thumb
Sputnik böhranı (, ) — 1957-ci il 4 oktyabrda Sovet İttifaqının kosmosa atdığı Sputnik süni peykindən sonra ABŞ və SSRİ arasında baş verən böhran. Kosmik yarış bu böhranla başlamışdır.
1950-ci illərin əvvəlində həm ABŞ, həm də SSRİ kosmosa ilk süni peyki buraxmaq üçün bir-biri ilə yarışa girmişdilər. İki dövlətin uğursuz sınaqlarından sonra heç gözlənilməz bir zamanda SSRİ, bir basketbol topu böyüklüyündə 85 kq ağırlığında olan Sputnik-1 peykini orbitə qaldırıldığını açıqladı. Bu ABŞ üçün tam olaraq şok oldu. Bu hadisə həm kosmos texnologiyası yarışında geridə qalmaq demək idi, həm də daha vacib olanı, bu sınağı müvəffəqiyyətlə həyata keçirən Sovetlərin nüvə silahını ABŞ üzərinə göndərəcəyi paranoyası bütün amerikalıları təşvişə salan məsələyə çevrilmişdi. Bundan dərhal sonra, ABŞ bir sıra atışı daha sınaqdan keçirdi, ancaq heç birində müvəffəqiyyət qazanmadı. Sovetlər, 1957-ci il 3 noyabrda tarixində isə kosmosa gedən ilk canlı olan Layka adlı iti daşıyan Sputnik-2 peykini də uğurla atdı. Bu, Kosmos Dövrünü açmaq yarışını Sovetlərin qazandığı mənasına gəlirdi.
Xronologiya 1957-ci il 4 oktyabr SSRİ: Sputnik-1 (83.6 kg) atıldı 1957-ci il 3 noyabr SSRİ: Sputnik-2 (508.3 kg) Layka ilə birlikdə atıldı 1957-ci il 6 dekabr ABŞ: Vanguard TV-3 çıxış platformasında partladı 1958-ci il 3 fevral SSRİ: Sputnik-3 sınağı uğursuzluqla nətiçələndi 1958-ci il 5 fevral ABŞ: İkinci Vanguard sınağı uğursuzluqla nətiçələndi 1958-ci il 5 mart ABŞ: Explorer-2 sınağı uğursuzluqla nətiçələndi 1958-ci il 17 mart ABŞ: Vanguard 1 (1.47 kg) atıldı 1958-ci il 26 mart ABŞ: Explorer-3 orbitdə 1958-ci il 28 aprel ABŞ: Üçüncü Vanguard sınağı uğursuzluqla nəticələndi 1958-ci il 15 may SSRİ: Sputnik-3 (1,327 kg) orbitdə 1958-ci il 17 may ABŞ: Vanguard sınağı dördüncü səfər də uğursuzluqla nəticələndi 1958-ci il 26 iyun ABŞ: Vanguard beşinci səfər yenə də uğursuzluqla nəticələndi 1958-ci il 26 iyul ABŞ: Explorer 4 orbitə girdi və Van Allen Qurşaqlarını xəritəyə daxil etdi 1958-ci il 24 avqust ABŞ: Explorer 5 sınağı dördüncü səfər uğursuzluqla nəticələndi 1958-ci il 26 sentyabr ABŞ: Vanguard sınağı altıncı səfər də uğursuzluqla nəticələndi
İstinadlar
Kateqoriya:Soyuq müharibə Kateqoriya:1957-ci ildəki hadisələr Kateqoriya:4 oktyabrdakı hadisələr Kateqoriya:Texnoloji yarışlar Kateqoriya:ABŞ–SSRİ münasibətləri Kateqoriya:Avropa tarixi