Yussef Ait Bennasser (7 iyul 1996-cı ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Monako klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Mərakeş futbolçusu.

Karyerası

Nansi Ait Bennasser Nansi akademiyası vasitəsilə inkişaf etmişdir. O, Liqa 2-də debütünü 3 avqust 2015-ci ildə Tur klubuna qarşı oyunda etmişdir. O, karyerasında ilk qolunu 28 noyabr 2015-ci ildə Le Havr klubuna qarşı oyunda vurmuşdur. Marsel Piko stadionunda keçirilən görüşdə Nansi rəqibinə 3–1 hesabı ilə qalib gəlmişdir.

Milli karyerası Fransada doğulmasına və böyüməsinə baxmayaraq, Ait Bennasser Mərakeş Kralı Futbol Federasiyasından dəvət almışdır. O, 2013-cü ildə Mərakeş U-17 milli futbol komandası ilə iki görüşdə iştirak etmişdir. O, Mərakeş milli futbol komandası ilə debütünü Albaniya millisinə qarşı oyunda etmiş və millisi rəqibi ilə 0–0 hesabı ilə bərabərə qalmışdır.

2018-ci ilin may ayında Bennasser Rusiyada təşkil edilən 2018 FİFA Dünya Kubokunda iştirak etmək üçün millinin 23 nəfərlik heyətinə daxil edilmişdir.

Karyera statistikası

Klub

KlubMövsümLiqaKubokLiqa KubokuAvropaDigərÜmumiDiviziyaOyunQolOyunQolOyunQolOyunQolOyunQolOyunQolNansi2015–16Liqa 23310010——3412016–17 (icarə)Liqa 12630010——274Ümumi59400200000615Kann (icarə)2017–18Liqa 12701010——290Ümumi karyera86410300000905

Milli komanda

Milli komandaİlOyunQolMərakeş201650201750201830Ümumi130

İstinadlar

Kateqoriya:Monako FK futbolçuları Kateqoriya:Fransa futbolçuları Kateqoriya:Legioner Fransa futbolçuları Kateqoriya:Fransanın kişi futbolçuları Kateqoriya:Fransa Liqa 1 futbolçuları Kateqoriya:Nansi FK futbolçuları Kateqoriya:Mərakeşin kişi futbolçuları Kateqoriya:Fransa Liqa 2 futbolçuları Kateqoriya:2018 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Bordo FK futbolçuları Kateqoriya:Sent-Etyen AS futbolçuları Kateqoriya:Türkiyə Super Liqası futbolçuları Kateqoriya:Kayserispor futbolçuları Kateqoriya:Türkiyədə legioner futbolçular Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:Türkiyə 1-ci Liqası futbolçuları