"Yeni yol" qəzeti (; ) — ictimai, ədəbi qəzet.
Tarixi Əvvəllər Yeni Əlifba Komitəsinin, 1925 ildən isə Azərbaycan K(b)P MK orqanı olmuşdur. İlk nömrəsi 1922 il sentyabrın 21-də, sonuncu nömrəsi 1939 il fevralın 28-də çıxmışdır. thumb|303x303px|"Yeni yol" qəzetinin redaksiyası və əməkdaşları 1924 ilin axırınadək həftəlik, 1925 ildən isə gündəlik nəşr olunmuşdur. Cəlil Məmmədquluzadə 1922 il 5-ci saydan 1922 il 26-cı sayadək qəzetin redaktoru olmuş, 1923 il 38-ci sayına kimi B. Bəhramovla birlikdə redaktorluq etmişdir. "Yeni yol" qəzeti yeni əlifbanı təbliğ etmiş, savadsızlığın ləğvi və mədəni inqilabın qələbəsində mühüm rol oynamışdır. 1924 il mayın 1-də Cəlil Məmmədquluzadə öz xahişi ilə redaksiya heyəti üzvlüyündən azad edilmişdir. Ədib "Yeni yol"-da bir neçə məqalə və felyetonla iştirak etmiş, onun "Rus qızı', "Müəllim", "Taxıl həkimi", "Şərq fakültəsi", "Saqqallı uşaq", "Bəlkə də qaytardılar", "Buz", "Hamballar", "Yan tütəyi" kimi hekayələri burada çap olunmuşdur.Cəlil Məmmədquluzadə ENSİKLOPEDİYASI "Yeni yol"
Həmçinin bax Azərbaycan mətbuatı Molla Nəsrəddin (jurnal) Yoldaş (qəzet)
Mənbə
Ədəbiyyat Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı, 2008. səh. 295.
İstinadlar
Kateqoriya:Azərbaycan qəzetləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası (1920) Kateqoriya:1922-ci ildə Azərbaycanda yarananlar