Qalmaqal teleserialının beşinci mövsümünün premyerası 24 sentyabr 2015-ci ildə ABŞ-nin ABC telekanalında baş tutmuş, yekun seriya isə 12 may 2016-cı ildə efirə verilmişdir. Beşinci mövsümdə də serialın şourenneri Şonda Rayms olmuş, mövsüm ABC Studios və ShondaLand Production tərəfindən istehsal edilmişdir.

Beşinci mövsümdə Oliviya Poup və onun böhran menecmenti firmasının hekayəsi davam etdirilir, Ağ ev administrasiyasında çalışanlar və ABŞ prezidentinin fəaliyyəti ilə bağlı məlumat verilir. Beşinci mövsüm on bir daimi aktyora malikdir ki, onların da hamısı əvvəlki mövsümlərdə iştirak etmiş, səkkizi isə birinci mövsümdən əsas rolda olmuşdur. Beşinci mövsümdə ikinci plan aktyorlar sırasına üç yeni sima daxil edilmişdir. Beşinci mövsüm də ShondaLand Production Companynin başqa bir layihəsi olan “Qətlə görə məsuliyyətdən necə qaçmalı” serialına yer açmaq üçün Cümə axşamı 9:00 pm-də yayımlanmışdır.

3 mart 2016-cı ildə ABC Qalmaqal serialının altıncı mövsümünün çəkiləcəyini elan etmişdir.

Məzmunu

"Qalmaqal" teleserialının beşinci mövsümündə izləyicilər Oliviya Poup (Kerri Vaşinqton) və onun tərəfdaşlarının böhran menecmenti firması, ABŞ Prezidenti Fitcerald Qrant (Toni Qolduin) və Ağ ev aparatının başçısı Sayrus Binin (Ceff Perri) birgə və bir-birinə qarşı fəaliyyətini izləyir. Mövsum növbəti ABŞ Prezidentinin seçilməsi üçün namizədlərin irəli sürülməsi və seçkiqabağı kompaniyalara həsr olunmuşdur.

Aktyorlar və personajlar

Əsas heyət

Kerri Vaşinqton — Oliviya Poup Skott Foli - Ceykob "Ceyk" Ballard Debri Stençfild — Ağ ev Mətbuat Katibi Ebigeyl "Ebbi" Uilan Keti Lous — Kuinn Perkins Gilyermo Dias — Qek Ceff Perri — Ağ ev aparatının rəhbəri Sayrus Bin Toni Qolduin — ABŞ Prezidenti III Fitcerals «Tits» Tomas Qrant Coşua Malina — Devid Rouzen Bellami Yanq — birinci xanım Melodi "Melli" Qrant Portiya de Rossi - Elizabet Nort Co Morton - Rouen "Elay" Poup Kornelius Smit kiçik - Markus Uolker

İkinci heyət Artemis Pebdani - Vitse-prezident Syuzan Ross Keyt Burton - Salli Lenqston Corc Nyubern - Çarli Rikyardo Xavira - Qubernator Fransisko Varqas Miya Maestro - Eliza Martin Qreqq Henri - Hollis Doyl Norm Lyuis - Eddison Devis Coell Karter - Vanessa Moss Erika Şaffer - Müxbir Makkenzi Astin - Noy Beyker Con Proski - Senator Gibson Roze Abdu - Senator Linda Moskoviç Romi Rouzmont - Petti Snell Pol Adelşteyn - Leo Bergen Brayan Letçer - Tom Larsen Metyu del Neqro - Maykl Ambruso Annabet Giş - Lillian Forrester Denni Pinno - Alexandro "Aleks" Varqas

Qonaq ulduzlar Adam Cey Yeend - Denni Mendoza Dirbla Molloy - Kraliça İzabel Adam Ferqus - Şahzadə Riçard Hilti Bouen - Şahzadə Emili Coş Brener - Gevin Prays Culi Kler - Françeska Hanter Uilyam Russ - Frenk Holland Denis Krosbi - Canet Holland Brayan Vayt - Frenklin Rassell Con Tenni - Endryu Nikols

Seriyalar

{| class="wikitable plainrowheaders" style="width:100%" |- style="color:white" ! style="background: #004953;" | No. ! style="background: #004953;" | # ! style="background: #004953;"| Ad ! style="background: #004953;"| Rejissor ! style="background: #004953;"| Ssenari müəllifi ! style="background: #004953;"|İlk efir tarixi ! style="background: #004953;"| İstehsalkodu ! style="background: #004953;"| ABŞ-də izləyicilər(milyon)

İstehsal İnkişaf

ABC telekanalı Qalmaqal serialının beşinci mövsümünün çəkiləcəyini 7 may 2015-ci ildə elan etmişdir. “ShondaLand Production Company”nin yeni layihəsi olan “Qətlə görə məsuliyyətdən necə qaçmalı” serialına efir vaxtı ayrılması üçün dördüncü mövsüm kimi, Qalmaqlın beşinci mövsümü də Cümə axşamı 9:00 pm-də yayımlanmışdır. Mövsümün istehsalına 21 may 2015-ci ildə Raymsın Twitterdə beşinci mövsümün yol xəritəsini hazırlamağa başlaması haqqında elan verməsindən sonra başlanmışdır.

ABC telekanalının payız efirinin cədvəli 16 noyabr 2015-ci ildə elan edilmiş və həmin cədvələ əsasən “Ehtiras anatomiyası” və “Qətlə görə məsuliyyətdən necə qaçmalı” serialları kimi “Qalmaqal”ın da payızda doqquz seriyasının yayımlanacağı, 19 noyabr 2015-ci ildə isə payız finalının efirə veriləcəyi məlum olmuşdur. Qalan on iki seriya isə qış fasiləsindən sonra 11 fevraldan etibarən yayımlanmışdır. 3-4 fevral 2016-cı ildə isə Qalmqal və Ehtiras anatomiyasının efir vaxtında ABC istehsalı olan “Meydoff” adlı mini serial yayımlanmışdır. 3 mart 2016-cı ildə ABC serialın altıncı mövsümünün çəkiləcəyini elan etmişdir. thumb|right|130px|Serialın əsas aktyor heyətinə daxil olan Skot Foli beşinci mövsümdə həm də rejissorluq debütünü etmişdir.

Yazılması

Müsahibə zamanı Şonda Rayms bildirir ki, beşinci mövsümdə hadisələr dördüncü mövsüm finalında qaldığı yerdən bir neçə gün sonra baş verəcək. Beşinci mövsümdə Oliviya və Fitzin eyni lövhə üzərində dayanan yeganə şəxslər olacağının göstəriləcəyindən bəhs edən Rayms deyir ki, “Oliviya və Fitzdən başqa hər kəs üçün dünya kiçik hissələrə bölünmüşdür... Digərləri kifayət qədər narahatlıq hiss edirlər və biz sonradan nələr olacağını görürük.” Rayms davam edərək Sayrus və Mellinin vəziyyətindən danışır və onların daha Ağ evdə ola bilməyəcəklərini deyir.

Rayms TVLine-a verdiyi müsahibədə həm də beşinci mövsümdə Oliviyanın firmasındakı komandanın yenidən formalaşacağını təsdiqləyərək izah edir ki, dördüncü mövsümdə Oliviyanın dəstəklənməsi üçün Qladiator şücaəti arxa plana keçirilsə də, beşinci mövsümdə buna yol verilməyəcək. O, qeyd edir ki, “Qek və Kuinn dəfələrlə öz istəkləri ilə qladiatorluq edəcəklər. Və hər dəfə bu eyni dinamika ilə baş verməyəcək.”

Çəkilməsi

Beşinci mövsümün məşqlərinə iyulun əvvəllərində başlanmışdır. 14 iyul 2015-ci ildə Kerri Vaşinqton birinci mövsümün sınaq çəkilişlərinin baş tutmasını qeyd etmişdir. 8 avqust 2015-ci ildə mövsüm premyerasının rejissoru Tom Verika Twitter hesabında seriyanın adının “Rəhbər olmaq çətindir” olacağını elan edir. 16 iyul 2015-ci ildə beşinci mövsümün əsas çəkilişlərinə başlanılmışdır.

ShondaLandin prodüserlik etdiyi seriallarda rol almış bir neçə aktyor beşinci mövsümün seriyalarının çəkilməsində rejissorluq etmişlər. Qalmqal serialında Toni Qoldvin beşinci mövsümün ikinci və on yeddinci seriyalarını çəkmişdir ki, bu da onun serialda rejissorluq etdiyi dördüncü və beşinci seriyalar olmuşdur. Ehtiras anatomiyası seriyalında Həkim Miranda Beyli rolunu canlandran aktrisa Çandra Vilson Qalmaqalın altıncı seriyasının rejissoru olmuşdur. Qalmqal serialında rol alan Skott Foli serialın on altıncı seriyasının rejissoru olmuşdur. Folinin rejissorluq debütü onun özü və icraçı prodüser Tom Verika tərəfindən Twitterdə elan edilmişdir.

Aktyor seçimi thumb|left|130px|Beşinci mövsümdə Miya Maestro ikinci plan rolunu canlandırmaq üçün seçilmişdir.. Beşinci mövsüm on iki ulduz aktyora malikdir ki, onlardan on biri əvvəlki mövsümlərdə də çıxış etmiş, səkkizi isə birinci mövsümdən serialın əsas aktyor heyəti sırasına daxil olmuşdur. Üç aktyor isə serialda yenidir. Kerri Vaşinqton serialın antoqonisti olan, keçmiş Ağ Ev İctimai Əlaqələr direktoru və böhran menecmenti firmasının sahibi Oliviya Poup rolunu canlandırmağa davam etmişdir. Beşinci mövsümdə Derbi Stençfild Ağ Ev Mətbuat Katibi Ebbi Uilan, Keti Lovis Kuinn Perkins, Gilyermo Diaz isə Qek rolunu canlandırmışlar. Kornelius Smit (kiçik) serialda aktivist Markus Uolker rolunu canlandırmışdır. Ceff Perri Ağ Ev administrasiyasının rəhbəri Sayrus Bin, Portiya de Rossi Elizabet Nort rollarını canlandırmağa davam etmişlər. Coşua Malina keçmiş Federal prokuror və yeni Baş Prokuror Devid Rouzen rolunu canlandırmışdır. Bellami Yanq Birinci xanım/Senator Melodi “Melli” Qrant, Toni Qoldvin Prezident III Fitcerald “Fitz” Tomas Qrant qolunu canlandırmağa davam etmişdir. Skott Foli B613 agenti və Milli Təhlükəsizlik Agentliyinin rəhbəri Ceyk Ballardı canlandırmışdır.

Dördüncü mövsümün finalından sonra 14 may 2015-ci ildə Portiya de Rossinin beşinci mövsümdə davamlı rol alacağını elan etmişdir. “TVLine” aprel ayının sonlarında xəbər verir ki, Oliviyanın firmasına yeni qladiator gələcək və onu qonaq ulduz canlandıracaq. 7 iyul 2015-ci ildə, dördüncü mövsümdə aktivist Markus Uolkeri canlandırmış Kornelius Smitin beşinci mövsümdə davamlı rol alacağı, lakin payız finalına kimi görünməyəcəyi bildirilmişdir. 24 avqust 2015-ci ildə aktrisa Miya Maestronun beşinci mövsümdə davamlı rol alacağı bildirilsə də, hansı personajı canlandıracağı açıqlanmamışdır. 1 sentyabr 2015-ci ildə Culi Klerin qonaq kimi filmin aktyor heyətinə qatıldığı elan edilmişdir.

4 fevral 2016-cı ildə Rikyardo Xaviranın serialın aktyor heyətinə qoşularaq ikinci lan rolunu canlandıracağı və onun personajının ilk dəfə XI seriyada görünəcəyi elan edildi. 8 fevral 2016-cı ildə Annabet Gişin ikinci plan rol ilə serialın aktyor heyətinə qatııldığı bildirilmişdir. 18 fevral 2016-cı ildə “The Hollywood Reporter” serialda Rouen “Elay” Poup rolunu canlandıran Co Mortonun serialın əsas aktyor heyətinə qatılacağını elan etmişdir.

Qəbulu

Rəy aqqreqatoru “Rotten Tomatoes”seriala 13 rəy əsasında 92% təravətli 7.13/10 bal vermişdir. Sayt tənqidçilərinin ortaq rəyində deyilir ki, “Əsas cütlüyə ağır təzyiq yüksək gözləntilər və Qalmaqalın ekşn-paketində həyəcanlandırıcı dəyişikliklər yaradır ki, bu da öz növbəsində həyəcanlandırıcı beşinci mövsümü formalaşdırır.”

Live + SD reytinqlər

SerialdaNo. MövsümdəNo. Seriya Efir tarixi Vaxt intervalı (EST) Reytinq/yayım (18–49) İzləyicilər (mil/) 18–49 reytinq İzləyici reytinqi Drama reytinqi 70 1 "Rəhbər olmaq çətindir" Cümə axşamı10:00 p.m. 3.3/10 10.25 8 16 2 71 2 "Bəli" 2.8/9 9.12 10 21 2 72 3 "Paris od içində" 2.6/8 8.76 10 22 2 73 4 "İt taktikası" 2.4/7 8.06 11 21 2 74 5 "Hazır ol" 2.5/8 8.28 11 23 2 75 6 "Çıx həbsdən, azadsan" 2.3/7 7.80 14 30 2 76 7 "Hətta İblis də ikinci şansa layiqdir" 2.2/7 8.03 13 25 4 77 8 "Rasputin" 2.2/7 7.70 14 28 6 78 9 " Bala, bayırda soyuqdu" 2.4/8 8.13 11 23 3 79 10 "General olmaq çətindir" 2.1/7 6.96 9 28 4 80 11 "Namizəd" 1.8/5 6.09 18 33 5 81 12 "Gözlənilməz hadisə" 1.7/5 5.85 22 37 6 82 13 "Balıq başından iylənər" 1.7/6 5.97 15 28 3 83 14 "Səni görürəm" 1.6/5 6.31 23 N/a 5 84 15 "Qələmlər bir kənara" 1.6/5 6.15 20 N/a 5 85 16 "Syuzan Rossa qarşı kompromat" 1.7/6 6.44 13 25 4 86 17 "Xırç!" 1.7/5 5.88 15 N/a 5 87 18 "Ölüm bizi ayırana kimi" 1.5/5 6.00 16 N/a 8 88 19 "Kəmərləri bağlayın" 1.6/5 6.25 17 N/a 6 89 20 "Mühüm kart" 1.5/5 6.06 21 N/a 8 90 21 "Mənim qızım" 1.8/6 6.65 10 N/a 4

Live + 7 Day (DVR) reytinqlər

SerialdaNo. MövsümdəNo. Seriya Efir vaxtı Vaxt intervalı (EST) 18–49 reytinq İzləyicilər (mil.) Ümumi 18-49 Ümumi izləyicilər(mil.) İst. 70 1 "Rəhbər olmaq çətindir" Cümə axşamı10:00 p.m. 1.8 4.49 5.1 14.73 71 2 "Bəli" 1.9 4.52 4.7 13.63 72 3 "Paris od içində" 1.6 3.90 4.2 12.66 73 4 "İt taktikası" 1.7 4.16 4.1 12.22 75 5 "Hazır ol" 1.4 3.66 3.9 11.95 75 6 "Çıx həbsdən, azadsan" 1.4 3.53 3.7 11.33 76 7 "Hətta İblis də ikinci şansa layiqdir" 1.7 3.99 3.9 12.02 77 8 "Rasputin" 1.6 3.88 3.8 11.58 78 9 "Bala, bayırda soyuqdu" 1.5 3.78 3.9 11.91 79 10 "General olmaq çətindir" 1.5 3.73 3.6 10.68 80 11 "Namizəd" 1.4 3.61 3.2 9.70 81 12 "Gözlənilməz hadisə" 1.3 3.40 3.0 9.23 82 13 "Balıq başından iylənər" 1.5 3.66 3.2 9.65 83 14 "Səni görürəm" 1.4 3.42 3.0 9.73 84 15 "Qələmlər bir kənara" 1.3 3.32 2.9 9.46 85 16 "Syuzan Rossa qarşı kompromat" 1.3 3.44 3.0 9.72 86 17 "Xırç!" 1.3 3.51 3.0 9.39 87 18 "Ölüm bizi ayırana kimi" 1.3 3.28 2.8 9.27 88 19 "Kəmərləri bağlayın" 1.3 3.19 2.9 9.45 89 20 "Mühüm kart" N/a N/a N/a N/a N/a 90 21 "Mənim qızım" N/a N/a N/a N/a N/a

Mükafat və nominasiyalar Mükafat Kateqoriya Nominant Nəticə Xalqın seçimi mükafatı Sevilən televiziya dramı Qalmaqal Sevilən dramatik televiziya aktrisası Kerri Vaşinqton Sevilən dramatik televiziya aktyoru Skott Foli NAACP Image Award Əlamətdar dram serialı Qalmaqal Dram serialında əlamətdar aktrisa Kerri Vaşinqton Dram serialında əlamətdar ikinci plan aktyoru Co Morton Dram serialında əlamətdar ikinci plan aktyoru Gilyermo Diaz Yeniyetmə Seçimi Mükafatı Seçim televiziya aktrisası - dram Kerri Vaşinqton

DVD çıxışı