Hibətullah Sultan () — 27. Osmanlı sultanı I Əbdülhəmidin qızı.

Həyatı Hibətullah Sultan 1789-cu ildə İstanbulda dünyaya gəlmişdir. Atası I Əbdülhəmid, anası isə xanımlarından Fatma Şəbsəfa Sultandır. 15 yaşında ikən 3 fevral 1804-cü ildə əmisi qızı Xədicə Sultanın əri Seyid Əhməd Paşanın ilk evliliyindən olan oğlu Ələddin Paşayla evləndi. Cütlük bacısı Əsma Sultanın Fatehdəki köşkündə yaşadı. Qardaşı IV Mustafanın taxtdan endirilməsindən sonra siyasi məsələlərə qarışması bəhanə göstərilərək göz həbsinə alındı və sarayından çölə çıxması qadağan edildi.

1812-ci ildə ərinin vəfatı ilə dul qaldı və bir daha evlənmədi. 18 sentyabr 1841-ci ildə vəfat etdi və Sultan Mahmud türbəsinə dəfn edildi.

Mənbə

Necdet Sakaoğlu, Bu Mülkün Kadın Sultanları, 4. baskı, s. 369

Kateqoriya:Osmanlı sultanlarının qızları