Liqa5.3610188504648Azərbaycan KubokuQalibKonfrans Liqası3TM Cesse Sekidika132025–26Premyer Liqa1.332463752578Azərbaycan KubokuQalibKonfrans Liqası3TM Coy Lens Mikels192026–27Premyer Liqadavam edirAzərbaycan Kubokudavam edirÇempionlar LiqasıLM Qısaltmalar: 1TM = I təsnifat mərhələsi, 2TM = II təsnifat mərhələsi, 3TM = III təsnifat mərhələsi, PO = pley-off, LM = liqa mərhələsi
UEFA turnirlərində nəticələri 13 oktyabr 2026-cı il tarixinə olan məlumat: Mövsüm Turnir Mərhələ Rəqib Ev oyunu Səfər oyunu Cəmi2023–24UEFA Konfrans Liqası2TM RFS2–12–04–117x17px3TM Partizan2–00–22–2 (pen. 4–5)17x17px2024–25UEFA Konfrans Liqası2TM Makkabi Hayfa3–63–06–6 (pen. 3–2)17x17px3TM Sent-Patriks Atletik0–10–10–217x17px2025–26UEFA Avropa Liqası1TM Sele2–33–35–617x17pxUEFA Konfrans Liqası2TM Petrokub4–12–06–117x17px3TM Levski Sofiya0–20–10–317x17px2026–27UEFA Çempionlar Liqası1TM Nyu Seynts2–02–14–117x17px2TM KuPS1–02–03–017x17px3TM Orhus4–01–25–217x17pxPO Hapoel Beer-Şeva5–21–26–417x17pxLM Mançester Yunayted—0–4davam edir Slaviya Praqa13 okt 2026— Borussiya Dortmund20 okt 2026— Arsenal— Barselona— Vilyarreal— Napoli— Vikinq—
Futbolçular üzrə göstəricilər
Ən çox oyuna çıxmış futbolçular Son yenilənmə: 25 oktyabr 2025, "Araz-Naxçıvan" – "Sabah" oyunundan sonra. Qalın şriftlə klubda çıxışını davam etdirən futbolçular göstərilib. # Futbolçu İllər Mövqe Oyun Qol1 Amin Seydiyev2020–müdafiəçi15562 Boyan Letiç2022–müdafiəçi11273 Elvin Camalov2021–2025yarımmüdafiəçi10424 Aleksey İsayev2020–2024, 2025–yarımmüdafiəçi102125 Anatoli Nuriyev2022–yarımmüdafiəçi100126 Coy Lens Mikels2021–2023, 2024–yarımmüdafiəçi98557 Con İrasabal2022–2025yarımmüdafiəçi9268 Yusif İmanov2022–2025qapıçı8809 Tellur Mütəllimov2022–müdafiəçi86510 Namiq Ələsgərov2022–2025yarımmüdafiəçi787
Ən çox qol vurmuş futbolçular Son yenilənmə: 25 oktyabr 2025, "Araz-Naxçıvan" – "Sabah" oyunundan sonra.