Azər Qasımzadə (tam adı: Azər Ərəstun oğlu Qasımzadə; digər dillərdə: Azer Kazımzade; ) — texnika elmləri doktoru, professor. Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində "Zəlzələ Mühəndisliyi Elmi-Tədqiqat Mərkəzi"nin direktoru, Mexanika kafedrasının professoru, rektorun müşaviri, Türkiyənin  Ondokuz Mayıs Universitetinin Mühəndislik fakültəsinin əməkdar professoru;, Türkiyə Dövlət Mükafatı laureatı (Tübitak Proje Performans Ödülü), "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı və Fəxri Fərman laureatı (2025).

Elmi tədqiqatları əsasən strateji əhəmiyyətli bina və qurğuların seysmik qorunması üçün Struktur Seysmik İsolyasiya Metodunun (SSIM) və Sisteminin(SSIS) inkişafına yönəlmişdir və o, bu metodun müəllifidir. Bu metodun bina və qurğulara tətbiqi nəticəsində, qurğunun xarici dinamik (zəlzələ, külək və s.) təsirlərə reaksiyası ortalama 90%, kütləsi isə ortalama 30% azalmış olur. Bundan əlavə qurğu rezonansdan da qorunmuş olur. Bu xüsusiyyətləri sayəsində SSIM metodu qurğuların davamlılığı (resilience) məsələsinin də həllinə açar olmuşdur. SSIM metodu bütün bu üstünlükləri ilə Mexanikanın Qurğular Dinamikası və Zəlzələ Mühəndisliyi sahəsinə əhəmiyyətli töhfə vermişdir və Azər Qasımzadənin əsas elmi nailiyyətlərindəndir. Həyatı Qasımzadə Azər Ərəstun oğlu 1955-ci il fevralın 23-də Bərdə şəhərində ziyalı ailəsində anadan olub.

O, 1972-ci ildə Şuşada Üzeyir Hacıbəyli adına 1 saylı orta məktəbi qızıl medalla bitirmiş, erkən yaşlarından riyaziyyat və mexanikaya maraq göstərmiş, olimpiadalarda fərqlənmişdir. 1978-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda Sənaye və Mülki Tikililəri Konstruktoru ixtisası üzrə ali təhsil almışdır. Təyinatla SSRİ Neft və Qaz Sənayesi Nazirliyinin "Dənizneftqaz" Elmi-Tədqiqat və Layihə İnstitutunun "Dəniz qurğuları" şöbəsində mühəndis—konstruktor vəzifəsində çalışmışdır. Xəzər, Azov və Qara dənizlərindəki yataqlarda neft-qaz platformalarının hesablama-layihə, maket və modelləşdirmə sahəsindəki tədqiqatlarında iştirak etmişdir. Ailəsi Azər Qasımzadə evlidir və bir övladı var.

Fəaliyyəti Elmi fəaliyyəti Azər Qasımzadənin əsas tədqiqat istiqamətləri, bunlarla əlaqəli layihələri, ekspert fəaliyyəti və töhfələri qeyd edilən mövzuları: qurğularınstoxastik analizi və etibarlılığı (1980-1995); qurğuların monitorinqi, təxribatsız müayinə metodları və modellərin kalibrlariyası (1995-2013-); Struktur Seysmik İzolyasiya Metodu (SSIM) və sistemi (SSIS) (2014-2025) əhatə edir.

1980–1983-cü illərdə "Dənizneftqaz" Dövlət Elmi-Tədqiqat və Layihə İnstitutu ilə müqavilə əsasında Moskva İnşaat Mühəndisləri İnstitutunun məqsədli aspiranturasında neft-qaz hasilatı sənayesi üçün dəniz platformalarının üst hissələrinin hesablanmasının etibarlılığı sahəsində tədqiqatlarını davam etdirib. 1983-cü ildə "Lövhələrin təsadüfi sərtlikli yaylar üzərində tədqiqi" mövzusunda namizədlik dissertasiyasının müdafiəsindən sonra elmlər namizədi elmi dərəcəsini (Fəlsəfə Doktoru PhD) almışdır.

Elmi fəaliyyətini "Dənizneftqaz" Dövlət Elmi-Tədqiqat və Layihə İnstitutunun Hesablama Mərkəzinin Avtomatlaşdırılmış Layihələndirmə Sistemləri - ALS şöbəsində mühəndis -tədqiqatçı vəzifəsində davam etdirmişdir. Əvəzçilik əsasında İnşaat Mühəndisləri İnstitutunda mühazirələr oxumuş, "İnşaat mexanikası" kafedrasının müəllimi (1984-1987) və dosenti (1987-1989) kimi tədris fəaliyyəti ilə də məşğul olmuşdur.

1989-1991-ci illərdə Moskva İnşaat Mühəndisləri İnstitutunun "İnşaat mexanikası" kafedrasının doktoranturasında tədqiqatçı-layihə rəhbəri olduğu müddətdə "Dənizneftqaz" institutu ilə elmi yaradıcı əməkdaşlıq layihəsi çərçivəsində üzən qazma qurğularının (PPNO-600 və s.) anker bərkitmələrinin etibarlılığının hesablanması tədqiqatlarını davam etdirməklə bərabər "Stoxastik qeyri-bircins əsaslar üzərində lövhələrin sərhəd məsələlərinin tədqiqi" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək texnika elmləri doktoru (DSc) elmi dərəcəsini almışdır.

1991-ci ildə ABŞ-nin Nyu-Cersi Texnologiya İnstitutu və Prinston Unversitetinin İnşaat Mühəndisliyi bölümlərində "Qurğuların Stoxastik Analizi" mövzusu çərçivəsində elmi-təcrübə mübadiləsində iştirak etmişdir.

1992–1995-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri Universitetinin, "İnşaat Mexanikası" kafedrasının professoru, kafedranın "Rəqəmsal hesablamalar labaratoriyası"nın müdiri olmuşdur.

1991-1992 ci illərdə Azərbaycanın müstəqilliyinə keçid dövründə Ali Attestasiya Komissiyasının quruculuğunda ictimai əsaslarla iştirak etmişdir.

1992–1995-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri Universitetinin "İnşaat mexanikası" kafedrasının professoru, kafedranın "Rəqəmsal hesablamalar laboratoriyası"nın müdiri olmuşdur.

1995-2022-ci illərdə Türkiyə Təhsil Nazirliyinin dəvəti ilə Ondokuz Mayıs Universitetinin (OMU) "İnşaat mühəndisliyi" fakültəsinin qurulmasına rəhbərlik etmişdir. Bu illərdə fakültənin laboratoriya bazasını formalaşdırmaq üçün bir çox beynəlxalq layihələr həyata keçirmişdir. Bu tədqiqatların nəticəsi olaraq "Qurğuların Seysmik Davamlılığının Təxribatsız Müayinə Metodları" laboratoriyasını qurmuş və inkişaf etdirmişdir. Hazırda həmin fakültənin əməkdar professorudur.

2015-2022-ci illərdə Türkiyə Respublikası Ekologiya, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin "Risk altında olan ərazilərin transformasiyası" komissiyasına sədrlik etmişdir.

2022-ci ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin Mexanika kafedrasının professoru, rektor müşaviri və Zəlzələ mühəndisliyi Elmi-Tədqiqat Mərkəzinin direktorudur. AzMİU-da elmi-tədqiqat və tədris məqsədilə "Sonlu Elementlər Metodu Əsasında Qurğuların Modellənməsi və Analizi Laboratoriyası"nı təsis etmişdir.

2025-ci ildən "Strateji əhəmiyyətli bina və qurğuların monitorinqi və qiymətləndirilməsi” (Qrant № CW338335) mövzusunda beynəlxalq müştərək layihəyə rəhbərlik edir. Bu layihə çərçivəsində və onun maliyyə dəstəyi ilə "Qurğuların Monitorinqi Laboratoriyası"nın qurulması hədəflənmişdir.

Alim 14 kitab və monoqrafiyanın, 125-dən çox elmi məqalənin və beynəlxalq patentlərin müəllifi və ya həmmüəllifidir. 15-ə yaxın beynəlxalq layihədə mühəndis, elmi işçi, rəhbər və direktor kimi fəaliyyət göstərmişdir. Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində fəaliyyət göstərən FD 2.37 saylı Dissertasiya şurasının 3305.02 – "İnşaat mexanikası" ixtisası üzrə sədridir.

Beynəlxalq elmi fəaliyyəti Bir çox elmi layihə, milli və beynəlxalq elmi konfrans və simpoziumlarda iştirak edən Azər Qasımzadənin elmi rəhbərliyi ilə uğurla 13 fəlsəfə doktoru hazırlanmışdır. Alimin sədr, əsas məruzəçi, bölmə sədri və məruzəçi qismində iştirak etdiyi seçilmiş beynəlxalq elmi konfransların siyahısı aşağıdakı kimidir:

ICONREM 2024 - 3rd International Conference on Resilience, Earthquake Engineering and Structural Health Monitoring, Politecnico Di Torino & Ispra Joint Reserch Center, Italy, 24-28 July, 2024, Məruzə: "The New Criterion on Performance Based Seismic Design with Application to High-Rise Building"; 2nd International Conference on Information Technologies and Their Applications, ITTA 2024 Proceeding Book, Part 3, pp. 1-13, 2024, Məruzə: "Recent Developments on Passive Control of High Reliable Structures"; 18 Word Conference on Seismic Isolation; 7 International Conference on Earthquake Engineering and Seismology 2023; Seismic Isolation, Energy Dissipation and Active Vibration Control of Structures, Məruzə: ‘New Generation Structural Seismic Isolation System, Particularities and State of the Applications’; 17th World Conference on Earthquake Engineering (17WCEE), Sendai, Japan, September 27 to October 2, 2021, Məruzə: "Structural Seismic Isolation Method for Seismic Protection of Highly Reliable Structures"; 17th World Conference on Earthquake Engineering, 17WCEE, Sendai, Japan - September 27 to October 2, 2021, Məruzə: "Aseismic Control Device with Centuries Experiences for Applications"; International Symposium on Disaster Simulation - DS15, July 2015, Osaka University, Japan, pp. 127-132. Məruzə: "Spherical Foundation Structural Seismic Isolation System on Base Ancient Architecture's Inherence"; International Conference on Applied Computing, Computer Science, And Computer Engineering-ICAAC 2013, Saypen, USA, pp.77-83; Məruzə: "Modeling, Computing and Application Particularities of No Restoring Mechanism Aseismic Control Device"; International Symposium on Disaster Simulation and Structural Safety in The Next Generation 2011 - DS’11, September 2011, Hyogo University, Kobe, Japan. Məruzə: "Structural Safety Secret of ‘Walled Obelisk’ Monument from the Tenth Century and Its Simulated Model for Applications"; 2nd International Multi-Conference on Engineering and Technological Innovation: IMETI 2009, July 10th-13th, 2009, Orlando, Florida, USA. Məruzə: "Mathematical Model of the Natural Seismic Protection: Modelling, Implementation, Applications International Operational Modal Analyses Conference, IOMAC 2009, May 4-6, 2009, Porto Novo (Ancona), Italy. Məruzə: "Optimal Estimation of the Building System Characteristics for Modal Identification" Seismic Engineering International Conference, Mercea’08, July 8-11, 2008, Reggio Calabria and Messina, Italy. Məruzə: "A Novel Approach for Modal Identification from Ambient Vibration"; 9th Us National Congress on Computational Mechanics, July 22-26, 2007, San Francisco, USA. Məruzə: "Fundamentals, Education and Application of FEM in Structural Mechanics"; Experimental Vibration Analysis of Civil Engineering Structures, EVACES’07, October 24-26, 2007, Porto, Portugal. Məruzə: "Particularities of Monitoring, Identification, Model Updating Hierarchy in Experimental Vibration Analysis of Structures"; International Operational Modal Analyses Conference, IOMAC 2007, April 2007, Copenhagen, Denmark; Məruzə: "Ambient Vibration Analysis of Steel Structure" First European Conference on Earthquake Engineering, September 2006, Geneva, Switzerland; International Conference Control 2006, August 2006, Glasgow, United Kingdom. Məruzə: "Coupling of the Control System and the System Identification Toolboxes with Application in Structural Dynamics"; 1st International Operational Analyses Conference, pp. 345-353, April 2005, Copenhagen, Denmark, Məruzə: "Ambient Vibration Test on Detection of Dynamic Properties of Reinforced Concrete Building"; International Symposium on Network and Center-Based for Smart Structure Technologies and Earthquake Engineering, pp. 407-413, July 2004, Osaka, Japan. Məruzə: "Estimation of Sensitivity and Reliability Base Isolation Buildings Under Earthquake Action"; The First International Meeting in Civil Engineering Education, September 2003, Ciudad Real, Spain. Məruzə: "Teaching-Learning Process of Structural Analysis in Civil Engineering Education".

Seçilmiş Beynəlxalq Qrant layihələri "Yüksək təhlükəsizlikli qurğular üçün seysmik mühafizə sistemi", 2016-2022, layihə direktoru, beynəlxalq ortaqlı layihə; "Sürtünməli seysmik qorunma sistemləri" Türkiyə Dövlət Mükafatı laureatı (Tübitak Proje Performans Ödülü 2013), 2014-2015, layihə direktoru, Kobe Universiteti, Memarlıq fakültəsi, Qurğuların Kontrolu və Monitorinqi Laboratoriyası, Kobe, Yaponiya; "Geodinamik monitorinq: sürüşmə bölgələrində təhlükənin erkən xəbərdarlıq sistemi – GEODYN", SPS.EAP.SFP 984559, 2013, layihə direktoru, NATO, "İnkişaf etməkdə olan təhlükəsizlik problemləri" bölməsi, Belçika; "Qurğuların dinamik xüsusiyyətlərinin qiymətləndirilməsi və sağlamlığının monitorinqi", müqavilə № MF046, 2003-2006, layihə direktoru, OMU, Türkiyə; "İnşaat Qurğularının Sonlu Elementlər Metodu ilə Stoxastik Analizinin Xüsusiyyətləri", müqavilə № MF033, 1999-2002, layihə direktoru, OMU, Türkiyə. "Strateji əhəmiyyətlibina və qurğuların monitorinqi və qiymətləndirilməsi", (Qrant № CW338335), 2025-ci ildən davam edir, beynəlxalq ortaqlı layihə, layihə direktoru.

Pedaqoji fəaliyyəti