Azərbaycan irsinin qorunması — Azərbaycanın təbii və mədəni irsinin ölkə və beynəlxalq səviyyədə qorunması.
Təbii irsin qorunması
300px|thumb|right|Şahdağ Milli Parkı 300px|thumb|right|Palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu 300px|thumb|right|Göygöl Milli Parkı 300px|right|thumb|Qax Dövlət Təbiət Yasaqlığı 300px|right|thumb|Lerikdə meşə 300px|right|thumb|Yanardağ dövlət tarix-mədəniyyət və təbiət qoruğu 300px|right|thumb|Gəmiqaya
Azərbaycan respublikasının etalon təbiət komplekslərini, təbii sərvətlərini, qiymətli, nadir və nəsli tükənmək təhlükəsi olan flora və faunanı elmi əsaslarla qorumaq və nisbətən az antropogen təsirlərə məruz qalmış landşaftların ümumi qanunauyğunluqlarını, onların komponentləri arasındakı əlaqə və asılılıqları tədqiq etmək, rekreasiya əhəmiyyətli resurslarından səmərəli istifadə etmək məqsədilə aşağıdakı qoruq, yasaqlıq və milli parklar yaradılmışdır.
Xüsusi mühafizə olunan təbiət əraziləri — xüsusi ekoloji, elmi, mədəni, estetik və sağlamlaşdırma əhəmiyyəti daşıyan təbiət komplekslərindən və obyektlərindən, nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan bitki və heyvan növlərinin yayıldığı yerlərdən ibarət olan, təsərrüfat dövriyyəsindən tamamilə və ya qismən, daimi və ya müvəqqəti çıxarılan torpaq, su (akvatoriya) sahələri və onların üzərindəki atmosfer məkanıdır. Xüsusi mühafizə olunan təbiət obyektləri — elmi, mədəni, estetik və sağlamlaşdırma dəyəri olan nadir, nəsli kəsilmək təhlükəsi qarşısında olan, səciyyəvi, xüsusi mühafizə rejimli zooloji, botanik, dendroloji, hidroloji, geoloji, geomorfoloji, hidrogeoloji, meşə, landşaft və torpaq obyektləridir.
Xüsusi mühafizə olunan təbiət ərazilərinin təşkili, mühafizəsi və istifadəsi aşağıdakı prinsiplərə əsaslanır:
bioloji müxtəlifliyin və təbii ekoloji sistemin qorunub saxlanması; xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən məqsədli istifadə, habelə elmin, mədəniyyətin, təhsilin və maarifin inkişafı üçün səmərəli istifadə edilməsi; sosial-iqtisadi amillərin və yerli əhalinin maraqları nəzərə alınmaqla, turizmin və rekreasiyanın inkişafı; xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri sahəsində dövlət tənzimlənməsi və nəzarət; xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən istifadənin qanunla nəzərdə tutulmuş hallarda ödənişli olması; xüsusi mühafizə olunan təbiət ərazilərin və obyektlərin mühafizəsi sahəsində əhalinin və ictimai birliklərin iştirakı; beynəlxalq əməkdaşlıq.
Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri üçün xüsusi mühafizənin hüquqi rejimi, yaxud təsərrüfat fəaliyyətinin tənzimlənən rejimi tətbiq edilir. Xüsusi mühafizənin hüquqi rejimi xüsusi mühafizə olunan təbiət ərazilərində və obyektlərində və ya xüsusi ayrılmış sahələrdə ətraf mühitin təbii vəziyyətini pozan hər hansı təsərrüfat fəaliyyətinə, həmçinin digər fəaliyyətlərə qadağalar nəzərdə tutur.
Təsərrüfat fəaliyyətinin tənzimlənən rejimi xüsusi mühafizə olunan təbiət ərazilərində və obyektlərində və ya xüsusi ayrılmış sahələrdə təbii ehtiyatların təsərrüfat istifadəsinə məhdudiyyətlər nəzərdə tutur.
Qoruqlar
Azərbaycanda ilk qoruq olan Göy-göl Dövlət Təbiət Qoruğu 1925-ci ildə yaradılmışdır. 1929-cu ildə Qızılağac və Zaqatala qoruqları və 1936-cı ildə Hirkan qoruğu təsis edilmişdir. Beləliklə. 1958-ci ilə qədər 4 qoruq fəaliyyət göstərmişdir. 1958-ci ildən başlayaraq, 1990-cı ilə kimi qoruqların yaradılması prosesi davam etdirilmişdir və bir neçə ildən bir yeni qoruq təşkil edilmişdir. 1990-cı ildə Altıağac Dövlət Təbiət Qoruğu yaradılmışdır. 2003-cü ildə Naxçıvan Muxtar Respublikasında Şahbuz, 2004-cü ildə isə Eldar şamı, 2007-ci ildə Bakı və Abşeron yarımadasının Palçıq Vulkanları Qrupu, 2008-ci ildə icə Korçay Dövlət Təbiət Qoruğunun əsası qoyulmuşdur. Eyni zamanda 2003-cü ildə Türyançay, Pirqulu, İlisu, Qarayazı, İsmayıllı, 2008-ci ildə isə Zaqatala Dövlət Təbiət Qoruqlarının əraziləri 2–3 dəfədən çox genişləndirilmişdir.
Dövlət təbiət qoruqları — səciyyəvi və nadir təbiət komplekslərini və obyektlərini təbii vəziyyətində qoruyub saxlamaq, təbiət proseslərinin və hadisələrinin gedişini öyrənmək məqsədiylə yaradılan təbiət mühafizə və elmi müəssisə və ya təşkilat statusuna malik olan ərazilərdir. Dövlət təbiət qoruqları xüsusi ekoloji, elmi və mədəni dəyərə malik olan təbiət obyektlərinin (səciyyəvi və nadir landşaftlar, nadir geoloji törəmələr, bitki və heyvan növləri və sair) yerləşdiyi ərazilərdə (torpaq və su məkanı (akvatoriya) sahələrində) yaradılır. Dövlət təbiət qoruqlarının əraziləri respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinə aiddir və ərazilərə xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilir.
Dövlət təbiət qoruqları elmi müəssisə və təşkilatların və əlaqədar təşkilatların rəyi nəzərə alınmaqla müvafiq dövlət orqanının təqdimatı əsasında müvafiq icra hakimiyyəti orqanının qərarı ilə təşkil edilir. Dövlət təbiət qoruqlarının təşkili üçün ayrılmış torpaq sahələri onların daimi istifadəsinə verilir. Dövlət təbiət qoruqlarının torpaqlarından, habelə onun hüdudlarında olan sudan, bitki və heyvanlar aləmindən təsərrüfat məqsədləri üçün istifadə edilməsi qadağan edilir. Hər bir dövlət təbiət qoruğunun əsasnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
Milli parklar
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılmazdan əvvəl Azərbaycanda milli parklar mövcud deyildi. Azərbaycanda milli parklar 2003-cü ildən etibarən yaradılmağa başlayıb. 2003-cü ildə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Akademik Həsən Əliyev adı verilən Zəngəzur milli parkı, Şirvan milli parkı, Ağ göl milli parkı, 2004-cü ildə Hirkan milli parkı, Altıağac milli parkı, 2005-ci ildə Abşeron milli parkı, 2006-cı ildə Şahdağ milli parkı, 2008-ci ildə Göygöl milli parkı, 2012-ci ildə isə Samur-Yalama milli parkı yaradılıb.
Milli parklar — xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olan təbiəti mühafizə və elmi müəssisə və ya təşkilat statusuna malik olan ərazilərdir. Milli parkları əraziləri respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinə aiddir və bu ərazilərdə olan torpaq, su, bitki və heyvanlar aləmi onların daimi istifadəsinə verilir. Milli parkların hüdudlarına ayrı-ayrı hallarda qanunvericiliklə müəyyən edilmiş qaydada digər torpaq istifadəçilərinin və mülkiyyətçilərinin torpaq sahələri daxil edilə bilər. Milli parklar müvafiq dövlət orqanının təqdimatı əsasında müvafiq icra hakimiyyəti orqanının qərarı ilə təşkil edilir. Hər bir milli park müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir.
Milli parkların əsas vəzifələri aşağıdakılardır:
təbiət komplekslərini, nadir və etalon təbiət ərazilərini, tarix-mədəniyyət obyektlərini qoruyub saxlama; turizm və rekreasiya üçün şərait yaratmaq; təbiəti mühafizənin və ekoloji maarifçiliyin elmi metodlarını hazırlamaq və tətbiq etmək; əhalini ekoloji maarifləndirmək; ekoloji monitorinqi həyata keçirmək; zədələnmiş təbiət və tarix-mədəniyyət komplekslərini və obyektlərini bərpa etmək.
Turizm və rekreasiya zonalarında turizm və rekreasiya məqsədləri üçün təbiətdən istifadənin ayrı-ayrı növlərinə (ov, balıq və digər su bioresurslarının idman və həvəskar ovu və sair) yol verilir. Milli parklarda müəyyən edilmiş qaydada elmi tədqiqatlar, mədəni-maarif və tədris tədbirləri keçirilir.
2018-ci il siyahısı Milli parklar Hirkan Milli Parkı Şirvan Milli Parkı Göygöl Milli Parkı Abşeron Milli Parkı Ağgöl Milli Parkı Altıağac Milli Parkı Şahdağ Milli Parkı Zəngəzur Milli Parkı Samur-Yalama Milli Parkı
Dövlət qoruqları 1. Qızılağac Dövlət Təbiət Qoruğu 2. Palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu 3. Türyançay Dövlət Təbiət Qoruğu 4. İlisu Dövlət Təbiət Qoruğu 5. Zaqatala Dövlət Təbiət Qoruğu 6. Bəsitçay Dövlət Təbiət Qoruğu 7. Qarayazı Dövlət Təbiət Qoruğu 8. Qaragöl Dövlət Təbiət Qoruğu 9. Şirvan Dövlət Təbiət Qoruğu 10. Eldar Şamı Dövlət Təbiət Qoruğu 11. Korçay Dövlət Təbiət Qoruğu 12. Yanardağ dövlət tarix-mədəniyyət və təbiət qoruğuDövlət Təbiət Yasaqlıqları 1. Qarayazı-Ağstafa Dövlət Təbiət Yasaqlığı 2. Şəki Dövlət Təbiət Yasaqlığı 3. Laçın Dövlət Təbiət Yasaqlığı 4. İsmayıllı Dövlət Təbiət Yasaqlığı 5. Qusar Dövlət Təbiət Yasaqlığı 6. Qızılca Dövlət Təbiət Yasaqlığı 7. Qubadlı Dövlət Təbiət Yasaqlığı 8. Zuvand Dövlət Təbiət Yasaqlığı 9. Şəmkir Dövlət Təbiət Yasaqlığı 10. Bərdə Dövlət Təbiət Yasaqlığı 11. Korçay Dövlət Təbiət Yasaqlığı 12. Bəndovan Dövlət Təbiət Yasaqlığı 13. Gil adası Dövlət Təbiət Yasaqlığı 14. Kiçik Qızılağac Dövlət Təbiət Yasaqlığı 15. Daşaltı Dövlət Təbiət Yasaqlığı 16. Qəbələ Dövlət Təbiət Yasaqlığı 17. Arazboyu Dövlət Təbiət Yasaqlığı 18. Qax Dövlət Təbiət Yasaqlığı 19. Ordubad Dövlət Təbiət Yasaqlığı 20. Arazboyu Dövlət Təbiət Yasaqlığı 21. Hirkan Dövlət Təbiət Yasaqlığı 22. Zaqatala Dövlət Təbiət Yasaqlığı 23. Arpaçay Dövlət Təbiət Yasaqlığı 24. Rvarud Dövlət Təbiət Yasaqlığı
Mədəni irsin qorunması 300px|right|thumb|Dünya əhəmiyyətli memarlıq abidəsi Möminə Xatun türbəsi 300px|right|thumb|Dünya əhəmiyyətli memarlıq abidəsi Xudavəng monastırı freskosu 300px|right|thumb|Dünya əhəmiyyətli arxeoloji abidə olan Kabalaka 300px|right|thumb|Ölkə əhəmiyyətli memarlıq abidəsi Şamaxı Cümə məscidi 300px|right|thumb|Ölkə əhəmiyyətli memarlıq abidəsi Qeysəriyyə abidəsi 300px|right|thumb|Ölkə əhəmiyyətli monumental abidə olan Nizami Gəncəvinin heykəli barelyefi 300px|right|thumb|Yerli əhəmiyyətli dekorativ abidə olan Naxçıvan qoyun daş heykəlləri
Maddi
Daşınmaz Azərbaycan Respublikası Konstitusiyasının 77-ci maddəsinə görə tarix və mədəniyyət abidələrini qorumaq hər kəsin borcudur. Tarix və mədəniyyət abidələri xalqın milli sərvətidir. Dövlət tarix və mədəniyyət abidələrinin qorunmasına təminat verir, onların elmi tədqiqi və təbliği üçün zəruri olan qurumların yaradılmasını, fəaliyyətini və inkişafını təmin edir, abidələrdən səmərəli istifadə üçün şərait yaradır. Qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqları təşkilatları, hüquqi və fiziki şəxslər tarix və mədəniyyət abidələrini qorumalı, onları qorumaqla məşğul olan müvafiq icra hakimiyyəti orqanlarına, yerli özünüidarə orqanlarının yaratdığı təsisatlara və qeyri-dövlət təşkilatlara yardım göstərməlidirlər. Bu maddənin dördüncü hissəsində göstərilən subyektlər tarix və mədəniyyət abidələri yerləşən ərazidə torpaq və ya inşaat işləri görərkən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanlarından qabaqcadan icazə almalı və belə icazə alındıqdan sonra torpaq və ya inşaat işlərini görərkən müvafiq icra hakimiyyəti orqanlarının və mütəxəssislərin abidələrin qorunması barədə göstərişlərini icra etməlidirlər. Azərbaycan Respublikasının dövlət sərhədinin sərhədboyu zona və sərhədboyu zolaqlarında, silahlı münaqişələr zamanı döyüş əməliyyatları zonalarında, hərbi qurumların ərazilərində istifadəsində olan torpaq sahələrində yerləşən daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.
Tarix və mədəniyyət abidələri (bundan sonra — abidələr) arxeoloji və memarlıq obyektləri, etnoqrafik, numizmatik, epiqrafik, antropoloji materiallar, tarixi hadisə və şəxsiyyətlərlə bağlı olan bina, xatirə yerləri, əşyalar xalqın dini əqidəsi ilə bağlı dəyərlərdir. Abidələr daşınar (səyyar) və daşınmaz (stasionar) ola bilər. Daşınar abidələr muzeylərdə, arxivlərdə, fondlarda, sərgilərdə və digər münasib yerlərdə, daşınmaz abidələr əksər hallarda arxeoloji və memarlıq abidələri olmaqla olduğu və inşa edildiyi yerlərdə qorunur. Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edirlər: