Nijni Novqorod stadionu – Rusiyanın Nijni Novqorod şəhərində yerləşən stadiondur. Həmçinin, 2018 FİFA Dünya Kubokunun bəzi oyunlarına ev sahibliyi etmişdir. Tamaşaçı tutumu 44899 nəfərdir.
Əsas faktlar 2018 FİFA Dünya Kuboku üçün tikilən yeni stadion Spit (Strelki) adı ilə tanınan ərazidə tikilmişdir. Bundan əlavə ərazi iki böyük çayın: Volqa və Oka çaylarının qovuşduğu hissədə yerləşir. Memarlar Volqa regionunda əsas hava elementləri olan su və küləkdən təsirlənərək stadionu göy, mavi və ağ rənglərinin qarışığından olan bir rəng üslubu ilə klassik tərzdə tikdilər. Stadionun ətrafında olan kolonnadalar işıqlandırıcılarla gecələr stadionu aydınladır. Stadionun görünüşü dairə formada sütunlardan ibarət olan kolonnada şəklindədir. Stadionun üç əsas mərtəbəsi və iki asma qatı var.
Layihənin əhatə etdiyi ərazi 127500 m²-dır.Стадион на 45000 зрительских мест к Чемпионату мира по футболу в Нижнем Новгороде.
Nijni Novqorod FK bu stadionda öz ev oyunlarını keçirir. Stadion "Strelka" metro stansiyasının yanında yerləşir.
İnşası 2014-cü ilin sonunda Rusiya İdman Nazirliyi OAO Stroytransgaz şirkəti ilə stadionun tikintisi üçün 16,7 milyard rublluq müqavilə imzaladı. Stadiona çəkilən bütün xərc isə tikintiyə və dizayna çəkilən əlavə xərclər də nəzərə alınaraq 17,9 milyard rubl oldu..Стадион на 45000 зрительских мест к Чемпионату мира по футболу в Нижнем Новгороде
Stadionun tikinti işləri 2015-ci ildə başlandı.
2015-ci ilin sonuna doğru, JSC Stroytransgaz öz ana fəaliyyətini genişləndirdi.
2016-cı ildə bəzi əsas işlər tamamlandı – stadionun bütün mərtəbələri və üst platforması tikildi. İnşaatçılar mühəndislik sistemləri qurmağa başladılar. 2016-cı ilin sonunda şirkət tribunaların üzərindəki metal konstruksiyaları inşa etdi və ərazinin 50 %-indən çoxunu əhatə edən dəstək halqasını da tikdi. Həmin il həm də, stadionun dam örtüyü, fasadı və stadionun ot örtüyü və zəmini tikildi. İşlər yavaş-yavaş yekunlaşırdı.На «Стадионе Нижний Новгород» началась подготовка к устройству витражейВидео со строительства стадиона "Нижний Новгород" 28 January 2017 Territory improvement and commissioning will be carried out.
Müqavilənin qaydalarına görə işlər 2017-ci ilin dekabrında başa çatmalı idi.
2018 FİFA Dünya Kuboku zamanı
TarixSaatKomanda #1NəticəKomanda #2MərhələTamaşaçı sayı18 iyun 201815:00 1–0 F qrupu 4230021 iyun 201820:00 0–3 D qrupu 4331924 iyun 201815:00 6–1 G qrupu 4331927 iyun 201821:00 İsveçrə 2–2 E qrupu 433191 iyul 201821:00 1–1 (3–2 pen.) 1/8 Final 408516 iyul 201817:00 0–2 1/4 Final 43319
Turnirdən sonra Stadion multifuksional şəkildə tikilib. Stadionda şoular, konsertlər və digər mədəni tədbirlər keçirilə bilər. Bu idman kompleksinin lobbisi sərgilər və expolar keçirməyə də imkan verir. Arenanın meydançalarına park, futzal meydançaları və tennis kortları daxildir.
İstinadlar
Kateqoriya: Rusiya stadionları Kateqoriya:Rusiya futbol stadionları Kateqoriya:2018-ci ildə Rusiyada yarananlar