Xaçın mahalı — XIII əsrdən mövcud inzibati nahiyə. Qarabağ xanlığının bölgələrindən biri. Xaçın mahalının ərazisi cənubda Qarqar çayından başlayıb, şimalda Qabartda, qərbdə Qırxqız və Mıxtökən dağından şərqdə Bayat meşəsinə qədər uzanırdı. Mahalda buğda və s. bol yetişir. Bəzi yerlərdə çəltik də yetişdirilirdi. Mahalın ərazisinin çox hissəsi meşəlik idi. Mirzə Yusif Qarabaği yazır: Xaçın məlikləri alban katalikosu Həsən Cəlalın törəmələri idilər. Bu nəsildən olan I Allahverdi həm də Xaçın mahalında dünyəvi hakimiyyətə nail olmuşdu.

1593 cü ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyaləti Xaçın sancağı inzibati–ərazi nahiyə

1728-ci ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyaləti Qarabağ livası (Xaçın Sığnaq) inzibati–ərazi nahiyə.

Nahiyə sakinləri buğda, arpa, çəltik əkir, maldarlıqla məşğul olurdular. Ən böyük kəndləri 41 qeyri-müsəlman kişi nəfərinin yaşadığı Qazançı və 23 qeyri-müsəlman kişinin qeydə alındığı Xınzırıstan kəndləri idi. Qanzasar monastrı da bu nahiyədə yerləşirdi. Monastrın yerləşdiyi kənd Yuxarı Külədək və Ağvəng adları ilə tanınırdı.

1 Xuramut 2 Daşbaşı Derbadaran 3 Vağan Derbadaran 4 Qabarta (Xaçın kəndi) 5 Qazançı / Ongəlçəkən adı ilə tanınır 6 Carbatun 7 Ğarğar ,nam-ı diğer Ğarğarçay 8 Xaçınki 9 Corman 10 Bazarkənd 11 Keşişkənd 12 Dovşanlı 13 Vəngli Yukarı Külədək və Ağvəng kibi tanınan Qansazar kilsəsi 14 Yaycı 15 Madagiz (Mədağis) 16 Qızılqaya 17 Qışlaq 18 Aşağı Küledek ve Vəng 19 Xındırıstan (Xınzırıstan) nam-ı diğer Helvi ? 20 Sarıkeşiş (Xocalı) 21 Badara

1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayəti nin Xaçın rayonu. Bu rayonun tərkibində 4 volost (Daşbulaq, Əsgəran, Krasnoselsk, Qala dərəsi) və 53 kənd var idi.

1930-cu ilin avqustunda Stepanakert rayonu 1978-ci ildə Əsgəran rayonu adlanır. 1991-ci ildə Xankəndi adlandırılır.

İstinadlar

Həmçinin bax Qarabağ xanlığı

Kateqoriya:Qarabağ xanlığının mahalları